Turizm və onun təşkili



Yüklə 78,69 Kb.
səhifə18/28
tarix24.05.2022
ölçüsü78,69 Kb.
#116155
1   ...   14   15   16   17   18   19   20   21   ...   28
turizm texnaloji

Mütləq ödəmələr:
- tur üzrə göstərilən xidmətlərə daxil olan qiymətlər;
- vergilər (turagentlər üçün əlavə dəyər vergisi, mənfəət
vergisi, əmək haqqı fondundan vergi və bir çox başqa vergilər);
- ofis otaqlarının icarəsi;
- avadanlıq, mebel və inventarın amortizasiyası*;
* A m o rtiz a s iy a ~ av ad an lığ ın iş lə n m ə si n ə tic ə sin d ə g et-gedə o n u n q iy ­
m ə tin in a zalm ası. F izik i v ə m ə n ə v i k ö h n ə lm ə . - işçilərin əmək haqqı, mükafatlar, bonuslar* və s.;
- depozitlər* * və depozitlər üzrə faizlər (lisenziyanın alınması üçün bank və ya sığorta şirkətlərinə, İATA və ya agent sazi­
şinə görə aviaşirkətinə və s.;
- fondlarm formalaşması - sosial inkişaf, yenidənqurma və
yenidən təşkil edilmə, investisiya edilmə*** və s.
Firmanın gələcək inkişafı vo ola biləcək diversifikasiyası
üçün, məhsul istehsalmdan hər hansı bir sırf mənfəəti olmalıdır.
Dünyada turagentlər arasında turların satılması üzrə çox
ciddi rəqabət vardır. Bu rəqabətdə qiymət çox mühüm rol oynayır.
Əgər sizə müxtəlif agentliklərdə eyni turu müxtəlif qiymətlərlə təklif edirlərsə, yəqin ki, siz ən ucuz olanı seçəcəksiniz.
Firmalar tur qiymətlərini artırmaq arzusunda olsalar da, bazarın
konyukturası**** buna imkan vermir. Ona görə də əksər turizm
firmaları öz fəaliyyətlərinin mənfəətli olması üçün digər yollar
axtarırlar.
Turizm firmasının inkişafı
Hər bir istehsalat kimi, turizm firması da (şirkəti) bazarda
mütləq inkişaf etməlidir. İnkişaf dinamikasınm dayanması durğ-
unluğa gətirib çıxara bilər, çünki bazarın özü çox dinamikdir, daim dəyişir və inkişaf edir. İnkişaf yönümü olmayan firma sadəcə
geri qala bilər, yəni uduza bilər. Turizm firmasının gələcək inkişaf planının əsas fəaliyyət istiqamətləri bunlardır:
1. Daim perspektivə yönəlmiş tələbat tendensiyalarının
daimi marketinq tədqiqatı aparılmalıdır. Yeni xidmət növlərinin
inkişafı onu yaradanlara həmişə daha yüksək qiymət təyin etməyə və bununla da yaxşı qazanc əldə etməyə imkan verir.
2. Turizm sahibkarlığı çərçivəsində qalmaqla kapitalın todbiq edilmə sahəsinin müxtəlifliyinə imkan verən, turizm fəaliyyətinin diversifıkasiyası keçirilməlidir. Turizmdə istehsalat diversifıkasiyasmm iki müxtəlif növü inteqrasiya ola bilər: üfüqi və
şaquli.
Üfüqi inteqrasiya - yeni marşrutların, istiqamətlərin açılması, yeni turizm və xidmət növlərinin mənimsənilməsi; firmaların birbaşa tabeçiliyində olan və oxşar fəaliyyətlə məşğul olan
müəssisələrin açılması, rəqib müəssisələrinin alınması, iri birliklərin, korporasiyaların formalaşması.
Şaquli inteqrasiya - yeni fəaliyyət növlərinin açılışı. Mə­sələn, turoperator öz agentliyini yaradır, transfer üçün qaraj vəaviaşirkət açır, gələcəkdə mehmanxana, restoran tikir.
Dünya təcrübəsində şaquli inteqrasiyaya daha çox rast gə­
linir. Amma o, yalnız kapitalın və dövriyyənin müəyyən səviyyə­
sinə çatdıqdan sonra mümkün olur.

Yüklə 78,69 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin