Düzgün təqdimat: Maliyyə hesabatlarında təşkilatların informasiyanın düzgüngöstərilməsi onun maliyyə səviyyəsinin və fəaliyyətinin maliyyə
nəticələrini qərəzsiz, təhrifsiz, manipulyasiyasız və ya faktların əhəmiyyətini gizlətmədən, mahiyyətin formadan üstünlüyü konsepsiyası əsasında,
müəyyən qədər obyektiv əks edilməsini nəzərdə tutur.
Mahiyyətin formadan üstünlüyü: Maliyyə hesabatlarında göstərilən
əməliyyatların və digər hadisələrin düzgün olması üçün həmin əməliyyatlar
və hadisələr onların iqtisadi mahiyyətinin hüquqi formasından üstünlüyü
prinsipi əsasında təqdim olunmalıdır.
Neytrallıq: İnformasiyanın etibarlı olması üçün maliyyə hesabatlarında qeyd edilən məlumatlar neytral, yəni qərəzsiz olmalıdır.
Maliyyə hesabatlarını hazırlayan şəxs tərəfindən təqdim olunan informasiya onların əvvəlcədən təyin edilmiş nəticəyə nail olmaq üçün istifadəçinin qərarına
təsir edirsə, ba zaman maliyyə hesabatları neytral hesab olunmur.
Ehtiyatlılıq: Qeyri-müəyyən şəraitdə qiymətləndirməzamanı aktiv və ya gəlirlərin artırılmamasının, öhdəlik və xərclərin azaldılmamasının təmin olunması məqsədilə ehtiyatlılıq diqqətli yanaşmanın tətbiq olunmasıdır.
Tamlıq: İnformasiya, onun əhəmiyyətliliyi və ona çəkilən xərclər maliyyə hesabatlarında təqdim olunan informasiyanın etibarlı olması üçün nəzərə alınmaqla, dolğun olmalıdır.
Təşkilatın adı öhdəliyin mümkün ödəniş dəyəri əsasında qiymətləndirilməsi iş şəraitində bu öhdəliyin yerinə yetirilməsi məqsədilə pul vəsaitlərinin və ya onların ekvivalentlərinin ödənilməli olan nominal (diskontlaşdırılmamış) məbləği ilə qiymətləndirilməsini nəzərdə tutur.
Dostları ilə paylaş: |