Tədqiqatın praktik əhəmiyyəti – Dövlətin xidmət sektorunun inkişafında turizmin prioritet sahə kimi seçilməsini nəzərə aldıqda bu mövzunun araşdırılması, təhlili, Azərbaycanın regional və beynəlxalq turizm bazarında xüsusi mərkəzlərdən birinə çevrilməsi perspektivləri gələcəkdə elmi konfranslarda iştirak üçün, həmçinin Turizm sistemini öyrənilməsi və təkmilləşdirilməsində istifadə oluna bilər.
Tədqiqatın elmi yeniliyi – Aparılan tədqiqat nəticəsində elmi yeniliyə malik bir sıra nəzəri və praktiki nəticələr əldə edilmişdir: Beynəlxalq və Milli Standartlarla yanaşı müəssisələrin hesablar planının qurulmasında və istifadə olunmasına azadlıq verilməsi vacib amildir. Çünki hər bir müəssisənin özünə xas iş rejimi, məhsulları,
xidmət növləri vardır.
Bazar iqtisadiyyatı şəraitində inzibati amirlik sistemində tətbiq edilən bölgülərdən fərqli olaraq beynəlxalq təcrübənin tətbiq edilməsi, uçot sisteminin beynəlxalq səviyyəyə qaldırılması və s.
İşin strukturu – Dissertasiya işinin birinci fəslində daha çox turizm
müəssisələrində mühasibat uçotu və audit xidmətinin inkişafının nəzəri-metoloji əsasları müzakirə olunmuşdur. Bu fəsildə turizmin mühasibat uçotu və audit xidmətinin məqsədi, vəzifələri, və metodolojı əsasları, mahiyyəti və inkişafının nəticələri, onun inkişaf dinamikası və əsas amilləri, turizmin inkişafının müasir problemlərinə dair məlumatlar verilmişdir.
Dissertasiya işinin ikinci fəslində Azərbaycanda fəaliyyət göstərən
turizm müəssələrinin fəaliyyətinin mühasibat uçotu və audit xidmətində
inkişafının mövcud vəziyyəti inkişaf perspektivlərinin proqnozu və ölkədə
turizm potensialının, inkişaf perspektivlərinin təhlili aparılmışdır.
Dissertasiyanın üçüncü fəslində turizm məhsulu və onun mahiyyəti,
turizm xidmətində mühasibat uçotunun və auditin MMUS-nın standartlarına
uyğunlaşdırılması və təkmilləşdirilməsi istiqamətləri onların
formalaşmasına təsir edən amillər öyrənilir .
Ümumilikdə dissertasiya işi mündəricat, giriş, 3 fəsil, 7 sualdan, nəticə və təkliflər, istifadə olunmuş ədəbiyyat, xülasə və dissertasiya işinin iki referatından
ibarətdir.
Dostları ilə paylaş: |