Turizm və onun təşkili


Mövzu: 5. Təcrübəçi tələbə tərəfindən turizmdə qiymət və qiymətəmələ gəlmə siyasət üsullarının tətbiqi



Yüklə 78,69 Kb.
səhifə7/28
tarix24.05.2022
ölçüsü78,69 Kb.
#116155
1   2   3   4   5   6   7   8   9   10   ...   28
turizm texnaloji

Mövzu: 5. Təcrübəçi tələbə tərəfindən turizmdə qiymət və qiymətəmələ gəlmə siyasət üsullarının tətbiqi.
Turist məhsulunun qiyməti marketinq kompleksinin vacib faktorudur.
Müəssisələr çalışırlar ki, bazarda baş verən qiymət qalmaqalından asılı
olmasınlar, özləri müştərilərə və özlərinə münasib qiymət formalaşdırsınlar.
Qiymət marketinq vasitələrinin adi bir elementidir, lakin vacib bir funksiyanı
daşıyır - o, satışdan əldə olunan gəliri formalaşdınr. Turizm biznesinin
nailiyyətləri məhsulun qiymətindən asılıdır. Düzgün seçilmiş qiymət
strategiyası uzun müddət rəqabətə dözməyə və müəssisənin iş fəaliyyətinə təsir
göstərir.
Bazar şəraitində turist məhsulunun qiyməti ancaq bazar tövsiyyələri- nə
əsaslanmır, eyni zamanda bir çox faktorların da təsirinə məruz qalır. Lakin
qiymət əmələgəlmə strategiyasına məsuliyyətlə yanaşma və onu
konyunkturadan asılı tənzimləmə firma marketinqinin vəzifələridir. Təəssüf ki.
bir çox firmalar, o cümlədən Azərbaycanda da, turist məhsuluna qiymətlərin
təyin olunmasını marketinqin strategiyası ilə əlaqələndirmirlər. Onlar bazara
təsir göstərmək üçün bu cür qüvvətli silahdan istifadə etmirlər. Bu problemin
aktuallığı ondadır ki, qiymət formalaşması əldə olunan gəlirin həcmini
formalaşdırır. Kiçik firmaların resurs imkanlan az olduğuna görə, onların
qiymət rəqabəti aparmağa və bazara təsir göstərməyə imkanlan yoxdur. Ona
görə də, Azərbaycanda turist bazan çox ləng formalaşır, faktiki olaraq turist
xidmətlərinin bazarı satıcıların baza-rıdır.
Marketinq fəaliyyətində qiymət çox vacib rol oynayaraq alıcılarla
satıcıların maraqlarını tarazlaşdırır. Qiymət turizm marketinqinin nəzarəti
altındadır, ona görə də, qiymət strategiyasının tərtib olunması turist firmasının
vacib problemlərindən biridir. Qiymət strategiyası müəssisənin ümumi
strategiyası ilə sıx bağlıdır. Qiymət strategiyasının tərtib olunması bir neçə
ardıcıl mərhələlərdən ibarətdir: xarici faktorların qiymətin formalaşmasına
təsiri; qiymət əmələgətirmə üsulunun seçilməsi və müəssisənin qiymət
strategiyasının təyin olunması.
Xarici faktorların qiymətin formalaşmasına təsiri
Qiymət əmələgəlmə strategiyasının I mərhələsinin nəticəsi müəssisənin
qiymətləri təyin etməsində onun azad sərhədlərinin təyin olunmasıdır. Yəni,
müəssisə hər hansı bir intervalda sərbəst özü qiymət təyin edə bilər.

Turist xidmətlərinə qiymət tərtib edəndə müəssisə tələblə təklif arasında olan


mütənasibliyi, rəqabət aparan qiymətlərin səviyyəsini və dəyişmə
dinamikasını, dövlət tənzimləmələrini və alıcıların imkanlarını nəzərə
almalıdır. Qiymətlərin təyin olunmasında turist müəssisəsinin imici də nəzərə
alınmalıdır. Turist xidmətlərinə müxtəlif müştərilərin fərdi sorğusu və tələbatı
vardır. Firma öz məhsulunu bazara çıxardanda, onda inam olmalıdır ki, onun
məhsulunu kimsə alacaqdır. Firmanın hörməti nə qədər yüksək olarsa, bir o
qədər də ona çox etibar olar və onun məhsulundan istifadə etmək daha çox
populyar olar.
Müxtəlif müştərilər firmanın imicini müxtəlif cür qəbul edirlər. Ona
görə ki, onların sorğu və tələbləri də müxtəlifdir. Deməli, qiymət
strategiyasında hər seqmentə fərdi yanaşmaq lazımdır. Məsələn, kiçik firma
varlı müştərilər tərəfindən inamsız qəbul oluna bilər. Lakin çox da imkanı
olmayan müştərilər məmuniyyətlə həmin firmanın məhsulundan istifadə
edərlər. Qiymət əmələgəlməsi prosesinə təsir göstərən faktorların araşdınlması qiymətlərin obyektiv təyin olunmasına yardımçıdır. Qiymət əmələgəlmə
strategiyası müxtəlif məqsədləri güdə bilər.
Gəlirin maksimallaşdınlması bir çox hallarda, yəni bazara rəqiblərdə
olmayan unikal turist məhsulunu çıxardanda və ya bəzi mallara sorğu təklifdən
çox olanda istifadə olunur. Lakin bəzən bazara çıxarılan yeni məhsula alıcılar
ehtiyatla yanaşırlar. Bu cür hallar, xüsusən reklam və marketinq fəaliyyəti zəif
olanda baş verir.
Yüksək rəqabət şəraitində bəzən də belə ola bilər ki. firma bazarı
itirməmək marağındadır. Bu zaman o, qiymətləri aşağı salmaq
məcburiyyətində olur.
Əgər qiymət strategiyasının məqsədi dəyişərsə, yəni o. bazarda liderlik
mövqeyini saxlamaq istəyirsə, onda elə qiymətlər seçir ki. uzun müddət
bazarda fəaliyyət göstərə bilsin. Bundan ötrü, firma müştəriləri itirməmək üçün
məhsulun keyfiyyətini qaldırmalıdır. Keyfiyyətin qaldıniması əlavə xərclər
tələb edir. Firma qiymətləri qaldırmadan bu xərclərə razılaşır. Nəticədə, uzun
müddət bazarda qalır və çoxlu gəlir götürür. Bu zaman artıq o, bazarda liderlik
uğrunda mübarizə aparmır, bu ona artıq lazım deyil.

Yüklə 78,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin