Turizm və onun təşkili


Turist sorğusunun formalaşmasına tosir göstərən faktorlar



Yüklə 78,69 Kb.
səhifə26/28
tarix24.05.2022
ölçüsü78,69 Kb.
#116155
1   ...   20   21   22   23   24   25   26   27   28
turizm texnaloji

Turist sorğusunun formalaşmasına tosir göstərən faktorlar
Turist sorğusuna və onun formalaşmasına təsir göstərən faktorları 2 qrupa
bölmək olar: sosial iqtisadi və psixo-fizioloji faktorlar. I qrupa turist
məhsulunun istehsalı, onun həcmi və strukturu aiddir. Bu qrup sorğunun
formalaşmasının əsas mənbəyidir, onun hesabına şəxsi və ictimai is- tehlak
fondları yaranır. Başqa bir faktor əhalinin illik gəliridir, onun məbləğindən
turizmə sərf olunan xərclərin miqdarı təyin olunur. Vacib faktorlardan biri
turizm mallarına və xidmətlərinə və onların keyfiyyətinə sərf olunan pulların
mütənasibliyidir.
Sosial faktorlar böyük bir qrupu əhatə edir. Bura əhalinin miqdarı, cinsi,
yaşı, sosial inkişaf səviyyəsi, turist xidmətlərindən və mallarından istifadə etmə
xüsusiyyətləri, milli ənənələri, tarixi şəraiti aiddir. Ailənin tərkibi də böyük rol
oynayır.
Psixo-fizioloji faktorların tərkibində əsas rolu ayrı-ayrı turistlərin
psixologiyası. mənəvi-psixoloji faktoru, moda, reklam, onların mədəni inkişaf
səviyyəsi əsas yer tutur.
Turist sorğusunu formalaşdıran və onun dəyişməsinə təsir göstərən
faktorları qarışdırmaq olmaz. Lakin ola bilsin ki. eyni faktor iki formada özünü
göstərsin; birinci formada məhsulun keyfiyyətinə, ikinci formada isə onun
miqdarına təsir göstərsin.
Turist sorğusuna təsir göstərən faktorlar mənfi və müsbət xarakter daşıya
bilərlər. Başqa sözlə desək, onlar sorğunun inkişafına, ya da ki. tənəzzülünə
səbəb ola bilərlər. Bu keyfiyyətdə bəzi faktorlar turist sorğusunun elastikliyinə
səbəb olurlar. Elastiklik turist bazarına məxsus olan kəmiyyətdir. O, turist
sorğusu ilə hər hansı bir faktorun funksional əlaqəsini göstərir. Bu əlaqənin
səviyyəsi elastiklik əmsalı ilə ölçülür. Elastiklik əmsalı turist sorğusunun hər
hansı bir faktorun dəyişməsindən asılı olaraq dəyişməsini göstərir. Elastiklik
əmsalı rəqəmlərlə və qrafıklə göstərilir.
Ədəbiyyatda ən çox turist sorğusunun turist məhsulunun qiymətindən
asılılığı tədqiq olunur. Lakin iqtisadiyyatçılar göstərirlər ki, turist sorğusu
başqa faktorlardan asılı olaraq da dəyişir. Məsələn, başqa malların (ərzaq və s.)
qiymətlərinin dəyişməsindən, turistlərin gəlirinin miqdarından, boş vaxtının
olmasından asılı dəyişir.
Ümumiləşdirərək belə deyə bilərik ki. turist sorğusunun funksiyası üç
qrup dəyişənlərdən - tələbat və istəkdən, məhsulun münasib qiymətlərindən və
müştərinin ödəniş qabiliyyətindən və azad vaxtın strukturundan asılıdır.


Yüklə 78,69 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin