Turizm və onun təşkili


Mövzu: 4.Təcrübəçi tərəfindən rəqiblərin marketinq vasitəsi ilə öyrənilməsi



Yüklə 78,69 Kb.
səhifə6/28
tarix24.05.2022
ölçüsü78,69 Kb.
#116155
1   2   3   4   5   6   7   8   9   ...   28
turizm texnaloji

Mövzu: 4.Təcrübəçi tərəfindən rəqiblərin marketinq vasitəsi ilə öyrənilməsi.
Turist nməssisəsinin rəqabət mühiti
Rəqabət turist bazarının vacib əlamətlərindən biridir. O. şəxsi və ictimai
maraqları tənzimləyir, «görünməyən əl» kimi əməklə kapitalı optimal
bölüşdürmək üçün gəlirin miqdarını tarazlaşdırır. Turizmdə rəqabət - turist
məhsulunu istehsal edən firmalar arasında aparılan mübarizəyə deyilir. Bu
mübarizədə firmalar çalışır ki. turistlərin məhsula olan tələbatını lazımınca
ödəsinlər. Deməli, rəqabət texniki tərəqqinin elementidir.
Bazarın inkişafı, orada iş qurumunun mürəkkəbliyi turist firmasının
ətrafında yaranan rəqabət mühitindən asılıdır. Rəqabət turist firmasının
aktivlik dərəcəsidir. O, marketinqin bir çox xüsusiyyətlərinin göstəricisidir:
satış şəraiti, satışın həcmi, qiymətləri, reklamın növləri, satışın stimullaşdırılması və s. Rəqabətin nəticəsində bazarda baş verən dəyişikliklər qısa
zamanda özünü büruzə verir. Rəqabətə təsir göstərən faktorlar aşağıdakılardır:
1. İmkanları eyni olan firmaların say çoxluğu. Əgər firmaların ölçüləri və
imkanları eynidirsə. onlar eyni dərəcədə rəqabət aparırlar. Əgər hər hansı
bir firma üçün rəqabət aparmaq çox ağırdırsa. deməli bazarda yeni «lider»
firma peyda olmuşdur.
2. Əgər turist məhsuluna tələbat azdırsa, onda bazarda rəqabət şiddətlənir.
Əksinə, bazar genişlənirsə, rəqabət zəifləyir, hamıya işləməyə yer tapılır.
Bazarda inkişaf zəifləyəndə, firmalar bazarda pay uğrunda mübarizə
aparırlar. Bu da yeni ideyaların yaranmasına səbəb olur, yeni əməliyyatlar
və müştəriləri özünə cəlb etmək üçün yeni tədbirlər görülür.
3. Məhsulun bölünməsi və ayrı-ayrı hissələrlə satılması rəqabəti zəiflədir.
Ona görə ki, belə halda hər firma bazarda öz yerini tuta bilir.
4. Mövsüm dəyişmələri olanda rəqabət şiddətlənir. Firmalar satışı
artırmaqdan ötrü qiyməti aşağı salırlar, güzəştə gedirlər və cürbəcür
taktiki tədbirlərə əl atırlar.
5. Rəqabət aparan firmalar müxtəlif strateji addımlar atdığı zaman, on- lann
arasında mübarizə kəskinləşir. Mübarizə bir də o vaxt kəskinləşir ki,
firmalar arasında resurs, kadr, strategiya, ümumi firmalann hörməti
alıcıların nəzərində müxtəlif olsun. Bu gür fərqlərin olması onu göstərir
ki, firmalar hardasa özlərini qeyri-müəyyən apara bilərlər. Yeni
firmaların bazarda peyda olması bazarda olan vəziyyəti tamamilə dəyişə
bilər.
Rəqiblərin hərəkətlərini təhlil edib, firmanın münasib qərarlar qəbul
etməsi, ona çox vaxt bazarda satışdan alınan xeyirdən çox xeyir verə bilər.
Rəqiblərin zəif və güclü tərəflərini öyrənərək onların imkanlarını və sonrakı
strategiya və məqsədlərini anlamaq olar. Rəqiblərin zəif cəhətlərini öyrənib.
onlarla intlektli mübarizə aparmaq və öz üstünlüyünü təmin etmək olar.
Rəqabət aparan bütün rəqiblər haqqında məlumat toplamaq mümkün
deyil. Ona görə də. rəqiblərin ən əsasları Amerika alimi M. Porter tə
rəfindən təklif edilən sxem ilə təhlil olunur. Bu sxem rəqibləri xarakterizə edən
dörd əsas elementdən təşkil olunmuşdur: gələcək məqsədləri, strategiyası, özü
haqqında məlumat və imkanları. Təhlilin apaniması məlumatların
toplanmasından başlayır. Toplanmış məlumatlar iki qrupa bölünür: miqdar və
ya formal məlumatlar və keyfiyyət məlumatlan.
Kəmiyyət məlumatlarına - hüquqi təşkilat forması, personalın miqdarı,
aktivləri, başqa maliyyə mənbələrinə çıxış imkanları, satış həcmi, bazardakı
payı, rentabelliliyi. rəhbərləri, filiallarının olması, əsas xidmət növləri və s.
aiddir.
Keyfiyyət məlumatlarından ən vacibləri - firmanın hörməti, imici,
gələcəyi, personalın iş təcrübəsi, əsas orientivləri, marketinq strategiyasının
çevikliyi, məhsul strategiyasının səmərəliliyi və başqalan aiddir. Keyfiyyət
məlumatlarına müştərilərin, ekspertlərin və mütəxəssislərin verdiyi rəylər də
əlavə olunur.
Rəqiblər haqqında ətraflı məlumatları rəqiblər haqqında olan xüsusi
cədvəllərdən almaq olar. Bu cədvəllərin materiallarının təhlili zamanı əsasən
rəqiblərin meydana gəlməsi və onların dəyişilməsi haqqında dürüst
məlumatları, onların xüsusiyyətlərini, zəif və qüvvətli cəhətlərini, bazara
çıxmağa mane olan ünsürləri, rəqabətə nə qədər tab gətirmək olar və s.
öyrənmək olar. Ardıcıllıqla toplanan bu məlumatlar rəqabət planını tərtib
etməyə imkan verir.

Yüklə 78,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin