Cədvəl 2: Turizm təşkilatlarının (turoperator və turagentlərin) ümumi iqtisadi göstəriciləri.
Göstərici
|
22009
|
22010
|
22011
|
22012
|
22013
|
22014
|
|
|
|
|
|
|
|
Turizm fəaliyyəti ilə məşğul olan işçilərin ümumi sayı (nəfər)
|
1393.0
|
1418.0
|
1541.0
|
1730.0
|
1729.0
|
1794.0
|
Turizm fəaliyyəti ilə məşğul olan işçilərin sayı (nəfər)
|
1136.0
|
1159.0
|
1279.0
|
1473.0
|
1515.0
|
1567.0
|
Turizm fəaliyyəti ilə məşğul olan müəssisələrin sayı (vahid)
|
124.0
|
126.0
|
141.0
|
170.0
|
197.0
|
218.0
|
Uçotu təşkil etmək üçün məsrəflər istehsal (turist xidməti göstərmək məqsədilə çəkilən məsrəflər) və kommersiya ( turist xidmətinin hərəkəti və satışı ilə bağlı olan məsrəflər) məsrəflərinə bölünür.
İstehsal məsrəflərinə aşağıdakılar daxil edilir:
Turist ximətinin göstərilməsi zamanı xarici təşkilatların xidmətindən istifadə hüququnun alınmasına çəkilən (yerləşmə və yaşayış üzrə xidmətə dair hüququn alınmasına çəkilən: nəqliyyat xidməti
Daşıma, iyaşə, ekskursiya (səyahət), tibbi xidmət və s. çəkilən məsrəflər.
İstehsalat heyyətinin fəaliyyəti ilə bağlı olan (istehsalat heyyətinin əməyinin ödənilməsinə çəkilən məsrəflər; sosial təlabata ayrılmalar; istehsalat heyyətinə xidmət göstərilməsi ilə bağlı olan və i.a məsrəflər) məsrəflər. Qeyd edilən iki qrup məsrəflər 202 “İstehsalat məsrəfləri ” hesabında uçota alınır.
Turist xidmətinin göstərilməsində iştirak edən turfirma bölmələrinin (istirahət evləri , mehmanxana, motel və i.a) məsrəfləri.
Bu məsrəflər 202/10 “Köməkçi istehsalat” subhesabında əks etdirilir. Qeyd edək ki, 202/11 “ Ümumiistehsalat xərcləri ” subhesabında və 721 “ İnzibatı xərclər ” hesabında uçota alınan qeyri-müstəqim xərclər, seçilmiş bölüşdürmə variantına əsasən 202/10 “Köməkçi istehsalat” subhesabına aid edilməsi məqsədəuyğun hesab edilir.
Təşkilatda gələcək dövrün xəcləri mövcud olan hallarda , 242 “Gələcək hesabat dövrünün xərcləri” hesabında uçota alınır və sonradan 202 “ İstehsalat məsrəfləri ” hesabına silinir.
Turist təşkilatı xidmət göstərmə prosesində sonradan istifadə etmək məqsədilə kənar təşkilatdan həm hesabat dövrü ərzində , həmdə gələcək dövrdə turist xidmətinin həyata keçrilməsi (istehsalı ) hüququnu əldə edir. Bu cür hüququn əldə edilməsi ilə bağlı olan məsrəflər , növlər ( daşıma,yerləşdirmə, iyaşə və i.a,) üzrə , 242 “ Gələcək hesabat dövrünün xərcləri ” hesabında uçota alınır. Turist xidmətinin göstərilməsinə dair əvvəl alınmış hüquqdan istifadə etməklə çəkilən məsrəflər müqavilə bağlandıqdan sonra 202 “ İstehsalat məsrəfləri ” hesabına silinməlidir.
Tur təşkilat, təyin olunmuş müddət ərzində əvvəl alınmış bölüşdürülməmiş kompleksin hərəkatı dövrü ərzində ondan istifadə etmək hüququna malik olmadıqda , həmin komplekslər turist təşkilatı tərəfindən tursit xidmətinin satışından ayrı satıla bilər. Bu zaman aşağıdakı mühasibat köçməsi (yazılışı) tərtib edilir.
Dostları ilə paylaş: |