Turkorporasiyalar - Müasir dövrdə turagent firmalarını özündə
birləşdirən bir sıra turoperator və və adətən korparasiyalar adlanan çoxsaylı nəhəng turist firmaları fəaliyyət göstərir.
Turist korparasiyaları bir qayda olaraq müxtəlif istiqamətli çoxlu
sayda turist firmalarını özündə birləşdirir. Korparasiyalar razılıq əsnasında kiçik turist firmalarının- turoperatorların və turagentlərin birləşdirilməsi ilə
yaradılıır. Bəzi ölkələrdə fəaliyyət göstərən nəhəng firmalar turist xidməti bazarında
monopoliya yaradırlar. Müvafiq faktlar mövcuddur belə ki, Almaniyada 3 iri korparasiya öz ölkəsinin turist bazarının 70 faizini, Fransada isə 13 iri korparasiya öz ölkəsinin turist bazarının 50 faizini zəbt etmişdir.
Korparasiyalar turist xidməti göstərməkdən əlavə, öz fəaliyyətlərini
turizmlə əlaqəli sahələr istiqamətində də genişləndirirlər: onlar nəqliyyat
müəssisələrinin, mağazalar şəbəkəsinin və ictimai-iaşə təşkilatlarının,
turist ləvazimatı istehsal edən müəssisələrin, bankların, sığorta
cəmiyyətlərinin və s. sahibinə çevrilirlər. Beynəlxalq turizmdə birliyin bu
forması, son otuz ildə(1970- 2000) onlarla sahə müəssisələrini birləşdirən
bir neçə transmilli korparasiyaların, yəni daha nəhəng firmaların
yarandıqları yerlərdə yaxşı inkişaf etmişdir.
Mehmanxana kompleksləri- turistlərə xidmət göstərmək və yerləşdirmə üzrə fəaliyyət göstərən iri mərkəzlər hesab edilirlər. Yerləşdirmə xidməti ilə bərabər təklif edilən digər xidmətlər məsələn, mehmanxanada yaşayanlar üçün nəqliyyat biletinin alınması və əyləncə proqramlarının təşkili,qidalanmanın, taksi sifarişi və avtonəqliyyatın kirayə edilməsi, simpozium və toplantılar keçirilməsi üçün yerlərin təşkil edilməsi, alış-veriş, sağlamlıq mərkəzinin olması, əyləncə xidmətlərindən və
s. ibarətdir. Mehmanxana biznesində elə mehmanxanalar birləşirlər ki, onlar iflasa uğramamaq üçün yollar axtarıb tapmaq məcburiyətində qalmış , pərakəndə halda fəaliyyət göstərən mehmanxanalar olsunlar.
Dostları ilə paylaş: |