Turizm və onun təşkili


Turizm məhsulunun yaradılması



Yüklə 78,69 Kb.
səhifə17/28
tarix24.05.2022
ölçüsü78,69 Kb.
#116155
1   ...   13   14   15   16   17   18   19   20   ...   28
turizm texnaloji

Turizm məhsulunun yaradılması
Turizm firmasının turların yaradılması üzrə iş qaydasmı
göstərilən sxem şəklində təsəvvür etmək olar
Bunları nəzərə alaraq turizm müəssisəsinin tam fəaliyyət
dövrünü şərti olaraq dörd mühüm istiqamətə ayırmaq olar. Turizm məhsulunun hazırlanması tələbin öyrənilməsindən
başlayır. Amma bu kifayət deyil, çünki turizm məhsulu yerli qə­
buletmə və xidmətin təşkili imkanlarından çox asılıdır. İqlim,
maddi baza, infrastruktur, diqqətəlayiq yerlər və s. turizm məhsulunun tərkibinə və məzmununa təsir göstərir. İmkanları qiymətləndirdikdən, tələbi bir də təhlil etdikdən sonra onu mümkün
variantlara proeksiya edərək spesifikasiyam( Spesifikasiya - b ir şe y in d ə q iq lə şd irilm iş tə s n ifi k im i b a ş a d ü şü lü r.) keçirmək lazımdır.
Yalnız bundan sonra marşrut xəttinin çəkilməsinə, xidmət
qrafikinin hazırlanmasına başlamaq olar. Xidmət qrafiki üçün turlar paketi və əlavə xidmət dəsti tərtib olunur. Eyni zamanda xidmət tədarükçüləri ilə saziş (müqavilə) kompaniyası aparılır. Hazır turlar paketi hesablanır, onların pərakəndə və topdansatış
qiymətləri müəyyən edilir, ayrı-ayrı xidmət növlərinə qiymətlər
preyskurantı hazırlanır. Turlar bir qayda olaraq kütləvi informasiya vasitələrilə reklam olunur. Onların satışından sonra bütün turizm fəaliyyətinin
əsas nəticəsi olan tur marşrutlarında turistlərə xidmət başlanır.
Amma bu hələ yekun deyildir. Xidmət başa çatdıqdan sonra turfırma əməkdaşları turun üstün və yaxşı cəhətlərini, eyni zamanda
çatışmazlıqlarını təhlil edərək, lazımi nəticə çıxarıb, turizm məhsuluna müəyyən dəyişikliklər əlavə edirlər. Belə marketinq fəaliyyəti tələbin ardıcıl öyrənilməsi ilə birgə həyata keçirilir.
Maliyyə hesablaşmaları
Hər bir görülən iş sevinclə yanaşı, gəlir də gətirməlidir.
Gəlirli olmayan istehsalat iflasa uğrayır və ləğv olunur. Ona görə
də turizm firması öz fəaliyyətinin gəlirli olması üçün tədbirlər
görməlidir.
Turizm məhsulunun qiymətləri elə hesablanmalıdır ki, onlar çəkilən xərclərin ödənilməsini təmin etsin və eyni zamanda
analoji məhsula olan orta bazar qiymətləri səviyyəsini aşmasın.
Bəs turizm firması (turoperator) öz gəlirini haradan əldə
edir? Gəlir satılan turun və turizm xidməti qiymətlərinin cəmindən əldə olunur. Amma tədarükçülər tərəfindən göstərilən xidmətə görə onlara pul ödənilməlidir, yəni göstərilən xidmətlərə
görə turist tərəfindən ödənilən məbləğ turfınnada qalmır və xidmət tədarükçülərinə verilir. Ona görə də qiymət tərkibinə xidmə­
tin maya dəyərindən başqa, mənfəət də əlavə edilir. Turizm
məhsulu üçün adi mənfəət normativi turun maya dəyərinin 15-20
% miqdarında nəzərdə tutulur. Turun dəyərinin 15-20 %-ni təşkil
edən mənfəət, turizm müəssisəsinin bütün xərclərini ödəməli və
üstəlik firmanın gələcək inkişafını da təmin etməlidir.
Bəs gəlir hansı xərcləri ödəməlidir?

Yüklə 78,69 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin