Turizm və onun təşkili


Mövzu: 3. Müəssisəsinin marketiq şöbəsində məhsulun təcrübəçi tələbə tərəfindən şəxsi satışının həyata keçrilməsi



Yüklə 78,69 Kb.
səhifə3/28
tarix24.05.2022
ölçüsü78,69 Kb.
#116155
1   2   3   4   5   6   7   8   9   ...   28
turizm texnaloji

Mövzu: 3. Müəssisəsinin marketiq şöbəsində məhsulun təcrübəçi tələbə tərəfindən şəxsi satışının həyata keçrilməsi.
Şəxsi satış prosesi
Fərdi görüşlər və söhbət zamanı turist məhsulunun satılması praktikada
geniş yayılmışdır. Müştəri ilə ünsiyyətdə satıcı rolunda firmanın bütün işçiləri
iştirak edirlər. Bu ünsiyyət telefon vasitəsilə, poçt ilə və şəxsi
görüş zamanı mümkün olur. Turist məhsulunun abstrakt xarakter daşıması.
onun çətin təsəvvür olunması personaldan xüsusi davranış tələb edir. Personal
müştəridə xüsusi inam yaratmağı, inandırmağı və ağıllı məsləhətlər verməyi
bacarmalıdır. Turist məhsulunu almağın müştəriyə xeyirli olmasını
inandırmaqda və bu məhsulu almağa təkid etməkdə şəxsi görüşlər əvəzsizdir.
Ehtiyac olarsa, bu gür görüşləri məqsədyönlü auditoriyalarda da keçirtmək
olar.
Şəxsi görüşlər 2 məqsədlə təşkil olunur: birincisi şəxsi əlaqələri yaratmaq
və ikincisi turist məhsulunu satmaq üçün. Şəxsi görüş ərəfəsində məhsulun
satılmasına «direk-marketinq» deyilir, bu məhsul satışının adi bir formasıdır.
Onun üstünlüyü ondadır ki, şəxsi görüş zamanı müştərini inandırmaq, onun
şübhələrinə arqumentli cavab vermək, şifahi nitqin ən gözəl (atalar sözləri,
nümunələr və s.) cəhətlərindən istifadə etmək mümkündür.
Müştəri ilə (klientlə) əlaqə yaratmaq üçün, onu qəbul etməyi, söhbətə
başlamağı, işə diqqətlə yanaşmağı, diqqətlə münasibətlərin inkişafını izləyib
satış məqamını düzgün seçməyi bacarmaq lazımdır. Şəxsi görüş ərəfəsində
müştərini məhsulu almağa təkid edən əsaslı motivlər axtarıb tapmalı, onun
şübhələrinə və nigarançılığına diqqətlə yanaşmalı, müştərinin tələbatını, istək
və arzularını hər zaman ödəməyə hazır olmasını göstərmək lazımdır.
Bütün bunların hamısını cəmləşdirsək, şəxsi satışı aşağıdakı ardıcıl
mərhələlərdən təşkil olunmuş klassik bir proses kimi qəbul etmək olar:
1. Müştərinin qəbul olunması və onunla işgüzar, lakin səmimi əlaqə
yaratmaq;
2. Onun tələbatını diqqətlə öyrənmək:
3. Məhsulu təqdim etmək;
4. Yaranmış şübhələri yayındırmaq;
5. Məhsulu satmaq;
6. Satışdan sonra əlaqələri davam etdirmək.

Yüklə 78,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin