Türk mədəniyyəti və incəsənəti çox qədim tarixə malikdir. Keçmiş Osmanlı imperiyası ərazisində çoxlu arxitektura abidələri, bədii sənət, rəssamlıq, miniatür sənət nümunələri təkcə Türkiyədə deyil, həmçinin onun sərhədlərindən çox-çox uzaqlarda da məşhurdur.
Türk incəsənətinin gələcək inkişafına imkan yaradan başlıca amillərdən birini Bizans bədii mədəniyyətinin mərkəzi olan Konstantinopolun əldə olunması hadisəsi oldu.
1466-cı ildə Konstantinopol akropolu meydanında düz XIX əsrə qədər rəsmi iqamətgah kimi fəaliyyət göstərən Top-Qapı Saray kompleksinin tikintisinə başlanılır.