Turizmdə mühasibat uçotu və auditin təşkili istiqamətləri” mövzusunda magistr dissertasiyasi


Cədvəl 3: Satılmış turizm yollayışı blanklarının (putyovkaların) sayı



Yüklə 6,26 Mb.
səhifə16/30
tarix10.01.2022
ölçüsü6,26 Mb.
#106216
1   ...   12   13   14   15   16   17   18   19   ...   30
Cədvəl 3: Satılmış turizm yollayışı blanklarının (putyovkaların) sayı
Qeyd edildiyi kimi turagent, öz fəaliyyətində ciddi hesabat blankı (CHB) olan “Turist göndərişindən" aktiv istifadə edir. Adətən Azərbaycan Respublıkası Maliyyə Nazirliyinin 18 aprel 2006-cı il tarixli 1-38 nomrəli əmri ilə təsdiq edilmiş və tətbiqi 2008-ci il 1 yanvar tarixində edilən hesablar planında nəzərdə tutulmayan ancaq köhnə hesablar planı və onun tətbiqinə dair təlimata əsasən təhtəl verilmiş CHB mövcudluğu hərəkəti və mühafizədə saxlanması haqda informasiyaları ümumiləşdirmək üçün 006 "Ciddi hesabat blankları" balansarxası hesab nəzərdə tulmuşdur. Qeyd edək ki, hal-hazırda belə hesabların da ölkənin hesab planında nəzərdə tutulması zəruri sayılmalıdır.

CHB bu hesabda şərti qiymətlərlə uçota alınmalıdır. Analitik uçotun hər bir CHB, onların saxlanma yeri üzrə aparılması zəruri sayılmalıdır. CHB "Turist göndərişləri"nin həqiqi dəyəri 201 Material ehtiyatları hesabında uçota alınmalıdır.

Turagent, komisyon, yaxud digər vasitəçilik fəaliyyəti göstərən turist xidməti sahələrində mühasibat uçotu, ticarət və ictimai iaşə müəssisə istehsal və tədavül xərcləri, eləcə də maliyyə nəticələri daxil edilən , məsrəflərin mühasibat uçotu üzrə metodiki tövsiyələrini tətbiq etməklə aparılır.

Turagent fəaliyyətinin təşkil edilməsi hallarında, digər təşkilat­lardan alınıb-satılan göndərişlərin (putyovkaların), alınma və sonradan satışının mühasibat uçotu, ticarət müəssisələri tərəfindən istifadə edilən sxem üzrə aparılır.










Ticarət fəaliyyəti üzrə göndərişlərin (putyovkaların) əldə edilmə­si və satışı ilə bağlı olan məsrəflər 701 "Satışın maya dəyəri” hesabının 701/6 "Satış xərcləri" subhesabında uçota alınmalıdır. Hesabat dövrünün axırında bu xərclər aşağıdakı

köçürmə ilə (yazılışla) uçotda əks etdirilir.

Turist xidməti göstərən sahələrdə aşağıdakı müqavilə növlərindən istifadə edilməklə vasitəçilik fəaliyyəti də göstərilə bilər:

  • agent (müvəkkil) razılaşması üzrə müqavilə;

  • komissiya yönümlü müqavilə;


  • Yüklə 6,26 Mb.

    Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin