Giriş
Turizm – müasir dünya iqtisadiyyatının ən böyük xidmət sahələrindəndir. Ümumdünya milli məhsulunun 1/10 hissəsini təşkil edən beynəlxalq turizm dünya iqtisadiyyatında mühüm rol oynayır. Son illərdə iqtisadiyyatın bu sahəsi sürətli templə inkişaf edərək iqtisadiyyatın daha əhəmiyyətli bir sahəsinə çevrilmişdir. Hər il turizm sektoruna qoyulan investisiyaların həcmi təqribən 30% ətrafında artır. Bu sektor dünya kapitalının 7 % --də iştirak edir.
Beynəlxalq turizm bugün – iqtisadi sosial kompleksin ayrılmaz bir həlqəsi olmaqla, bir çox ölkələrdə iqtisadiyyatın inanılmaz sürətlə inkişaf edən bir sahəsinə çevrilmişdir. Hazırda dünyada hər 7 iş yerindən biri turizm biznesinin payına düşür.
Beynəlxalq turizm təşkilatının verdiyi məlumatlara görə 2020 – ci ildə turizmdən əldə olunan gəlirin məbləği 2000 –ci ildə əldə olunan gəlirə nisbətən 3 dəfə artaraq 106 milyard dollara çatacaqdır. Həmçinin turistlərin hava nəqliyyatı istisna olmaqla gündəlik xərclədikləri pulun miqdarı artaraq 5 milyon dollara çatacaqdır.
Hazırda beynəlxalq turizmdə 2 özünü göstərir: İqtisadi və siyasi maraqların turizm sektoruna təsirini minimuma endirmək və dünya iqtisadi böhranının turist biznesinə vurduğu ziyanları aradan qaldırmaq. Qeyd etmək lazımdır ki, dünya maliyə bazarlarında uzun sürən stabillik tətil günlərində turistlərin daha mükəmməl istirahət meyillərini artırmış, yeni istirahət vərdişləri aşılamaqla 20–ci əsrin mədəniyyətində dərin izlər buraxmışdır.
Tamamilə haqlı olaraq turizm iqtisadiyyatın ən böyük, yüksək gəlirli və ən böyük sürətlə inkişaf edən sahəsi hesab edilir. Buna səbəb məhz turizmin valyutanın beynəlxalq hərəkətində və ölkənin tədiyyə balansının tənzimlənməsində oynadığı əvəzsiz roldur ki, nəticə etibarilə bu da həm sözü gedən sahənin, eləcə də ölkə iqtisadiyyatının makroiqtisadi göstəricilərinin yaxşılaşmasına gətirib çıxarır. Beynəlxalq turizmin müxtəlif ölkələrin sosial, iqtisadi, mədəni və eləcə də ekoloji həyatına göstərdiyi təsirlər də bu qəbildən olan inkişaf meyillərinə aid edilə bilər. Odurki dünya səviyyəsində iqtisadi fəaliyyətin bu sahəsinə maraq günbəgün artır. Artıq ölkəmizdə və keçmiş Sovet Respublikaları arasında da əvvəllər ləng inkişaf etmiş turist biznesinə maraq artmaqdadır. Son illərdə turist firmaları tez-tez öz fəaliyyət istiqamətlərini dəyişməklə ölkədaxili və eləcə də xaricə səyahət turları təşkil edirlər.
Beynəlxalq biznes Azərbaycanda – inkişaf etməkdə olan kompleksdir. Odurki daim bazara yeni turist fəaliyyət növlərini təqdim edir, qarşıya çıxan problemlərin aradan qaldırılması yollarını axtarırlar. Ölkənin turizminin inkişafı yeni yolların, nəqliyyat vasitələrinin xarici sahibkarların bölgəyə marağını artırmaqla, gələn turistlərin qarşılanması, yerləşdirilməsi, onlar üçün gəzinti planlarının hazırlanması və həyata keçirilməsi kimi bir çox fəaliyyət komplekslərinin inkişaf perspektivlərini müəyyən edir. Yeni hava və dəniz limanlarının istifadəyə verilməsi, yeni dəniz, hava, minik avtomobilləri və avtobusların alınması və istifadəyə buraxılması bu inkişafın elementlərindəndir. Həmçinin turizmin inkişafı ölkənin regionlarının da inkişafına səbəb olur, yüzlərlə iş yerlərinin açılmasına və son nəticədə ölkənin sosial-iqtisadi inkişafına öz tövhələrini verir.
Beynəlxalq turizmin yaranması və inkişaf mərhələləri
Beynəlxalq turizm öz başlanğıcını dünyanın inkişaf etmiş ölkələrində kapitalist münasibətlərinin möhkəmləndiyi XIX əsrin ortalarından götürmüşdür. O, beynəlxalq əlaqələr ilə qarşılıqlı şəkildə fəaliyyət göstərərək, nəinki bir neçə ölkələr arasında iqtisadi və siyasi əlaqələri tənzimləyir, eləcə də dünyanın ayrı-ayrı ölkələrində sabitliyi təmin edir. Bu səbəbdən də turizm müxtəlif illərdə müxtəlif sürətlə inkişaf edir. Digər tərəfdən yüksək inkişaf etmiş və sağlam iqtisadiyyatın kölgəsində inkişaf edən beynəlxalq turizm, xalqlar arasında mədəni əlaqələrin formalaşmasında əvəzsiz rol oynayır. Odur ki, beynəlxalq turizm dünya bazarının formalaşdığı, beynəlxalq ticarətin artdığı və nəqliyyatın yarandığı dövrdən etibarən öz sürətli inkişafına qədəm qoydu.
Turizmin beşiyi rolunu Avropa oynadı, belə ki, ümumi xarici turist qəbulunun 2/3-si Avropanın payına düşürdü. Həmçinin xaricə göndərilən turistlərin təxminən elə bir o qədərini avropalılar təşkil edirdi. Onu da qeyd etmək lazımdır ki, Aropalılar çox nadir hallarda öz qitələri xaricinə çıxırdılar.
Turist axınının güclü olduğu hər bir bölgədə turistlərin qəbulunun təşkili, yerləşdirilməsi, qida təminatı və s. tələblər meydana çıxdı. Beləliklə, hər bir dəmiryol stansiyası yaxınlığında və ucqar rayonlarda turist məntəqələri yaradılması problemləri yarandı. Habelə, belə məntəqələrin tikilməsi, maliyyə vəsaitinin bura cəlb edilməsi, səyahət təşkil edən firmalarının yaradılması, reklam işlərinin aparılması və s. kimi tələblər ortaya çıxdı.
Burjua inqilabının qalib gəlib, kapitalizmin inkişaf etdiyi ölkələrdən biri İngiltərə idi. Məhz burada dünyada ilk turizm fəaliyyəti ilə məşğul olan şirkətləri yarandı ki, onlar da ilk əvvəllər ölkə daxilində iqtisadi fəaliyyətlə məşğul olsalar da, tezliklə ölkə hüdudlarından kənara da turlar təşkil etməyə başladılar.
İlk məşhur turist agenti Tomas Kuk olmuşdur. O, 1841-ci ilin iyununda güzəştli şərtlərlə 570 bilet alaraq, Leysterdən Labfora turistlərin qatarla səyahətini təşkil etmişdir.
Bu hadisəyə ilk növbədə ən böyük təsiri sənaye çevrilişi göstərdi. Bunun nəticəsində insanların urbanizasiya mərkəzlərinə axışması hadisənin sürətini və miqyasını artırdı. Təbii ki, bu inkişafda o dövr üçün ən böyük kəşflərdən biri hesab olunan buxarla çalışan maşınlar və ən əsası da kütləvi nəqliyyat vasitəsi olan qatarın ixtirası da əhəmiyyətli təkan verici amillər idi. Tomas Kuk bütün mümkün imkanlardan maksimum istifadə etdi. 1851 ci ildə Londonda sənaye sərgisi keçirilərkən təkcə Yorkşirdən bura 165 min adamın göndərilməsi təşkil olunmuşdu. 1854 –cü ildə İngiltərədə turistlərə və səyahətçilərə özündə İngiltərədə 8 mindən artıq mehmanxana və qonaqlama məntəqəsinin ünvanlarını cəm edən məlumat kitabçaları paylanmağa başladı. Ölkə daxilində aktiv fəaliyyət T. Kuku ölkə sərhədlərindən kənara da səyahətlər təşkil etməyə ruhlandırdı. İlk belə səyahət 1855 –ci ildə Ümumdünya sərgisinin açılması ilə əlaqədar olaraq Fransanın paytaxtı Paris şəhərinə təşkil olundu. 1856 –cı ildən etibarən isə Avropanın digər ölkələrinə də turlar təşkil olunmağa başladı.
50 -70 –ci illərdə ingilislər Avropanı ziyarət edən xarici turistlərin 4/5 hissəsini təşkil edirdilər. XIX əsrin ikinci yarısında Avropada dəmir yollarının sıxlığının artması da səyahətlərə kəmiyyət etibarilə öz əhəmiyyətli damğasını vurdu. 1888-ci ilin məlumatlaına görə artıq göstərilən tarixədək Avropa qitəsinə 500 mindən artıq ingilis turist səyahət etmişdi.
60 –cı illərin ortalarında İngiltərə və ABŞ arasında turizm inkişaf etməyə başlayır. Burada da əsas xidmət Amerikadan İngiltərəyə və əksinə İngiltərədən Amerikaya səyahətlər təşkil etmiş T. Kukun payına düşür. 1866 –cı ildə ilk ingilis turist qrupu ABŞ-ı ziyarət etdi.
1867 –ci ildən etibarən Kukun dəniz turist səyahətləri başladı. Dəniz və dəmiryolu kompaniyalarıyla bağlanan müqavilələrlə kifayətlənməyən T.Kuk restoran və mehmanxana sahibləri ilə danışıqlar apararaq gələn turistlərin konkret məntəqələrdə yerləşdirilməsi, həmin məntəqələrə olan turist tələbi və reklam tədbirlərilə də məşğul olmağa başladı.
Yeni biznes bir çox sahibkarlara cəlbedici göründü. Tomas Kukun ardınca Treymz və ser Henri Lannın turist təşkilatları, Turist Velosiped klubu, Turist Politexnik assosasiyası, Koorperativ istirahət assosasiyası və s. yarandı. Daha sonralar Fransa, İsveçrə, İtaliya və digər Avropa ölkələrində turist firma və agentlikləri fəaliyyətə başladı. 1885 ci ildə isə Sankt-Peterburqda Limpsonun turist firması fəaliyyətə başladı. Həmin dövrlərdə Azərbaycan Çar Rusiyası tərkibində olduğundan ümumilikdə regionun ahənginə uyğun inkişaf templəri turizm fəaliyyətinə də həmahəng təsir göstərirdi. Ölkədə turizmin inkişafı müxtəlif sərgilərin, muzeylərin, tarixi və mədəni abidələrin açılması ilə müşayət olunurdu. Cəmiyyətin müəyyən elitar təbəqəsi üçün nəzərdə tutulmasına baxmayaraq, turizm və səyahətlər gənclərdə və iqtisadi fəaliyyətlə məşğul olmağa can atan insanlarda bu sahəyə marağı artırırdı. Bu həmdə gənclərin tarixi öyrənməsində, mədəni və təbiət gözəlliklərini mənimsəməsində də əhəmiyyətli rol oynayırdı.
XIX əsrin II yarısı Rusiyada dağ turizminin inkişafı ilə yadda qaldı. Məhz bu dövrdə mərkəzi Pyatiqorskdə yerləşən Qafqaz dağ cəmiyyəti yarandı ki, bu da Qafqaz dağlarının ağuşunda yerləşən Azərbaycanı dünya turistlərinin üzünə açdı. Məhz bu dövrlərdə məşhur Fransız yazıçısı və səyyahı Aleksandr Düma ölkəmizi ziyarət edib, Avropa mədəniyyətinə Azərbaycan milli ornamentlərini tanıtmışdır.
Qeyd etmək lazımdı ki, 1895-ci ildə yaradılan Rusiya turist cəmiyyəti və 1901 –ci ildə yaradılan Rusiya dağ cəmiyyəti XX əsrin astanasından 1917 –ci ilədək Çar Rusiyasında ən aparıcı turist təşkilatları olmuşdur.
XX əsrin əvvəllərində nəqliyyat sahəsində irəliləyışlər turizmin inkişafından da yan keçmədi. Səyahət və ekskursiya üçün dəmiryolu nəqliyyatı, paraxod, bəziləri isə avtomobillərdən istifadə edirdilər. Sürət, məsafə, rahatlıq daim artır, turistlərdə ekskursiyaya maraq böyüyürdü.
Dəniz nəqliyyatı da öz növbəsində mükəmməlləşirdi. Paraxodların sürəti, komfortu, suya davamlığı artırdı, texniki göstəriciləri təkmilləşirdi. Amerikan turistlərin hesabına isə minik avtomobilləri ilə səyahət edən turislərin statistik kəmiyyəti artırdı.
1914 -1918 –ci illərdə baş vermiş birinci dünya müharibəsi beynəlxalq turizm əlaqələrinə çox pis təsir etdi. Əminliklə demək olar ki, bu dövrdə beynəlxalq turizm öz fəaliyyətini dayandırdı. Amma qeyd etmək lazımdır ki hərbi ehtiyaclar ucbatından həm dəmiryollarının sıxlığı artır, həm də bərk örtüklü yollar salınırdı. Məhz müharibə dövründən başlayaraq insanların daha böyük kütləsi hava nəqliyyatına meyil etməyə başladı. Bu da təhlükəsizlik məsələsindən doğan ən təbii səbəb idi.
Birinci dünya müharibəsinin bitməsi ilə beynəlxalq turizmin inkişafında yeni mərhələ başladı. Bu hər şeydən əvvəl ABŞ –ın dünya arenasında mövqeyinin güclənməsi və ABŞ kapitalının Avropa ölkələrinə sürətlə axınının nəticəsi idi. Bu dövrdən etibarən amerikan turistlərin Qərbi Avropaya səyahətləri durmadan artmağa başlayır və artıq 20 –ci illərdə ingilis turistlərin səviyyəsinə çatır.
Sürətli templə artan turizmin inkişaf səviyyəsi tezliklə müharibədən əvvəlki səviyyəyə çatır. Və artıq 2 -3 ildən sonra isə səyahətlərin miqyası artır və yeni ölkələrdə yeni biznes sahəsi kimi fəaliyyətə başlayır. Bu həm də keyfiyyətcə yeni mərhələ idi. Beləki, əgər müharibədən əvvəl Avropa ölkələri arasında turist qəbuluna görə İtaliya və İsveçrə aparıcı mövqeyə malik idisə, müharibədən sonraki dirçəliş mərhələsində bu liderlik mövqeyini bir neçe ölkə ilə bölüşməli oldular.
1925–ci ildə Haaqada turizmin təbliğatı üzrə təşkilatların beynəlxalq ittifaqının birinci konqresi baş tutdu. Bu konqresdə Avropanın 14 aparıcı ölkəsinin nümayəndələri fəal iştirak etdi.
20 -30 –cu illərdə turizmin inkişafına ən ciddi təsir göstərən amillər yeni maşın və aviasiya növlərinin inanılmaz şəkildə dinamik artımı idi. Eyni zamanda bu dövrdə inkişafa mənfi təsir edən amillər də var idi ki, bunlar da gələcək inkişafda ləngimələrə səbəb olurdu. Hər şeydən əvvəl ən böyük amil 1929 -1933 –cü illərdə baş verən maliyyə böhranı idi. Bunu İngiltərə misalında təhlil etsək:--1932 –ci ildə İngiltərəyə gələn turistlərin sayı 20 –ci illərin əvvəlllərində gələnlərlə müqayisədə 3 dəfəyə yaxın az olmuşdur.
İkinci əhəmiyyətli amil 30 –cu illərin əvvəllərində Avropanın siyasi vəziyətində əmələ gələn rıçaqlar idi. Beləki, Almaniyada hakimiyyətə gələn Hitler və onun nasist partiyası və onların Avropada müharibəyə hazırlaşması turizmin inkişafına da təsirsiz ötüşmədi.
Bu faktorları üstün tutaraq turizmin xüsusi spesifikası kimi insanlar arasında qaynayıb-qarışma vasitəsi olması fikrini əminliklə ortaya sürmək olar. Hökumət və dövlətlərarası münasibətlərə təsiri cəhətdən isə aşağıdakı təhlili apara bilərik:
- beynəlxalq vəziyyətdən asılı olaraq beynəlxalq turizm daima 2 və daha çox ölkə arasında və ya hər hansı ölkə daxilində siyasi və iqtisadi durumu öyrənmək məqsədiləgöndərilən xüsusi agentlər və kəşfiyyatçılar arasında ən çox yayılan vasitə idi. Beləki, məhz bu yollarla agentlər və cəsuslar hər hansı ölkəyə daxil olub, diqqət cəlb etmədən strateji və vacib dövlət əhəmiyyətli obyektlərlə taniş olur, bələdçi tapır və kəşfiyyat fəaliyyəti ilə məşğul ola bilirdilər.
Beləliklə, ikinci dünya müharibəsinin başlanması turistlərin sayinda və turizmin inkişafında kəskin azalmalarla müşayət olundu. Müharibədə faşizm üzərində qazanılmış qələbə itkilərin kölgəsində qaldı. Bir çox Avropa şəhərləri xarabalığa çevrilmişdi. Vağzallar,mehmanxanalar, elektrik stansiyaları, turizm və əyləncə mər-kəzləri, ən əsası isəyollar və infrastruktur dağıdılmış, bəzi şəhərlər ümumiyyətlə siyasi xəritədən silinmişdi. Bütün Avropanı pul qıtlığı, istilik enerji çatışmazlığı bürümüşdü.
Turizmin Avropada dirçəlməsi üçün bir neçə il lazım gəldi. 40 –cı illərin sonunda ABŞ və Kanadanın hesabına turizmin səviyyəsi müharibədən əvvəlki səviyyəyə çatdı. Xüsusilə Meksikada, Panama və Kubada nəzərə çarpacaq sürətli inkişaf templəri özünü göstərməyə başladı. Burada əsas rol amerikan turistlərə aid idi.
50–ci ildə bütün dünya üzrə turistlərin ümumi sayı müharibədən əvvəlki kəmiyyəti ötdü və 25 milyon nəfərə qədər artdı.
Ölkələr arasında siyasi, iqtisadi, mədəni və sosial aspektlərdə yaxınlaşmaları reallaşdırmaq üçün ən yaxşı vasitənin beynəlxalq turizm əlaqələrinin olduğunu başa düşən dünya ölkələri 20 –ci ildən etibarən turist firmaları və beynəlxalq turizm təşkilatlarının birgə fəaliyyət göstərməsi fikirlərini zamanın ən aktual məsələləri səviyyəsinə qaldırdılar. Beləliklə, 1925 –ci ildə turizm təbliğatı ilə məşğul olan assosasiyaların Beynəlxalq konqresi, 1927 –ci ildə turist təşkilatlarının beynəlxalq konqresi və 1930 –cu ildə isə turizmin təbliğatı və turizm təşkilatlarının beynəlxalq ittifaqı yaradıldı.
Bu dövrlərdə beynəlxalq turizm daim inkişaf edərək təkmilləşdi, Praktiki olaraq fərdi formadan təşkilatlanmış formaya keçdi. Bu isə dünya turizmində daha təkmil təşkilati strukturların mövcudluğunu tələb edirdi.
50 –ci illər beynəlxalq turizmin əhəmiyyətli yüksəlişi ilə yadda qaldı. 1960 –cı illərə qədər ölkə xaricinə gedən turistlərin sayı 3 dəfə artaraq 71 milyon nəfərə çatdı. 1960-1970 –ci illər də bu biznes sahəsinin davamlı və dinamik inkişafı ilə müşayət olundu. Bunu rəqəmlərlə ifadə etsək: -1971 –ci ildə xarici turistlərin statistik kəmiyyəti 168,4 milyon nəfərə çatmışdı.
Beynəlxalq turizmin beynəlxalq siyasi və xarici iqtisadi əlaqələrə aktiv təsiri Birləşiş Millətlər Təşkilatı və onun ixtisaslaşmış qurumlarını bu sahəyə daha çox diqqət ayırmağa məcbur etdi. Beləliklə, 1963 –cü ildə Romada BMT –nin turizm və səyahətlərlə bağlı ilk konfransı baş tutdu. Burada turizm sahəsində mövcud problemlərə geniş spektrdə baxıldı, məsləhətlər verildi və gələcək inkişaf perspektivləri müəyyən olundu.
Roma konfransının əhəmiyyətli hadisələrindən biri, “müvəqqəti qonaq”, “turist”, “ekskursant” kimi anlayışların məna baxımından dəqiq müəyyən edilməsi idi. Konfrans zamanı sərhəd –gömrük nəzarətinin yüngülləşdirilməsi probleminə də diqqət ayrıldı.
1969 –cu ildə BMT –nin “Beynəlxalq Turizm Təşkilatları İttifaqı” strukturunda yeni -Ümumdünya Turizm Təşkilatı yaradıldı. Bu fakt beynəlxalq turizmin dövlətlər arasında nəinki iqtisadi, sosial, mədəni, eləcə də siyasi əhəmiyyətinin nə qədər vacib olduğunu sübut etməyə kifayətdir.
80 –ci illərdə də turizmin inkişafı durmadan sürətlənirdi. 30 il ərzində beynəlxalq turizm əlaqələrinin iştirakçılarının sayı 11 dəfə artmışdı.
Bu dövrdə turizm bütövlükdə dünya miqyasında inkişaf edirdi. Amma dünyanın müxtəlif regionlarında onun inkişaf tempi də eyni deyildi. Avropa, Afrika, Latın Amerikasında turizmin artım həcmi orta dünya səviyyəsində olduğu halda, Yaxın Şərq ölkələrində bu göstəricidən 3 dəfə, Cənubi Asiyada 5 dəfə, Şərqi Asiyada isə 10 dəfə artıq idi.
80 –ci illərdə Avropa və Şimali Amerika xarici turistlərin qəbuluna və ölkə xaricinə göndərilən turistlərin sayına görə lider mövqelərdə qalmaqda idilər. Bu regionlara turist göndərən əsas mənbələr sırasında isə Yaponiya və Avstraliya yer alırdı. Aralıq dənizi sahilində yerləşən ölkələr Asiya və Şimali Afrika ölkələri bu sahillərdə yerləşən Cənubi Avropa ölkələri ilə rəqabətə girişərək bazarda özünəməxsus yer tutdular. Beləki, onlar turizmin “əsas istehsal fondları”nı (dəniz-günəş-plyaj) daha münasib—ucuz qiymətlərə təklif etməklə bu rəqabətdə üstünlük qazanmağı bacardılar.
Digər post –sosialist ölkələrində olduğu kimi, Azərbaycanda da 1985-1992 –ci illərdə siyasi hadisələrlə bağlı turizmdə də ləngimələr baş verdi. Sovet hökumətinin yeni siyasəti ölkəyə daha fərqli baxışlar cəlb etmişdi. Təbii ki, bu cür keyfiyyətcə yeni mərhələ turizm sektorundan da yan keçə bilməzdi.
80–ci illərdə beynəlxalq turizm beynəlxalq iqtisadi əlaqələrin mühüm hissəsi olaraq qalırdı. Bu dövrdə beynəlxalq turizmdən əldə olunan gəlirlərdə də artım nəzərə çarpırdı. Turizm xidmətlərini təklifində dəyişiklik tendensiyaları formalaşmaqda idi ki, bu da, turist bazarını daha da rəngarəng etmişdi. Əminliklə turizm bazarında aşağıdakı bölmələri fərqləndirmək olar: Gənclər və cavanlar üçün; orta yaşlı əhali üçün; yaşlı və ahıl əhali (3 –cü yaş həddi) üçün turizm paketləri.
Bu periodda əsas həlledici rolu sənayeləşmiş qərb ölkələrində şəhər əhalisinin sayının artması oynadı. Bu da həm daxili, həm də xarici turizmin həcminin artmasına şərait yaratdı.
80 –ci illərdə turizm daha çox sosial aspektlərdə baş verən inkişafla əlamətdar oldu. Belə ki, həyat səviyyəsi orta olan əhali də turizm xidmətlərindən istifadə etməyə başladı. Beləliklə də turist xidmətləri təklifinin strukturunda da dəyişikliklər baş verdi. Bu illərdə qrup şəklində turizmin həcmində böyük və nəzərəçarpan artım yarandı. Qrup şəklində səyahətlərə edilən güzəştlər, təklif olunan mehmanxana xidməti, güzəştli tariflə nəqliyyatdan istifadə də buna stimul verici amillər idi.
Beynəlxalq turist biznesinin təşkili. Ümumdünya turizm təşkilatı
Turizm xidməti əhali arasında ən çox istehlak olunan xidmət sahələrindən biri olmaqla özünəməxsus sosial rifahı yüksəldən xüsusiyyətlərə malikdir. Daha dəqiq desək, milli dəyərlərə sahib çıxma, tarixi düzgün dərk etmə, mədəni nümunələrlə tanışlıq, idman ənənələri, kütləvi mədəni tədbirlərdə iştirak və s. bütövlükdə ölkələrin siyasətinə uyğn gələn hadisələrdir. Beləliklə də turizm iqtisadi, sosial, humanitar, tərbiyəvi, estetik faktorları özündə cəmləyir.
Əsas turizm təklifləri turist səyahət və xidmətləri müqavilələri ilə reqlamentləşir. Belə təkliflərə bir qayda olaraq: yerləşdirmə; qidalanma; nəqliyyat xidmətləri (transfert də daxil olmaqla); ekskursiya təklifləri aiddir.
Tam turist paketi daha geniş spektrə malikdir və turizm infrastrukturunun vəziyyətindən asılı olaraq daha 50% daha artıq səmərəlilik yarada bilir. Beləki, təkrar və əlavə tur –səyahələrin təşkil edilməsi, idman –saglamlıqla bağlı təkilflər, tibbi yardım, mədəni maarif tədbirləri, oyunların təşkil edilməsi və s. eyni təbii şərtlər altında daha artıq gəlir əldə etməyə zəmin yaradır.
Bundan başqa həvəsləndirici və təbliğat xarakterli turizm teklifləri paketi də vardır. Bu paketə turist üçün xatirə qala biləcək suvenirlərin bağışlanması, ticarət, valyuta kredit, informasiya və digər xidmətlərin təklifi, xüsusi növ əlaqə vasitələri təklifi, xüsusi seyflərin təklif edilməsi və s. daxildir.
Tam və həvəsləndirici xidmətlər təklif edən xidmət obyaktləri arasında bir o qədər kəskin fərqlər nəzərə çarpmır. “Çoxulduzlu” otellərdə belə xidmətlərin sayı ümumilikdə 500 -ə çatır.
Turizm xidmətlərinin belə geniş miqyasda təklifi nəticəsində turizm biznesi yarandı. Hazırda bu biznesi turizm xidmətləri təklif və təşkil edən firmalar idarə edir. Bu firmalar turistlərin gəzintilərini təşkil edir, səyahət və tur paketləri hazırlayır, yerləşdirmə və qidalanma problemlərini həll edir, həmçinin onların idarəolunması, informasiya, reklam, yeni xidmətlər “istehsalı” ilə məşğul olur.
Beynəlxalq turizm iqtisadi fəaliyyət olmaqla aşağıdakı xüsusiyyətlərə malikdir.
-
Xarici ticarətdən fərqli olaraq heç də əmtəə və xidmətlərin mübadiləsi çərçivəsində deyil, beynəlxalq biznesdə insan amilinin üzərində formalaşıb.
-
Turist xidmətləri mobil deyil-yəni onu istehlakçılara tərəf “sürümək olmur, eyni zamanda saxlamaq üçün də əlverişli deyil.
-
Turist xidmətlərinə tələb diskret deyil (siyasi və ekoloji vəziyyət nəzərə alınır)
Turizm siyasi və iqtisadi situasiyalardan, eləcə də, dəb və reklamdan, insanların ma-raq dairəsi, onların əhval ruhiyyəsindən asılıdır. Bu amillər tələbi müəyyən edir. Eyni zamanda mehmanxana xidmətləri, qidalanma və ekskursiyaların təşkili kimi amillər turistlərin sayından asılı olmayaraq orta yüksək həddə dəyişməz olaraq qalır. Nəticədə tələb və təklif arasında uyğunsuzluqlar əmələ gəlir. Bir qayda olaraq turist qə bul edən ölkələrin heç biri təklifə təsir göstərmək sahəsində maraqlı deyillər. Beləki:
-
Turizm mövsümi xarakter daşıyır;
-
Bu sahə daha çox kapital və əmək tutumludur.
-
Turizm daha çox ərazi tələb edən sektordur. Təbiət və digər resurslara “tələbkardır”
-
Beynəlxalq turizm bazarı bir növ alıcı bazarıdır. Burada təkliflər alıcıların maraqlarına əsasən formalaşır.
Turizm xidmətləri təkif edən firmaları 2 qrupa bölmək olar: Əsas xidmətləri təklif edən; və yardımçı xarakterli firmalar.
Birinci qrup firmalar əsas bu firmalar arasında əsas yer tutur. (mehmanxanalar, restoranlar, kruiz reysləri və s.) İkinci qrupa isə daimi və çarter reysləri ilə sərnişinlərin daşınması, tur operatorlar, səyahət agentlikləri və s. firmalar aiddir.
Ümumdünya Turizm Təşkilatı (World Tourism Organization, WTO) 1975 –ci ildə Beynəlxalq rəsmi Turist Təşkilatları İttifaqının əsasında yaradılıb. BMT –nin Baş Assambleyası ixtisaslaşmış qurum olan İqtisadi və Sosial Şura ilə razılaşdıraraq Ümumdünya Turizm Təşkilatına dövlətlərarası təşkilat statusu vermişdir. Təşkilatın əsas qərargahı Madrid şəhərindədir.
Ümumdünya Turizm Təşkilatının məqsədlərini aşağıdakı kimi sıralamaq olar:
-
Turizmi iqtisadi inkişaf və qarşılıqlı anlaşma vasitəsi olaraq dəstəkləmək;
-
Gəlir əldə etmək məqsədilə göstərilən turizm xidmətləri təklifini tənzimləmək;
-
İnkişafda olan ölkələr qrupunun turizm maraqlarını müdafiə etmək;
-
Dünya miqyasında sülhü, inkişafı, qarşılıqlı hörməti təmin etmək;
-
İnsan haqqları və irqindən, cinsindən, dilindən, dinindən asılı olmayaraq əsas insan azadlıqlarının qorunmasına nəzarət etmək.
Ümumdünya Turizm Təşkilatı –nın üzvlərini 3 qrupa bölmək olar:
-
Həqiqi üzvlər (bütün suveren ölkələr)
-
Assosiyativ üzvlər
-
Əlavə olaraq qoşulmuş üzvlər
Assosiyativ üzvlərə dövlətin müstəqil xarici siyasətə malik olmayan, lakin ərazi muxtariyyətinə malik olan hər hansı bir əraziləri aid ola bilər.
Əlavə olaraq qoşulmuş üzvlərə isə istənilən dövlətlərarası və qeyri hökumət təşkilatları, turizm sahəsində işləməyə maraq göstərən kommersiya təşkilatları və birliklər, turizm biznesi ilə dolayısı ilə əlaqəsi olan şirkətlər (nəhəng aviakom-paniyalar, otellər zənciri, banklar, tətqiqat institutları və s.) daxildir.
Ümumdünya Turizm Təşkilatı aşağıdakı struktura malikdir:
-
Baş Assambleya
-
İcraedici Şura
-
Katiblik
Həqiqi üzvlərin nümayəndələrindən ibarət Baş Assambleya Ümumdünya Turizm Təşkilatının ali orqanı hesab olunur. Assambleyada sessiyalar 2 ildən bir baş tutur. Xüsusi hallarda növbədənkənar iclaslar keçirilir. Bu sessiyalarda Ümumdünya Turizm Təşkilatının fəaliyyəti ilə bağlı bütün suallar müzakirə olunur.
Ümumdünya Turizm Təşkilatının üzvü olan ölkələr 6 regional komissiya üzrə bölünür: Afrika, Amerika, Şərqi Asiya və Sakit okean, Avropa, Yaxın və Orta Şərq, Cənubi Asiya.
Icraedici Baş Assambleya üzvləri arasından bərabərhüquqlu 5 üzv və bir sədr ölkədən ibarətdir. İspaniya əsas qərargahın yerləşdiyi ölkə olduğundan Şuranın qeyri
şərtsiz üzvüdür. Bundan başqa Şuraya heç bir həlledici səs hüququ olmayan bir üzv də assosiyativ və əlavə olunmuş üzvlər sırasından seçilir.
Icraedici Şura ildə iki dəfə toplanır, baş katibliklə birlikdə bütün lazımi qanunları qəbul edir, qəbul edilmiş qərarların icrası ilə bağlı onu məlumatlandırır.
Təşkilatın katibliyinin başında baş aktib durur və o, İcraedici Şuranın məsləhəti ilə Baş Assambleya üzvləri sırasından təkrar seçilmək hüququ ilə 4 il müddətinə se-çilir. Baş katib Ümumdünya Turizm Təşkilatının rəsmi nümayəndəsi hesab olunur və fəaliyyətində əsas məsələ və problemlərin icrasına ümumi nəzarəti həyata keçirir. Baş katib Assambleya və Şura cavabdeh şəxsdir, hər iki orqanın tapşırıq və qərarları əsasında fəaliyyət göstərir və Şuraya işlərin nəticələri barədə, eləcə də, təşkilatın büdcəsi və layihə-proqramların vəziyyəti haqda məruzə edir.
Ümumdünya Turizm Təşkilatı öz fəaliyyəti dövründə turizm haqqında bir neçə əhəmiyyətli bəyannamələr qəbul etmişdir. Onların sırasında:
-
1980 –ci il turizm haqqında Manila bəyannaməsi;
-
1982 –ci il Akapulko bəyannaməsi;
-
1985 –ci il Sofiya sammitində qəbul olunmuş turizm xartiyası və kodeksləşmə haqqında bəyannamə;
-
1989 –cu il turizm haqqına Haaqa bəyannaməsi və s.
Baş assambleya hər iki ildən bir fəaliyyət proqramı tərtib edir və bu proqrama uyğun çalışır.
Ümumdünya Turizm Təşkilatının informasiya bankı hər il külliyat halında dərc olunur və burada təşkilatın fəaliyyəti, müasir turizm haqqında məlumatlar işıqlandırılır.
Beynəlxalq turizmin inkişafı
20 –ci əsrin 60-70-ci illərindən başlayaraq beynəlxalq turizm bütün dünyada əhəmiyyət kəsb etməyə başladı. Nəticədə istisnasız olaraq bütün ölkələrin iştirak edə biləcəyi dünya bazarı yarandı. Orta statistik göstəricilərə görə beynəlxalq turist səyahətlərinin 65% -i Avropaya, 20% -i Amerika və təqribən 15% -i isə digər regionlara təşkil olunmuşdur. Dünya turizminin ətraflı statistik göstəriciləri Ümumdünya Turizm Təşkilatının dərc etdiyi “Yеаr Bоок оf Тourism Statistics” toplusunda yer alır.
Dünyada turizmin inkişafına əsas təsir göstərən amillərdən biri inkişaf etmiş ölkələrdə iqtisadi və sosial vəziyyətlə yanaşı, əhalinin (potensial turistlərin) adambaşına düşən gəlirlərin miqdarıdır.
Subyektiv amillərə isə dövlət orqanlarının fəaliyyəti, ölkəyə gələn və ölkədən çıxan və eləcə də, ölkəyə gələn turistlərin kəmiyyəti və s. aid edilə bilər.
Ölkədə turizmi artırmaqla--daha çox turist qəbul etməklə ölkəyə xarici valyuta axımının həcmini artırmaq və beləliklə də yeni iş yerləri açmaq olar. Bir çox ölkələr məhz turizmin hesabına öz tədiyyə balanslarını tənzimləməyə çalışırlar.
Ümumdünya Turizm Təşkilatının məlumatlarına görə 2000 –ci illərin ortalarında turizmin ümumdünya milli məhsulunda 10,5% -ni, dünya üzrə iş yerlərinin isə 10,3% -lik payı vardı.
Aşağıdakı cədvəldə dünya üzrə turist axınlarının istiqamətlərinə ümumi olaraq nəzər sala bilərik: (2002 ci il)
№
|
Regionlar və ölkələr
|
Gələn turistlərin sayı
|
Turizmdən əldə olunan gəlirin miqda-rı (mlnUSD)
|
Yerli turis-tlərin xaricdə xərclədiyi pul (mln USD)
|
Saldo
(mln USD)
|
|
|
Bütün dünya üzrə
|
454875 min
|
270006
|
237916
|
|
|
|
Asiya
|
62495
|
41044
|
43746
|
|
|
1.
|
Honkonq
|
5933
|
5032
|
...
|
...
|
|
2.
|
ÇXR
|
10484
|
2218
|
470
|
+1748
|
|
3.
|
Malayziya
|
7446
|
1667
|
4473
|
-2806
|
|
4.
|
Sinqapur
|
4842
|
4362
|
1381
|
+2981
|
|
5.
|
Tayland
|
5299
|
4326
|
854
|
+3472
|
|
6.
|
Türkiyə
|
9598
|
8372
|
1040
|
+7332
|
|
7.
|
Cənubi Koreya
|
2959
|
3559
|
3166
|
+393
|
|
8.
|
İordaniya
|
2633
|
500
|
419
|
+81
|
|
9.
|
Yaponiya
|
1879
|
3578
|
24928
|
-21350
|
|
|
Şimali Amerika
|
84104
|
61824
|
54420
|
|
|
10.
|
Baham adaları
|
3124
|
1999
|
254
|
+1745
|
|
11.
|
Dominikan Respub.
|
1533
|
750
|
144
|
+606
|
|
12.
|
Kanada
|
15 258
|
6374
|
8390
|
-2016
|
|
13.
|
Meksika
|
15695
|
5324
|
5379
|
-55
|
|
14.
|
Puerto –Riko
|
2554
|
1367
|
647
|
+720
|
|
15.
|
ABŞ
|
39 772
|
40 579
|
38 671
|
+1908
|
|
|
Cənubi Amerika
|
8634
|
5781
|
5651
|
|
|
16.
|
Argentina
|
2728
|
1975
|
1171
|
+804
|
|
17.
|
Braziliya
|
1079
|
1444
|
1559
|
-115
|
|
18.
|
Uruqvay
|
1267
|
261
|
111
|
+150
|
|
|
Afrika
|
17 728
|
6801
|
3932
|
|
|
19.
|
Mərakeş
|
4024
|
1259
|
184
|
+1075
|
|
20.
|
Tunis
|
3204
|
953
|
179
|
+774
|
|
21.
|
CAR
|
1029
|
815
|
1065
|
-254
|
|
|
Avropa
|
276755
|
132977
|
124034
|
|
|
22.
|
Avstriya
|
19011
|
13017
|
6212
|
+6805
|
|
23.
|
Macarıstan
|
20 510
|
1000
|
600
|
+400
|
|
24.
|
Almaniya
|
17 045
|
10 683
|
29 836
|
-19153
|
|
25.
|
İspaniya
|
34 300
|
18593
|
4254
|
+14339
|
|
26.
|
Fransa
|
53157
|
20185
|
12424
|
+7761
|
|
27.
|
İtaliya
|
26679
|
19742
|
13826
|
+5916
|
|
28.
|
İsveçrə
|
13 200
|
6839
|
5989
|
+850
|
|
29.
|
Birləşmiş Krallıq
|
18021
|
13935
|
17614
|
-3679
|
|
30.
|
Yunanıstan
|
13309
|
5174
|
1958
|
+3216
|
|
31.
|
Portuqaliya
|
8020
|
3556
|
867
|
+2689
|
|
32.
|
Niderland
|
5795
|
3615
|
7340
|
-3725
|
|
|
Avstraliya və okeaniya
|
5159
|
6133
|
|
|
|
33.
|
Avstraliya
|
2215
|
3635
|
4120
|
-485
|
|
*Statistic Yearbook, 2002/03 - New York, 2004
Ümumdünya Turizm Təşkilatının məlumatlarına görə dünya 15 ölkənin təklif etdikləri turist xidmətlərindən əldə olunan gəlir, onların ixrac etdikləri digər məhsullardan əldə etdikləri gəlirdən dəfələrlə çoxdur. Bir qayda olaraq bu ölkələr subtropik və tropik qurşaqda yerləşən Barbados, Seyşel, Mavriki və s kimi ərazicə kiçik ölkələrdir. Digər tərəfdən dünyanın 45 ölkəsində turizmdən əldə olunan gəlir ümumilikdə həmin ölkələrdən xaricə ixrac olunan əmtəə və xidmətlərdən gələn gəlirin təqribən ¼ -ni təşkil edir. Bu ölkələr əsasən iqtisadiyyatı zəif inkişaf etmiş, inkişafda olan ölkələrdir. İspaniya, Portuqaliya, Avstriya və başqaları belə ölkələr arasında istisna təşkil edir.
Beynəlxalq turizmdən əldə olunan gəlirlər dedikdə xarici turistlərə onlar ölkədə olan vaxt təklif olunan mal və xidmətlərin müqabilində ölkəyə daxil olan gəlirlər aid edilir. Beynəlxalq daşımalara sərf olunan ödəmələr buraya daxil deyil.
Turizm xərcləmələri isə turistlərin başqa ölkələrdə əmtəə və xidmətlərdən istifadə müqabilində xərclədikləri vəsaitlərdir. 2002 –ci ilin məumatlarına görə dünya miqyasına turizmdən əldə olunan gəlirlərin miqdarı 270006 mln ABŞ dolları miqdarında olmuşdur. Həmçinin ABŞ –dan olan turistlərin xarici ölkələrə səyahətləri zamanı xərclədikləri pulun kəmiyyəti də digər ölkələrə nisbətən yüksək olması ilə seçilir. Müasir dövrdə aparılan hesablamalar göstərir ki, turistlərin digər ölkəyə səfərləri zamanı xərclədikləri vəsaitlərin 40% -i qidalanma xərclərinə, 30% -i yaşayış və yerləşmə xərclərinə, 8% -i ölkənin içərilərinə səyahətlər zamanı nəqliyyat xərc-lərinə, qalan 22% -i isə digər məqsədlərə sərf olunur.
Turizm hər hansı ölkənin iqtisadiyyatına müxtəlif səviyyələrdə təsir göstərə
bilir. Beləki ilk növbədə səyahətləri təşkil edən ölkələr dəki turizm firmaları gəlir əldə edir (birbaşa təsir), gələn və gedən turistlərin tələbatına uyğun əmtəə və xidmətlər istehsal olunur (dolayı təsir), əmtəə və xidmətlərin istehsalı isə öz növbəsində məşğulluğu təmin edir və nəticədə gəlirin təkrar bölgüsü çərçivəsində hər bir işçidə xaricə səyahət etmək həvəsi yaranır. Bütün bunlara baxmayaraq turizmin ölkə iqtisadiyyatına verdiyi ən böyük tövhə ölkəyə valyuta axınını təmin etməkdir. İnkişafda olan ölkələr üçün isə yaranan bu “artıq” valyutanın bir hissəsini turistlərin rahatlığı naminə xarici ölkələrdən daha çox əmtəə almağa sərf edilməsi və digər hissəsini isə ölkə ərazisində digər sahələrin inkişafına yönəltmək xarakterikdir. Dünya bankının məlumatlarına görə, ölkəyə daxil olan valyutanın 15-55% i ölkənin iqtisadi inkişaf səviyyəsindən asılı olaraq ölkədə digər sənaye sahələrinin inkişafına sərf olunur. Digər 35-40%-i isə dövriyyə vəsaiti olaraq hərəkət edir.
Bundan başqa ölkəyə gələn turistlərin təqdim etdikləri yeni əmtəələri görən yerli əhalidə belə məhsullara tələb yaranır və “canlı reklamların” hesabına xaricdən ölkəyə məhsul idxalına stimul formalaşır. Beləliklə də, ölkə iqtisadiyyatı inteqrasiya edir.
2003-cü ildə Baş Assambleya BMT və Ümumdünya Turizm Təşkilatı arasında razılaşmanı təsdiq etdi. Bu razılaşmaya əsasən ÜTT –ına BMT-nin ixtisaslaşmış təşkilatı statusu verilirdi. Bu təşkilatın bu cür statusda ən öndə vəzifələri turizmin inkişafını dəstəkləmək, inkişafı həvəsləndirmək, iri miqyasda inkişafa nail olmaq və kasıblığın aradan qaldırılmasıdır.
Ümumdünya Turizm Təşkilatı və BMT –nin 29 yanvar 2008 ci il tarixli “Dünya turizminin barometri” adlı hesabatında qeyd olunan məlumatlara görə xaricə səfər edən turistlərin sayı 2007 –ci ildə 2006 –cı ilə nisbətən rekord həddə--52 mln nəfər artaraq 900 milyona çatmışdır. 2005 –ci ildən 2007 –ci ilədək xaricə səyahət edən turistlərin sayı 100 milyon nəfərə qədər artmışdır.
2007 –ci ildə də turistlər üçün ən cəlbedici region Avropa olaraq qalmaqda idi. Bura səyahət edən turistlərin sayı ümumilikdə xarici turistlərin yarıdan çoxunu təşkil edirdi—təqribən 480 milyondan nəfərdən artıq—bu isə öz növbəsində 2006 –cı ilin göstəricisindən 19 milyon nəfər artıqdır. 2007 –ci ildə turizmi ən nəzərəçarpacaq miqyasda inkişaf etmiş ölkələr Türkiyə, Yunanıstan, Portuqaliya, İtaliya və İsveçrə olmuşdur. Yaxın Şərq regionuna səyahət edən turistlərin sayı isə 2006 –cı ilə nisbətən 5 milyon nəfər artaraq 46 milyon nəfərə çatmışdır. 6 milyon nəfərlik artımla Şimali Amerika, 3 milyon nəfərlik artımla isə Afrika regionu növbəti sıralarda dayanır.
Ümumdünya Turizm Təşkilatının 2009-cu ilin 27 yanvar tarixli eyni adlı hesabatında isə verilən məlumatlara görə isə 2008-ci ildə xarici turistlərin sayı 2007-ci illə müqayisədə 16 milyon nəfər artaraq 924 milyona çatmışdır.
Hesabatın müəllifləri əsas diqqəti ona ayırırlar ki, 2008 –ci ildə beynəlxalq turizm cəmi 2% artmışdır və yalnız ilin əvvəllərində səyahətlərdə fəallıq hiss olun-muşdur. Əksinə ilin ikinci yarısında isə xaricə səyahət etmək istəyənlərin sayında kəskin azalmalar müşahidə olundu. Mütəxəssislər turizmin inkişafında bu ləngiməni beynəlxalq maliyyə böhranı və digər iqtisadi sarsılmalarla əlaqələndirirlər. Onlar bu mənfi tendensiyanın 2009 –cu ildə də qalacağından ehtiyat edirlər.
2008 –ci ilin son 6 ayı ərzində 2007 –ci ilin analoji dövrü ilə müqayisədə Avropa və Asiyaya səyahətlərin kəmiyyətində 3% kəsr nəzərə çarpır. Ümumilikdə 2008 –ci ildə turistlər üçün ən cazibədar ölkələr Honduras, Nikaraqua, Panama, Uruqvay, İndoneziya, Misir, Hindistan, İordaniya, Mərakeş və Türkiyə olmuşdur.
Nəticə
Beləliklə, beynəlxalq turizm öz inkişafında uzun yol qət etmişdir və hazırda öz inkişaf tempinə görə dünya sənaye sahələri arasında özünəməxsus yer tutur.
Turizm də digər beynəlxalq fəaliyyət sahələri kimi çox çətin sahədir və onun inkişafı bütövlükdə ölkənin iqtisadi inkişafından asılıdır.
Turizm müəsisələrinin səmərəli fəaliyyətini inkişaf etdirmək üçün aşağıdakı şərtlərin həyata keçirilməsi vacibdir :
a) istifadə olunan nəqliyyat növündəni asılı olmayaraq fərdi və kollektiv qaydada həyata keçirilən turizm səyahətlərini sadələşdirmək.
b) pasport, viza, tibbi və valyutar yoxlamaları və xaricdəki turizm təmsilçiliyi statusu üzrə rəsmiyyətçiliklərin sadələşdirilməsi üzrə müvafiq qəraların qəbul edilməsi ilə turizm səfərlərinin, səyahətlərinin genişləndirlməsinə səmərəli töhfə vermək.
c) turistlərə tətbiq olunan hüquqi müddəaların liberallaşmasına imkan verən və turistlərə xidmət edən turizm müəssisələri, turizm agentliklər və digər təşkilatların fəaliyyətinə aid olan texniki normalara uyğun olaraq turizm səyahətlərinin sadələşdirilməsi məqsədilə qəbul edilmiş və icra olunan Budapeşt Konvensiyası ilə birgə əməkdaşlıq edilir.
Turizm sahəsi beynəlxalq aləmdə neft sektorundan sonra ən gəlirli sahə hesab olunur. Azərbaycan Respublikası ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu nəhəng neft strategiyası sayəsində əmin addımlarla inkişaf edir. Eyni zamanda məlum olduğu kimi neft tükənən sərvət olduğundan və müəyyən sektorlar üzrə sürətli inkişaf meyillərinin sonradan acı fəsadlar törətdiyinin şahidi olduğumuzdan yalnız neft sahəsi ilə kifayətlənməməli, yeni istehsal və xidmət sahələrinə maliyyə vəsaiti yönəldilməlidir. Bu nöqteyi nəzərdən turizm sektoru ən perspektivli sahə hesab olunur. Belə ki, ölkəmizin keçdiyi şanlı tarixi inkişaf yolu, əlverişli coğra-fi iqtisadi mövqe, təbii sərvətlər, gözəl, bənzərsiz təbiət nümunələri, tariximizin möhtəşəm şahidləri olan tarixi və mədəniyyət abidələrimiz hər bir dövrdə xariciləri arasında Azərbaycana marağı artırmağa sövq etmişdir. Balneoloji sərvətlərimiz, mineral bulaqlarımız, müalicə -istirahət komplekslərimiz isə bu marağı məcburiyyətə çevirmişdir. Hal hazırda prezidentimizin apardığı məqsədyönlü investisiya siyasəti büdcəmizin neftdən asılılığını azaltmağa yönəlmiş tədbirlər sisteminin bir parçasıdır.
Bununla bele respublikada infrastrukturun yenilənməsi, yeni mehmanxana və turizm obyektlərinin istifadəyə verilməsi bu paketin bir növ davamıdır. Tikilməkdə olan Qusar –Şahdağ qış istirahət mərkəzi ölkəmizin təbiətinin nəinki yay fəsli üçün həmdə qış fəslində də çox gözəl olduğunu nümayiş etdirəcəkdir və bununla da biz dünyaya 8 iqlim tipinin mövcud olduğu ölkəmizin qapılarını açaraq hər bir iqlim tipinin gözəlliklərinə uyğun istirahətlər təklif edəcəyik.
Böyuk və Kiçik Qafqaz dağlarının ağuşunda yerləşən Azərbaycana gələn turistlərin yerləşdirilməsi, onlara yüksək səviyyəli xidmətin təklif edilməsi, xalqı-mızın qonaqpərvərliyi onları bizim turizmimizin “canlı reklamları” rolunu ifa etmə-lərinə səbəb olacaqdır.
Qloballaşan dünyada inteqrasiya siyasətini prioritet seçmiş Azərbaycn Respulikası digər sahələrdə olduğu kimi turizm sektorunda da dünya miqyasında lider mövqelərdə durmağı hədəf qəbul etmişdir və bu yolda Ümumdünya Turizm Təşkilatı ilə sıx əməkdaşlıq aparır.
Turizmin özünün spesifik xüsusiyyətlərinə və cəmiyyətin iqtisadi, sosial, mədəni həyatındakı roluna, hətta beynəlxalq münasibətlərdəki əhəmiyyətinə görə onu kifayət qədər mürəkkəb bir sahə kimi göstərmək olar. Tədqiqat obyekti kimi nəzərdən keçirilən keyfiyyət problemi isə turizm məhsuluna qarşı qoyulan baza kriterilərindən əlavə həmin spesifik xüsusiyyətlərin də nəzərdə saxlanılmasını tələb edir.
Ədəbiyyat
-
«Turizmin əsasları»--İlqar Hüseynov, Nigar Əfəndiyeva Bakı 2007
-
Azərbaycan Milli Ensiklopediyası
-
«Turizmin əsasları»--Soltanova H.B. , Hüseynova Ş.H. “Mütərqim” Bakı 2007
-
«Turizmin menecmenti»—Bilalov B.Ə. “Mütərqim” Bakı 2005
-
«Turizm və ekskursiya işinin təşkili və idarə edilməsi». Sabir Rəhimov “Mütərqim” Bakı 2004
-
В.А. Квартальнов, «Туризм» Москва «Финансы и статистика» 2002
-
«Экономика туризма» РМАТ. Москва «Финансы и статистика» 2001
-
Е.Н. Ильина, «Туризм-путешесвия создание туристической фирмы, агентский бизнес, Москва РМАТ,1998
-
Пузакова Е.П., Честникова В.А. «Международный туристический бизнес» Москва 1997
-
Фомичев В.И., «Международная торговля» Москва 1998
-
Сапрунова В., «Туризм: эволюция, структура, маркетинг» Москва 1997
-
Гульяев В.Г., «Организация туристической деятельности» Москва 1996
-
Yearbook of tourism statistics. New York 2003
Internet resurslar:
-
www.fairex.az/index-a.php
-
Marketing and advertaising keys-www.mak az
-
Ekologiya və təbii sərvətlər nazirliyi — eco.gov.az
-
Mədəniyyət və turizm nazirliyi— mct.gov.az/?/az/turizm
Dostları ilə paylaş: |