Turizm və onun təşkili


Təcrübə müəssisəsində rəhbərlik stillərinin həyata keçrirləsi qaydalarının tələbələrə öyrədilməsi



Yüklə 78,69 Kb.
səhifə22/28
tarix24.05.2022
ölçüsü78,69 Kb.
#116155
1   ...   18   19   20   21   22   23   24   25   ...   28
turizm texnaloji

15.Təcrübə müəssisəsində rəhbərlik stillərinin həyata keçrirləsi qaydalarının tələbələrə öyrədilməsi. «Stil» - yunan sözüdür. Onun mənası - «xətt» deməkdir. Rəhbərlik stili
hər adamın özünə məxsus, təkrar olunmaz «xəttidir», özünə məxsus
xüsusiyyətidir. İki adamın xətti eyni olmadığı kimi, onların idarəetmə üsulları
da müxtəlif olur. Beləliklə, «idarəetmə stili» menecerin praktiki fəaliyyətinin
metodlarıdır. Buradan görünür ki, stillə metod arasında müəyyən oxşarlıq var.
Stil menecerin metodlannm tətbiqinə təlimatdır. Hər menecer idarəetmə
metodlarını özünə məxsus üsulla və ya stillə həyata tətbiq edir. Bu o deməkdir
ki, hər hansı bir metodun tətbiq olunması konkret keyfiyyətə malik olan
şəxsiyyətin olmasını tələb edir. Bundan başqa, idarəetmə metodu çevik və
dəyişən şəraitə həssasdır. Stil isə dəyişməyərək sabit qalır. Stil istehsalat
xarakteri daşıyır və metoda nisbətən çox zəif təkmilləşir. Beləliklə, idarəetmə
(rəhbərlik) stili olduqca şəxsidir və rəhbərin (menecerin) şəxsi keyfiyyətləri ilə
təyin olunur. O, menecerin adamlarla ünsiyyət bacarığını və həmin şəxsin
qərar qəbul etmək texnologiyasını əks etdirir.
İş prosesində menecerin xüsusi elə bir stili formalaşır ki, onu da təkrar
etmək qeyri-mümkündür. Menecerin idarəetmə stili onun şəxsi
xüsusiyyətlərindən və keyfiyyətlərindən asılıdır. İş stilinin tətbiq olunması
qarşıya qoyulan məsələlərin mahiyyətindən də asılıdır: əgər məsələ
idarəetməyə aiddirsə, onda menecer öz tabeçiliyində olanlara dəqiq və konkret
sərəncamlar verir və bu sərəncamların icrasına nəzarət edir. Əgər istigamətləndirici taPSiriQ verirsə, onda o. tabeçiliyində olanla onu müzakirə edir və onun
təşəbbüslərinə və təkliflərinə qiymət verir. Əgər icracı iş tapşırığını özü
müstəqil həll edirsə, menecer özü ona kömək edir, məsuliyyəti onunla
bölüşdürür. Praktikada çox vaxt menecer öz səlahiyyətlərinin bir hissəsini
tabeçiliyində olana verir və ona etibar edir.
tik dəfə rəhbərlik stili problemini ədəbiyyatda K. Levin qaldırmışdır. O,
stilin üç növünü - avtoritar, demokratik və liberal stillərini təklif etmişdir.
Levinə görə, avtoritar stildə rəhbərlik bütün ixtiyarı öz əlində cəmləyir. Belə
rəhbər tələb edir ki, iş haqqında vəziyyəti ətraflı ona məruzə etsinlər. işçilərlə
az əlaqədə olur, sərəncamlarında qısa və konkretdir, daim əmr və sərəncam
verməyi sevir, heç vaxt heç nəyi xalıiş etmir. Başqa sözlə, onun idarəetmə
üsulu əmr və sərəncamlardan təşkil olunur. Avtokrat üçün doğmalar və
sterioliplər onun təfəkkürünə xalidir. O. qulluqçu tərəfindən göstərilən
təşəbbüsləri bəyənmir. Avtokrat rəhbərlə işləmək insan üçün bir cəzadır. Onun
ən çox sevdiyi cümlə, «biz səninlə işləyə bilmərik» cümləsidir.
Demokratik stillə işləyən menecer məsələlərin çoxunu kolleqial həll edir,
tənqidə sağlam reaksiya göstərir, təşkilatın vəziyyəti haqqında məlumatları
tabeçiliyindəki işçilərə çatdırır, onlarla rəftarı mədənidir, daim işçilərlə
ünsiyyətdədir. Səlahiyyətlərinin bir hissəsini başqa mütəxəssislərə verir və
onlara etibar edir. O tələbkar və ədalətlidir. Qərar çıxaranda kollektivin bütün
üzvləri iştirak edir.
Liberal stili olan rəhbər kollektivin heç bir işinə qarışmır, işçilərə tam
müstəqillik verir. Belə rəhbər nəzakətlidir və lazım olarsa, əvvəlki qərarını
işçilərin xeyrinə ləğv etməyə hazırdır. Onlar işdə heç bir təşəbbüs göstərmirlər,
mexaniki olaraq yuxarı pillənin sərəncamını yerinə yetirirlər. İşçilərlə olan
rəftarının yumşaq olması hörmət qazanmağa maneçilik edir. Li- berallann
təşkilatçılıq qabiliyyəti çox zəifdir, onlar tabeçiliklərində olanlara nəzarət edə
bilmirlər. Ona görə də onların idarəetmə qabiliyyəti zəifdir. Beləliklə,
idarəetmə stili qərar qəbul etmə texnologiyasıdır.
Alman tədqiqatçlan rəhbərlik stili ilə əmək nəticələri arasında asılılıq
tapmışlar və bu asılılığı QRİD sistemində qrafiki şəkildə göstərmişlər.
QRİD setkasında menecerin öz səlahiyyətlərini yerinə yetirməsi qrafiki
şəkildə aydın göstərilmişdir (şək. 8). Menecerin fəaliyyəti iki ox (X-Y)
istiqamətində göstərilir; X - istehsala qayğı və Y - işçilərə qayğı oxudur. Bu iki
bərabər ölçünün arasında olan qarşılıqlı əlaqə və onun formalaşdırdığı idarə
üsulu sxematiq olaraq on ballıq setkada göstərilmişdir. Ən aşağı bal 1 baldır, ən
yuxarısı 10 baldır. Yerdə qalanı onların arasında olan əlavə qiymətlərdir.
Bu sistem konkret rəhbərlik keyfiyyətlərinə, səlahiyyətlərin düzgün
istifadə olunmasına, işgüzar kollektivin yaranmasına və idarəetməni xarak
terizə edən başqa faktorlara əsaslanır. Rəhbərin şəxsi keyfiyyətlərini
səciyyələndirən beş halı götürək:
a) 1.9 - bu halda - istehsalata qayğı 1 baldır, yəni ən az, əsas fikir isə
verilir işçilərə, yəni 9 bal.
b) 9.1 - 9 bal qayğı istehsalata. 1 bal isə işçilərə; bu halda menecer əsas
fikri istehsalata verir və yaxşı nəticələr əldə etmək üçün işçilərə nəyi və
necə etməyi sərəncam verir.
c) 1.1- minimal qayğı istehsalata və ən az qayğı insanlara. Meneceri bu
halda nə istehsalat maraqlandırır, nə də işçilər. O, ancaq öz iş yerini
qorumaqdan ötrü çalışır.
d) 5.5 - bu halın fəlsəfəsi rəhbərlə işçilərin sakit sülhüdür, yəni
müəssisədə orta səviyyədir; «toxunma mənə, toxunmayım sənə».
e) 9.9 - bu hal yüksək səviyyəc' həm istehsalata, həm də adamlara olan
qayğıdır. Bu halın meneceri müəssisəni demokratik yollarla idarə edir
və onun əmək göstəriciləri ən yüksəkdir.
İdarəetmə çox mürəkkəb prosesdir, lakin onu təsvir etmək üçün.əsas
elementlərə ayırmaq olar. Bu elementlər aşağıdakılardır: təşəbbüskarlıq,
məlumatlı olmaq, öz fikrini müdafiə etməyi və qərar qəbul etməyi bacarmaq.
konlliktli situasiyaların həlli və tənqidi analizi aparmaqdır. Bu elementlərin
6-sı da. kamil idarəetmə nöqteyi nəzərindən çox vacibdir. Onların heç biri o
birini əvəz elmir. Bu elementlərin hər biri menecerin davranı şını xarakterizə edən 6 növ əməliyyatdan tərtib olunur. Bu əməliyyatların vasitəsi ilə adamların bir-biri ilə əlaqəsini, təşkilatda müxtəlif məsələlərin həll etməsi bacarığını, idarəetmə xüsusiyyətlərini öyrənmək olur. Bu davranış
elementləri aşağıdakılardır:
Təşəbbüskarlıq - yeni bir iş görəndə özünü göstərir. Rəhbər,
başqaları ondan qərar gözləyəndə, bu təşəbbüskarlığı göstərə də bilər və
göstərməyə də bilər.
A. Vəziyyət nə qədər tələb edirsə, mən bir o qədər də çalışıram.
B. Başqalarına kömək edirəm və onları dəstəkləyirəm.
C. Orta tempdə öz fəaliyyətimi davam etdirirəm.
D. Tabeçiliyimdə olanlar və o cümlədən, özüm aktiv fəaliyyət göstə
rirəm.
E. Ciddi ölçü götürürəm və başqaları məni müdafiə edir.
F. Mənə sədaqətli olanlan müdafiə edirəm və mükafatlandırıram.
3.2. Bütün xəbərlərdən hali olmao. Rəhbərlərin bəziləri bu hala
böyük əhəmiyyət verirlər, bəziləri isə daxil olan məlumatları ikinci dərəcəli hal
kimi qəbul edirlər.
A. Mən tabeliyimdə olanların verdiyi məlumatlarsız da keçinirəm.
B. Hər şeyin öz qaydasında olmağına inanmaq üçün mən fakt axtanram.
C. Hər şeyi olduğu kimi qəbul edirəm. Dəlilləri fikir ayrılığı olduqda
yoxlayıram.
D. Tabeliyimdə olanların səhvlərindən özümü qorumaq və vəziyyətə
nəzarəti itirməmək üçün faktları və dəlilləri araşdırıram.
E. Başqasının verdiyi məlumatı yoxlayıram.
F. Məlumatı toplayır və onların düzgünlüyünü yoxlayıram. İşçilərimə
diqqətlə qulaq asıram və onların verdiyi məlumatı təhlil edi-rəm,
çalışıram həqiqəti ortaya çıxarım.

Yüklə 78,69 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin