|
Tam yeddi ayaq idi ağacın yarpaqları
|
səhifə | 109/163 | tarix | 03.01.2022 | ölçüsü | 1,48 Mb. | | #46818 |
| Tam yeddi ayaq idi ağacın yarpaqları,
Ondan daha böyükdü sarqan qozaları.
Ağacın tam kökündə görünürdü bir qaynaq,
Həyat suyu idi bu, axıb gedirdi apağ.
Ağ və qara inəklər qopqoca olmuşdular,
Bu sudan içənlərsə yeni can bulmuşdular.
Ağacda uçan quşlar yorğun, bitab olurdu,
Gəlib bu sudan içən yeni qüvvət bulurdu.
Bu müqəddəs ağacın bir sahibi var idi,
Bir dişi tanrıçaydı, saçları da qar idi.
Özü çox qocalmışdı, köksü tam alaca,
Görənlər sanardı, bir kəklik kimi qırca.
Məmələri böyükdü, aşağı sallanırdı,
Uzaqdan baxan adam iki tuluq sanırdı.
Əslində isə bu ağac adi boyda, kiçikdi,
Ana tanrı gəlincə, ona görə böyürdü.
Dostları ilə paylaş: |
|
|