Turizm və onun təşkili


Mövzu: 8.Turların satışı zamanı sənədlərin hazırlanması qaydası və müqavilə şərtləin tətbiqi qaydalarının təçrübəçi tələbələr tərəfindən öyrənilməsi



Yüklə 78,69 Kb.
səhifə11/28
tarix24.05.2022
ölçüsü78,69 Kb.
#116155
1   ...   7   8   9   10   11   12   13   14   ...   28
turizm texnaloji

Mövzu: 8.Turların satışı zamanı sənədlərin hazırlanması qaydası və müqavilə şərtləin tətbiqi qaydalarının təçrübəçi tələbələr tərəfindən öyrənilməsi.
Turizm sahəsində ikitərəfli müqavilələr. Dünyanın bir sıra
dövlətləri turizmin inkişafında maraqlıdır və onun Milli qanunçuluq, əhalinin məşğulluğu, nəqliyyatın, kənd təsərrüfatının, rabitə­
nin və digər sahələrin inkişafı nəzərə alnımaqla kompleks şəkildə
planlaşdırırlar. Dövlət il ərzində kəskin turist tələbatının neqativ tə­
sirinə (yer çatışmamazlığı, hava limanlarmda və sərhəd məntəqə­
lərində tıxaclar) imkan verməmək üçün zəhmətkeşlərin məzuniyyətə çıxmasını tənzimləyir. Hətta son illərdə bəzi ölkələrdə (o cümlədən Rusiyada) bir il ərzində iki dəfə məzuniyyətə çıxmaq
imkanı nəzərdə tutulur.
Dövlətlərin turizm sahəsində əməkdaşlığı xüsusi müqavilələr
və razılaşmalar, elmi vo mədəni əməkdaşlığa dair, beynəlxalq nəqliyyat sahəsinə dair və s. sahələri əhatə edən ikitərəfli əsasda
bağlanılmış bu kimi sənədlərlə həyata keçirilir. Məsələn 1980-cı
ildə Braziliya Federativ Respublikası ilə Meksika Birləşmiş Ştatları
arasında turizm sahəsində əməkdaşlığa dair imzalanmış razılaşmada iki ölkə arasında turizm axınının formalaşmasına, beynəlxalq turizmə aid poseduralarm əlaqələndirilməsi, birgə məsləhətləşmələr,
proqram və informasiya mübadiləsini və s. nəzərdə tutulmuşdur
(maddə 1). Razılaşmanın 7-ci maddəsi turizm sahəsi üzrə qarşılıqlımütəxəssis hazırlığını (hər tərəfdən 5 nəfər) nəzərdə tutur. Bu tipli
müqavilələrə nümunə kimi 1980-cı ildə Fransa Respublikası hökü­
məti ilə İrak Respublikası höküməti arasında turizm sahəsində
əməkdaşlığa dair imzaladıqları müqavilələri göstərmək olar. Müqavilədə bu ölkələrin ərazisində üçüncü ölkədən olan səyahətçilərin
sərbəst hərəkəti (maddə 1), turizm sərgi və yarmarkalarının keçirilməsi üçün əlverişli şəraitin təmin edilməsi (maddə 5) və s. məsələ­
lər əks olunmuşdur.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra xarici ölkələrlə əməkdaşlıq barədə imzaladığı sənədlər arasmda turizm sahəsində əməkdaşlığın inkişafı xüsusi diqqət obyektidir. Bu
müqavilələrin nəticəsidir ki, bir sıra ölkə vətəndaşları üçün respublikaya gəlmək sadələşmiş viza rejimi ilə həyata keçirilir.
Turizm sahəsində müqavilələrin növləri. Qeyd edilməlidir
ki, turizm fəaliyyəti müxtəlif xidmətlərin və turist tələbatı malları­
nın təqdim edilməsini nəzərdə tutur.
Turizm bazarında əsasən aşağıdakı xidmətlərə rast gəlmir:
• Turistlərin və səyahətçilərin yerləşdirilməsi (mehmanxanalarda, motellərdə, pansionatlarda, kempinqlərdə və s.);
• Turistlərin bir ölkədən (yerdən) başqa ölkəyə (yerə) da­
şınması üçün nəqliyyat vasitələri;
• Turistlərin qidalanmasının (rastoran, kafe, barlarda və s.)
təmin edilməsi;
• Turistlərin rekreasiya tələbatının (teatr, konsert, muzey,
rəsm qalleriyası, təbii və tarix qoruqlar, festivallar, idman
yarışları və s.) təmin edilməsi;
Turistlərin işgüzar, elmi və texniki maraqlarının (konqress, simpozium, elmi konfrans, yarmarka, sərgilər və s.
iştirak) təmin edilməsi;
• Ailə mübadiləsi (ailələrdə yaşamaq), uşaq və gənclər turizmi;
• Turist tələbatı mallarının satışı (suvenirlər, hədiyyələr,
bələdçi kitabları, açıqcalar, video filmlər, CD və DVD
disklər);
• Beynəlxalq operativ rabitənin təmin edilməsi; • Turist sənədlərinin hazırlanması;
• Xidmətlərin bronlaşdırılması;
• Bələdçi-tərcüməçi vasitəsilə qarşılanma, yola salmma,
transfer, yükün daşınması;
• Tibb xidmətləri, sığorta;
• Mühafizə.
Bu xidmətlərdən bəziləri turistin öz seçimi ilə və ya tam
kompleks halmda ona təqdim oluna bilər. Xidmətlərin tam kompleksi tur (inklyuziv-tur) satışı ilə həyata keçirilir. Tur- marşrut və proqram üzrə müəyyən müddətə təşkil olunmuş turizm sə­

Yüklə 78,69 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin