Turizm və onun təşkili


Mövzu: 7.Turların satışı zamanı turoperator və turagentlərin iş prinsipləri



Yüklə 78,69 Kb.
səhifə10/28
tarix24.05.2022
ölçüsü78,69 Kb.
#116155
1   ...   6   7   8   9   10   11   12   13   ...   28
turizm texnaloji

Mövzu: 7.Turların satışı zamanı turoperator və turagentlərin iş prinsipləri.
Bu təşkilatlar demək olar ki. turist məhsulunu istehsal edir və satışını
təşkil edirlər. Turoperator - turist marşrutlarını tərtib edən, turpaketi
komplektləşdirən, onları reklam edən və turist məhsuluna qiymət təyin edib,
onu turagentlərin vasitəsi ilə. ya da ki. birbaşa özü satmaqla məşğul
olan təşkilatdır. Turoperator müxtəlif turist xidmətlərini toplayıb vahid turist
məhsulu kimi satışa çıxardır. Bu cür turist məhsuluna «tur» və ya «turpoezdka»
deyilir.
Turoperatorlar turist bazarının müəyyən sahələrində, yəni seqmentlərində
işləyə bilirlər. Bundan asılı olaraq, onların adları da iş seqmentini xarakterizə
edir. Məsələn, daxili turist bazarı turoperatoru, xarici bazar turoperatoru,
xüsusi bazar turoperatoru və s. Xarici bazarı - beynəlxalq turizm bazarı da
adlandırırlar. Bu bazar sonsuz dərəcədə böyükdür. Ona görə də, operatorlar
işləmək üçün onun seqmentlərinin birini seçirlər. Turoperator turizmdə aparıcı
rol oynayır. O, bazara rəqabətli turist məhsulu çıxardır.
Turagent - turoperatorla müştəri arasında vasitəçi təşkilatdır. Onun əsas
vəzifəsi turist məhsulunu operatordan alıb müştəriyə satmaqdır. Bundan ötrü,
o, turoperatordan turun öz dəyərindən 7-15 %-ə qədər mükafat (komission)
alır. Turist biznes fəaliyyətində çox zaman turoperatorla tur- agentlərin
vəzifələri bir-birini əvəz edir.
Azərbaycanda turoperatorlar əsas xarici bazara işləyirlər. Bəzi Azərbaycan turoperatorları xariclə
əlaqə yaradıb ölkəyə turist dəvət edirlər. Lakin onlar bu zaman böyük
çətinliklərlə rastlaşırlar. Onlar Azərbaycanda işləyən və eyni zamanda,
turizmlə də məşğul olan xarici kompaniyaların güclü rəqabətinə tab gətirə
bilmirlər. Xarici kompaniyaların qüvvətli maliyyə potensialı, özlərinin
nəqliyyat vasitələri, öz hökumətləri tərəfindən tez və asanlıqla viza problemini
həll edirlər. Azərbaycanın xarici ölkələrdəki səfirlikləri və
nümayəndəliklərin yaradılması Azərbaycan turizmini lazımı səviyyədə təbliğ etdirilməsinə öz töhfəsini verəcək.
Azərbaycan turizm imicini xaricdə ölkələrdə də formalşdırmaqla ölkəyə gəlmək istəyən xarici turistlərin sayına artırascaq. . Azərbaycan turist profilli böyük turizm potensiala malik ölkədir.

Yüklə 78,69 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin