Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR



Yüklə 1,48 Mb.
səhifə128/163
tarix03.01.2022
ölçüsü1,48 Mb.
#46818
1   ...   124   125   126   127   128   129   130   131   ...   163
- Sən kimsən?

İlan-qadın cavab verir:

- Mən Apa tanrıçayam.

Herakl xəbər alır:

- Apa tanrıça, sən mənim atımı görməmisən?

İlan-qadın deyir:

- Atın və araban məndədir. Onları ancaq bir şərtlə sənə qaytararam: bir müddət burada qalıb mənim ərim olacaqsan.

Herakl payi-piyada dünyanın o biri başında yerləşən vətə­ninə dönə bilməyəcəyini anlayır və Apa tanrının yanında qal­mağa razılaşır. Amma ilan-qadın atı və arabanı qaytarmağa tələsmir, ona görə ki, Herakla vurulmuşdu. Onlar o vaxta qə­dər birlikdə yaşayırlar ki, üç uşaqları dünyaya gəlir. Bundan sonra Apa atı və arabanı Herakla verib deyir:

- Səndən ayrılmaq istəməsəm də, yurdun üçün darıxdığını duyuram. Verdiyim sözün üstündə dururam. Atını və arabanı geri qaytarıram. Ancaq söylə görüm, oğlanların böyüyəndən sonra nə edim? Onları sənin yanına yollayım, yoxsa öz ölkəm­də saxlayım?


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin