Turizm və onun təşkili


Mövzu: 6.Təcrübəçi tələbə tərəfindən turizm məhsullarının satışı qaydalarının tətiqi



Yüklə 78,69 Kb.
səhifə9/28
tarix24.05.2022
ölçüsü78,69 Kb.
#116155
1   ...   5   6   7   8   9   10   11   12   ...   28
turizm texnaloji

Mövzu: 6.Təcrübəçi tələbə tərəfindən turizm məhsullarının satışı qaydalarının tətiqi.
Bu qaydalar əvvəlcədən bronlaşdırma, bronlaşmanın təsdiqi, turun
qiyməti və onun ödənilmə qaydaları, pasport və vizaya olan tələblər, turun ləğv
olunma şərtləri, turistlərin sığortalanması, tibbi nəzarət kimi əmə- liyyatlan
əhatə edir. Bütün bu şərtlərin turist kataloqlarında, reklam vərəqlərində, açıq
mətbuatda çap olunması aferta adlanır və turizm məhsulunu satmaq üçün
müqavilə bağlamağa çağırış kimi qiymətləndirilir. Əgər turist məhsulu fərdi
qaydada satılırsa, bu qaydalar öz əksini turist putyovkasında tapır. Bu zaman
putyovkanın reallaşması alıcı ilə satıcının arasında bağlanmış müqavilənin bir
sadə formasıdır.
Putyovkadan başqa, turizm fəaliyyətində turist vauçeri də tətbiq olunur.
Vauçer - zəmanət vermək, zəmin olmaq mənalarını daşıyır. Vauçer turist
təşkilatları tərəfindən xarici ölkələrə səfər edən turistə və ya turist qrupuna
verilən rəsmi sənəddir. Adətən vauçeri verən təşkilat onun ikinci nüsxəsini
turist qəbul edən və ona müxtəlif xidmətlər göstərəcək təşkilata qabaqcadan
göndərir. Bu o deməkdir ki, turist ona göstəriləcək xidmətlərin dəyərini
qabaqcadan ödəmişdir. Vauçerin üçüncü nüsxəsi isə turist göndərən təşkilatda
qalır. Vauçer də putyovka kimi turist məhsulundan istifadə etmək hüququ
verir. Ümumi halda, vauçer xarici vətəndaşlar üçün hazırlanır və gələn
turistlərin öz doğma dilində tərtib olunur. Ola bilsin ki. bəzi hallarda ölkə
daxilində də vauçer tətbiq olunsun.
Turist məhsulunu topdansatış hallarında satıcı ilə alıcı arasında müqavilə
bağlanır. Bağlanmış bu müqavilə hüquqi sənəd statusu qazanır, tərəflərin
qarşılıqlı məsuliyyətlərini təyin edir və aşağıdakı əsas şərtləri özündə əks
etdirir:
Müqavilənin nömrəsi, tarixi və bağlandığı yer;
Satıcının adı (təşkilatın hüquqi forması), lisenziya nömrəsi və aldığı
tarix;
Turistin adı, familyası, onun ünvanı, pasport göstəriciləri və rekvizitlər:
Turist xidmətlərinin göstərilmə şərtləri;
Tərəflərin hüquqları, öhdəlikləri və məsuliyyətləri;
Vizanın açılma qaydalan və şərtləri (xaricə gedən turistlər üçün);
Vauçerdən istifadə etmə qaydalan (beynəlxalq turizmdən ötrü);
Turistlərin sığortalanma şərtləri;
Fors major şərtləri və xüsusi hallar;
Hüquqi və bank rekvizitləri;
Tərəflərin imzası, tarix və satıcının möhürü.
13 iyun 1990-cı ildən Avropa Birliyi alıcılann hüququnu qoruyan göstəriş
qəbul etmişdir. Bu göstərişdə standart kontrakt forması təfclif olunur. Kontrakt
alıcı ilə turagentlik tərəfindən imzalanır.
Bronlaşdırma zamanı turpaketin qiymətinin 25 %-i ödənilir. Yerdə qalan
məbləğ isə səfərin başlanmasına bir neçə gün qalmış ödənilir.
Turu təşkil edən firma əvvəlcədən tur (ölkə) haqqında alıcıya ətraflı
məlumat verir. Ölkənin adət və ənənələri haqqında, marşrut haqqında və s.
Turun tam qiyməti əsas sərflər əsasında təyin olunur, sonra isə əlavə xidmət
qiymətləri əlavə olunur, alınan məbləğdən müəyyən güzəştlər çıxarılır.
Beynəlxalq praktikasında əsas qiymət turun 70-80 %-ni təşkil edir, əlavə
xidmətlər 2-4 %. turagentin komissionnusu 10 %-ə qədər olur. Sam- ballı
firmalar kataloqların keyfiyyətinə çox fikir verirlər.
Bəzən xaricə gedən turist özü sığorta kompaniyası ilə əlaqəyə girir və
özünü sığortalayır. Əgər turistdə belə sığorta polisi varsa, onu turagentliyə
təqdim edir, əgər yoxdursa, onda turistin sığortalanmasını agentlik öz öhdəsinə
götürür. Sığorta məbləği turun tam qiymətindən 1-2 %-dən çox olmur.


Yüklə 78,69 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin