Turizm və onun təşkili


Müştmnin qəbulu və onunla ünsiyyətin yaranması



Yüklə 78,69 Kb.
səhifə4/28
tarix24.05.2022
ölçüsü78,69 Kb.
#116155
1   2   3   4   5   6   7   8   9   ...   28
turizm texnaloji

Müştmnin qəbulu və onunla ünsiyyətin yaranması
Müştərinin qəbulu böyük ustalıq tələb edir. Onun sonrakı səmimiliyi və
açıq ünsiyyətə başlaması bu qəbuldan asılıdır. Müştərinin özünü sərbəst
aparmasından və satıcının onun diqqətini ələ almaq bacarığından asılı olaraq
səmimi ünsiyyət forması yaranır. Söhbət zamanı satıcı özünü şən və təkəbbürlü
aparmalıdır. Onun özünü inamla və optimizmlə aparması

müştəriyə mütləq müsbət təsir göstərməlidir. Satıcı müştərini diqqətlə


dinləməli, onun tələbatını və arzularını başa düşməlidir.
Satıcının tək optimistliyi yox. onun xarici görünüşü də çox vacibdir.
Onun təmiz və eleqant geyiməsi də alıcıya təsir göstərir. Satıcı diqqətli və
söhbət sevər olmalıdır. Müştərinin məhsul haqqında olan şübhələrinə şərik
olaraq, eyni zamanda onu inandırmalıdır ki, bu məhsul ona münasib və onun
axtardığı məhsuldur.
Müştəri ilə ünsiyyət (kontakt) yaratmağın bir neçə üsulu var. Birincisi
odur ki, söhbəti alıcını ən çox maraqlandıran mövzudan başlamaq lazımdır.
İkincisi, o dəqiqə müştərini valeh edən frazadan və ya surətdən (atalar
sözündən) və ya maraqlı yumordan başlamaqdır. Üçüncüsü - müştəriyə
ehtiramla yanaşmaq və bildirmək lazımdır ki. onun şəxsiyyətinə yüksək
qiymət verir. Bu bütün adamların xoş arzu-sudur ki, onu tanısınlar və
şəxsiyyətinə qiymət versinlər. Müştərinin şəx-siyyətinə qiymət verilməsi
yaradıcı bir atmosfer yaradır və məhsulun ona satılmasına vacib bir proses kimi
yanaşmağa vadar edir. Dördüncü üsul birincidən onunla fərqlənir ki, birincidə
satıcı ümu-mi sözlərlə, suallarla alıcının maraqlarından danışırdısa. lakin
dördüncü-də yorulmadan ancaq alıcını maraqlandıran və narahat edən
problemlər-dən danışır. Alıcı bu məsələləri əvvəlcədən hazırlayır və təhlil edir.
Beşinci üsul, müştəri ilə birbaşa, müqəddiməsiz əsas məsələyə başlayır,
müştərini maraqlandıran və onun tələbinə uyğun məhsul təqdim edir.
Doğrudan da, kim sərfəli, ruhuna oxşar, keyfiyyətli məhsuldan imtina edər,
əgər o. həqiqətən səfərə çıxmaq istəyirsə?

Yüklə 78,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin