Turizmdə mühasibat uçotu və auditin təşkili istiqamətləri” mövzusunda magistr dissertasiyasi


II FƏSİL: Turizm xidmətinə çəkilən məsrəflərin uçotu və maya dəyərinin hesablanması, təhlili



Yüklə 6,26 Mb.
səhifə9/30
tarix10.01.2022
ölçüsü6,26 Mb.
#106216
1   ...   5   6   7   8   9   10   11   12   ...   30
II FƏSİL: Turizm xidmətinə çəkilən məsrəflərin uçotu və maya dəyərinin hesablanması, təhlili

2.1 Turizm xidmətinə çəkilən məsrəflərin uçotu və maya dəyərinin kalkulyasiyası, təhlili

Turizm xidmətinə çəkilən məsrəflərin uçotu və maya dəyərinin


kalkulyasiyası, təhlili Respublikamızda son dövrdə bir sıra yeni otellərin yaradılması çox müsbət bir haldır. Azərbaycanda beynəlxalq otel şəbəkələrinin fəaliyyəti, bizim respublikamızın bir daha yüksək pillələrdə olmasından xəbər verir.
Vətənimizdəki iqtisadi və siyasi sabitlik dünyaca məşhur turizm sənayesi
təşkilatlarını Azərbaycana cəlb edir.

Burada Beynəlxalq şəbəkə otellərinin fəaliyyət göstərmələri yerli obyektlərdə də ümumi xidmət səviyyəsinin daha da yaxşılaşmasına imkan yaradır. Ümumi xidmət səviyyəsi yüksək olan otellərə paytaxda yerləşən otellərə paytaxta yerləşən Hyatt Regency Baku , Absheron Marriot Baku , Ramada Baku , Park İnn kimi otelləri misal göstərə bilərik. 

Tədqiqat apardığım “Park İnn” hoteli şəhərin biznes və əyləncə
mərkəzində yerləşən və Xəzər dənizinin panaraması ilə əhatə olunub. Heydər
Əliyev adına Beynəlxalq Hava Limanından 25 km məsafədə yerləşir. Mehmanxana
tərkibində müxtəlif, məşhur ”GLORY” , ”ELEVEN” fəaliyyət göstərir.
Personalı menecer idarə edir və onun vəzifəsinə aşağıdakı xidmətlərə
daxildir:
- Restorana gələn müsafirlərə keyfiyyətli xidmət göstərmək;

- Restoran personalının təlim və təhsili ilə mütəmadi məşğul olmaq;

- Yüksək standartlara cavab verən xidmətin keyfiyyətini saxlamaq;

- Marketinqlə məşğul olmaq;

- Nömrədə yaşayan qonaqlara restoran xidmətini təşkil və təmin etmək;

- Həftə, ay, illik hesabatı aparmaq və biznes – təhlili bölmə direktoruna təqdim etməli.
Mehmanxana biznesi ilə məşğul olan təşkilatların mühasibat uçotunda gəlirin reallaşması qaydası yaşamaq üçün hüquqi istiqamətdə kimin
müqavilə bağlamasından asılı olaraq mehmanxana xidmətindən istifadə
edənlərin münasibətləri ilə birbaşa əlaqədardır.

Hal-hazırda “Park İnn” mehmanxanasında gəlir əldə edilməsinin əsas
mənbəyi, bağlanmış müqavilə dairəsində mehmanxanada göstərilən xidmətdən
əldə edilən gəlir hesab edilir. Bu zaman alıcı rolunda həm turoperatorlar,
həm də yaşamaq üçün müqavilə bağlamış təşkilatlar və öz işçiləri çıxış
edir. Hər iki halda, mehmanxana, müqavilə bağlayan şəxslə, yəni hüquqi
şəxslə hesablaşma aparır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
mehmanxana xidmətinin göstərilməsini aşılayan maddəsinin müddəalarına
əsasən kütləvi müqavilə əsas hesab edilir və ancaq bu qayda mehmanxananın
fiziki şəxslərlə hesablaşma aparması zamanı qüvvədə ola bilər. Təşkilatla
mehmanxana hesablaşmanı aparan hallarda Mülki Məcəllənin "Əvəzli xidmətin
göstərilməsi" bölməsinin müddəaları əldə rəhbər tutulur.
Mehmanxana xidmətinə dair müqavilə tərtib edilən zaman, onların ayrı-
ayrı şərtlərinə, xüsusilə, mühasibat və vergi riskinə aid məsələlərinə
diqqətlə yanaşılmışdır.

Bütün belə halların mühasibat uçotunda öz təyinatına uyğun əks
etdirilməsi üçün “Gəlirlər üzrə“ 6 No-li Milli Mühasibat Uçotu Standartının
müddəaları əldə rəhbər tutulmalıdır.

Hal-hazırda “Park İnn” mehmanxana nömrəsində yaşamağa, həm öz, həm
də kənar təşkilatların gücü ilə əlavə xidmətin göstərilməsinə; mehmanxana
otaqlarının icarəyə verilməsinə görə gəlir əldə edə bilər. Bundan başqa,
digər mənbələrdən: cərimə, penya, dəbbələmə, mehmanxananın əmlakının xarab
edilməsi və s. görə də gəlir əldə edilə bilər. (Cədvəl 1)


Əlavə xidmətin göstərilməsindən əldə edilən gəlir ( 601 “Satış” hesabı)







Öz gücü ilə göstərilən



Nömrənin bronlaşması




Çarhovuz




Cakuzi




Trenajor zalı




Kənar təşkilatların gücü ilə göstərilən əlavə



Kimyəvi təmizləmə




Camaşırxana




Avtonəqliyyat




Binanın kirayə təqdim edilməsi



Biznesin Digər şəhərdə yerləşdirilməsi




Mağazanın yerləşməsi



Bərbərxananın yerləşdirilməsi



Mehmanxananın sair gəliləri (611 “Sair əməliyyat gəlirləri” və 731 “Sair əməliyyat xərcləri” hesabları)





Müqavilə şərtlərinin pozulmasna görə cərimə, pensiya və dəbbələmə pulları




Mehmanxanaya dəymiş ziyanın ödənilməsindən daxilolmalar




Sair gəlirlər





Cədvəl 1: Əlavə xidmətin göstərilməsindən əldə edilən gəlir ( 601 “Satış” hesabı)

Hesablar planı və onun tətbiqinə dair təlimata müvafiq olaraq


xidmətdən olan gəliri əks etdirmək üçün mühasibat uçotunda aktiv-passiv
hesab olan 601 "Satış" hesabının 1 "Malların satışı” subhesabı nəzərdə
tutulmuşdur. Xidmətdən olan gəlir məbləğinin mühasibat uçotunda tanınması
zamanı həmin məbləğ 601 "Satış" hesabının kreditində 171, 211 "Alıcı və
sifarişçilərin uzun/qısamüddətli debitor bordan" hesablarının debetində əks
etdirilir. 171 və 211 "Alıcı və sifarişçilərin uzun/qısamüddətli debitor
borcları" hesablarının tətbiq edilməsi nəinki hüquqi həm də fiziki
şəxslərlə hesablaşmanın aparılmasında zəruri sayılır. Sözügedən halda
fiziki şəxslər mehmanxanada öz adından yerləşən və hesablaşmanı ya nağd pul
vəsaiti ya da kredit kartı üzrə aparan qonaqlar hesab edilir.
Yaşayışa görə əvvəlcədən hesablaşma ödəmə qaydasında yerinə
yetirildiyindən, qonaqlardan mehmanxananın kassasına daxil olan vəsait bir
neçə gün əvvəl xüsusi formalı cədvəldə qeydiyyat aparılmaqla yerinə
yetirilir ki, bu da ödənişin avans kimi verilməsini təsdiq edir. Məhz bu
səbəbdən sözügedən halı 171, 211 "Alıcı və sifarişçilərin uzun/qısamüddətli
debitor bordan" hesablarını tətbiq etmədən izləmək qeyri-mümkündür. Alıcı
və sifarişçilərin uzun/qısamüddətli debitor borclarına görə debitor
borcları hesablarının tətbiq edilməməsi qeyd edilən halın mühasibat
uçotunda 221 "Kassa", kredit kartından istifadə edildikdə isə 222 "Yolda
olan pul köçürmələri" hesablarının debetlərində 601/1 "Malların satışı"
subhesabının kreditində yazılış aparmaq zəruriyyəti meydana çıxır ki, bu da
mehmanxananın kassasına daxil olmuş bütün pul məbləği kimi tanındığından
"yüklənmə üzrə" satışdan olan pulun əks etdirilmə prinsipinin pozulmasını
ifadə edir.

Turist xidmətinin göstərilməsi ilə əlaqədar olan məsrəflərin


mühasibat uçotunun aparılması zamanı Azərbaycan Respublikasının Mədəniyyət və
Turizm Nazirliyinin 08.06.1998-ci il 310 No-li “ Turist fəliyyəti ilə məşğul
olan təşkilatların tur məhsullarının maya dəyərinə daxil edilən
məsrəflərin tərkibinin xüsusiyyətləri haqda ” əmri əldə rəhbər tutulur.
Əsas fəaliyyət növünə görə turistlərə xidmət göstərən kommersiya və qeyri-kommersiya təşkilatlarını bir neçə qrupa ayrılır: turagentlər, turoperatorlar, turizm sənayesi firmaları və turist birlikləri.

Turagentlər- vasitəçi turist təşkilatları olaraq digər müəssisələrin - turoperatorların, nəqliyyat, qidalanma müəssisələrinin, yerləşdirmə vasitələrinin və s. xidmətlərini


təklif edir. Onlar elə kommersiya təşkilatlarıdır ki, birbaşa müştəriyə xidmət göstərirlər.
Turagentlər, istehlakçı üçün uyğun və sərfəli formada, nəqliyyat və yerləşdirmə vasitələrində yerlərin, ekskursiya bələdçiləri, müştərinin arzusu ilə turist xidmətlərini komplektləşdirir, hərəkət marşurutunu razılaşdırır, gid və tərcüməçilərin ayrılması üçün , müvafiq təşkilatlarla iş aparır.

Turagent firmalar digər firmaların(qeyri turist təşkilatı da ola bilər) şöbələri və ya törəmə müəssisələri hesab edilirlər.

Turagent firmaları turoperatorlardan başqa , həmçinin ticarət və nəqliyyat firmaları, iri banklar, sığorta cəmiyyətləri, turistlərin istifadəsi edə bilmələri üçün məhsul istehsalçıları da yarada bilərlər.

Turizm biznesi sahəsində rəqabətin zəif olduğu ölkələrdə çox zaman sərbəst turagentlər fəaliyyət göstərir. Belə bir şəraitdə maliyyə nöqteyi- nəzərindən


turagentlər müstəqil olurlar. Bu zaman öz kommersiya fəaliyyətlərini onlar normal şəkildə, bəzi çoxlu firmalar, mehmanxanalar, nəqliyyat müəssisələri, topdansatış turist təşkilatları və s. ilə sıx əlaqədə olaraq həyata keçirirlər.

Yüklə 6,26 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin