Turizm və onun təşkili


Turizm məhsuluna olan sorğunun təhlili metodunun tətbiqi qaydalarının təcrübəçi tələbələrə öyrədilməsi



Yüklə 78,69 Kb.
səhifə25/28
tarix24.05.2022
ölçüsü78,69 Kb.
#116155
1   ...   20   21   22   23   24   25   26   27   28
turizm texnaloji

17.Turizm məhsuluna olan sorğunun təhlili metodunun tətbiqi qaydalarının təcrübəçi tələbələrə öyrədilməsi.
Turist sorğusu anlayışı
Turist sorğusu - turist məhsuluna olan tələbatdan doğur. Turist
xidmətlərinə olan sorğu, istehsal və mal - pul dövriyyəsi olan yerdə əmələ gəlir.
Əvvəlki mühazirədə «turizm tələbatı» haqqında qeyd etmişdik ki, «turizm
tələbatı» şüurlu formada adət olunmuş zəruriyyətdir. Yəni, «turizm tələbatı»
insan orqanizminin sağlam qalması üçün lazım olan vacib funksional
elementdir. Göründüyü kimi, «turizm tələbatı» abstrakt anlayışdır, baxmayaraq
ki. o, insanın normal funksiyası üçün çox vacib elementdir. Turist sorğusu isə -
konkretdir və «turizm tələbatının» real hissəsidir. Turist sorğusunu
gerçəkləşdirən və inkişaf etdirən tələbatın üç forması mövcuddur; pul ödənişli,
həqiqi və absolyut tələbat forması. Bu klassifıkasiya- dan aydın görünür ki.
turist sorğusu bu tələbatların turist bazarına çıxarılan formasıdır. Turist
tələbatlarının hamısı ödənilmir, ancaq pul ekvivalenti ilə təmin olunan tələbat
ödənilir.
Turist sorğusunu öyrənəndə ödənişli sorğunu öyrənirlər, yəni o sorğunu
ki. turist məhsulu və pul vəsaiti ilə təmin olunmuş olsun. Sorğunun bu konkret
hissəsi ictimai tələbatın mallara və turist xidmətlərinə aid olan bir hissəsidir.
Ödənişli sorğunun vasitəsi ilə cəmiyyət, faktiki olaraq istehlakın və milli
gəlirin müxtəlif təbəqələr arasında paylanmasına nail ola bilir. Deməli, turist
sorğusu bazarın vasitəsilə ölkə daxilində sinfi münasibətləri tənzimləyir. Bazar
münasibətlərində istehsalın ziddiyyətləri özünü büruzə verir. Bu ziddiyyətlər
nəticəsində istehsal öz formasını dəyişir və inkişaf edir. Məsələn, artıq kəl
arabasına sorğu (ehtiyac) yoxdur. Deməli, onun istehsalı başqa malla, məsələn,
avtomobillə əvəz olunur. Turist sorğusunu turist məhsuluna sifariş kimi də
qiymətləndirmək olar.
Turist mallarına və xidmətlərinə olan sorğu turistlər tərəfindən verilir.
Turist sorğusu əsas iki elementlə xarakterizə olunur: pul və boş vaxtla. Bura
turist mallannın və xidmətlərinin qiymətini də əlavə etmək lazımdır. Madam ki,
turist sorğusu pul və boş vaxtla xarakterizə olunur, onda onların mənbələrinə
nəzər salaq.
Bizə bu gun turizm maliyyələşdirməsinin iki mənbəyi məlumdur -
turistlərin şəxsi gəliri və sosial fond (yəni dövlət tərəfindən maliyyələşdirmə
mənbəyi). Əgər Azərbaycanı konkret götürsək, bu 2 mənbəyin ikisi də çox
zəifıdər. Deməli, turist sorğusunun səviyyəsi də yüksək ola bilməz. Qaldı ki.
boş vaxtın olmasına, onun mənbəyi məzuniyyətlər və şənbə-bazar günləridir.
Sorğu turist tələbatının gerçəkləşmiş formasıdır. Tələbat isə qüvvələri və
istehsal münasibətlərinin inkişaf səviyyəsinin göstəricisidir. Deməli, sorğu da
ölkədə yaranmış istehsal münasibətlərini özündə əks etdirir. Sorğu milli gəliri
müxtəlif təbəqələrə paylayan bir alətə çevrilir. Burada turist sorğusu
müstəsnalıq təşkil etmir. Məhz ona görə də, turist tələbatı ümumi milli
məhsulun əhalinin müxtəlif təbəqələri arasında bölüşdürülməsi zamanı turist
sorğusuna çevrilir.
Beləliklə, turist sorğusu tək şəxsi yox, eyni zamanda ictimai tələbatı da
özündə əks etdirir.
2. Turist sorğusunun turizm inkişafına təsiri
Turizm məhsuluna olan ictimai tələbat hər zaman turist mallarının və
xidmətlərinin istehsalından çoxdur, ona görə ki. tələbat mürəkkəb və geniş
anlayışdır və onu tam təmin etmək üçün ölkənin imkanları məhduddur. Turist
tələbatının inkişafı ilə onu tam təmin etmək arasında əmələ gələn ziddiyyətlər
turist bazarının formalaşmasına və inkişafına müsbət təsir göstərən faktordur.
Turist sorğusu ödənişli tələbatın tək cəmi deyil, eyni zamanda rəqa- bətli
turist məhsuluna olan tələbatdır. Bu baxımdan, o. tələbatla sıx əlaqədardır və
keyfiyyətli turist məhsulunun formalaşmasına və inkişafına təkan verir.
Turist sorğusunun məzmunu turist tələbatıdır. Turist xidmətlərinin və
mallarının istifadəsi və bazarda satılması onun yaranması ilə əlaqədardır.
Turist xidmətlərinin istehlakı rəqabətli turist sorğusunu onun təklifi ilə
tarazlaşdırır. Bu hal turizmin spesifik xüsusi>7ətlərindən biri kimi onu başqa
mallardan fərqləndirir. Ona görə də. turist sorğusunun öyrənilməsi turist
tələbatının inkişafına təsir göstərən faktorlardan başlayır.
Turist sorğusunun formalaşmasına müxtəlif faktorlar təsir göstərir. Bu
faktorların intensivliyi zamanla əlaqədar və müxtəlif turist qrupları üçün
dəyişir. Elə hal olur ki, iqtisadi faktorlar kölgədə qalır və psixo-fizio- loji
faktorlar ön plana gəlir, başqa bir halda isə iqtisadi faktorlar həlledici rol
oynayır. Faktiki olaraq, turist sorğusu bazarda istehsalın aparıcı qüvvəsi kimi
çıxış edir, onun formalaşmasının iqtisadi aspektləri isə bazar münasibətlərində
aydın görünürlər.

Yüklə 78,69 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin