Qara xan bu fəlakətdən qurtulduğuna görə kiçik qızını Ər Soqotoxa vermişdir. Onlar da yer üzünə enərək yakut türklərini dünyaya gətirmişdir (Ögəl, 2006, səh. 119-121).
Təqdim olunan süjetlərin çox-çox əski zamanlarda formalaşdığı heç bir şübhə oyatmır. Bu, süjetlərin alt qatlarında yatan animistik təsəvvürlərdən açıq-aydın görünür. Eyni zamanda, dastanda nəsli ağaca bağlamaq hadisəsinin şahidi oluruq ki, bu da totemizmin ən ilkin mərhələsinin məhsuludur. Məsələyə belə yanaşma Altaydan toplanmış miflər üçün də xarakterikdir. Bu baxımdan “Yaradılış” dastanının V.V.Radlov variantı da istisna deyil:
Dostları ilə paylaş: |