Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR


"İskitlər, görünür, Qara dənizin quzeyində və Quzey Qaf­qazda peyda olmamışdan öncə Ön və Kiçik Asiyada yaşa­mış­lar."



Yüklə 1,48 Mb.
səhifə133/163
tarix03.01.2022
ölçüsü1,48 Mb.
#46818
1   ...   129   130   131   132   133   134   135   136   ...   163
"İskitlər, görünür, Qara dənizin quzeyində və Quzey Qaf­qazda peyda olmamışdan öncə Ön və Kiçik Asiyada yaşa­mış­lar." (Тереножкин, 1971, c. 17-18).

İskitlərin və sakların Azərbaycana gəlmə olduqları barədə fikirlərin heç bir elmi və məntiqi əsası yoxdur. Birincisi ona gö­rə ki, həm Herodot, həm də Siciliyalı Diador iskitlərin ata yurdu kimi Araz çayı sahillərinə işarə edirlər, Bu çayın isə Azər­bay­candakı Araz çayı olduğunu (Гейбуллаев, 1991, s. 124) Hero­dotun öz yazdıqları sübut edir:



"Araz çayı isə öz başlanğıcını Matien dağlarından götü­rür... O, tək bir axarla şərqə doğru axaraq Xəzər dənizinə tö­külür..."

"(Farslardan, midiyalılardan, saspirlərdən...) şimalda Xə­zər dənizi və şərqə tərəf axan Araz çayı yerləşir..." (Алиев, 1987, c. 14).

İkincisi ona görə ki, iskit-sak dairəsinə daxil olan xalq­ların-kimmerlərin, sakların və işquzların adlarına ilk dəfə məhz mixi yazılarda rast gəlinir və bu yazılarda onlardan məhz Azər­baycan (Manna) və Ön Asiya sakinləri kimi söz açılır. Üstəlik də He­rodotun söylədiklərindən onların Araz çayı sahilinə hara­dansa kənardan gəlmələri barədə bircə kəlmə belə söz deyilmir. İskit və sakların Azərbaycan ərazisinə guya kənardan gəlmələri barədə yanlış versiyanı Araz çayını Volqa və ya Amu Dərya ilə eyni­ləşdirənlər uydurmuşlar və sonrakı müəlliflər də ağına-bo­zu­­na baxmadan onları təkrar etmişlər. Herodot isə belə yazmışdır:



"Midiya və Lidiya şahlıqlarının sərhəddi Ərmən dağ silsi­ləsindən başlayaraq Kilikiyanın içi ilə axan Qalis çayıdır. Son­ra isə o, sağdan matienləin, soldan isə friqiyalıların torpaq­larının arasından axır...

(Böyük Midiyanın çarı aşşurlara qalib gəlib, Nin şəhərini mühasirəyə aldığı zaman), onun dövlətinin ərazilərinə Proto­tiyin oğlu çar Madisin başçılığı altında çoxsaylı iskit orduları daxil oldular. Kimmerləri Avropadan sıxışdıran iskitlər onları Asiyada da təqib etdilər və indi də Midiya torpaqlarına soxul­dular.

(Midiya və Kolxida arasında) saspir adlanan bir xalq ya­şayır. Onlardan yan keçməklə Midiyaya çatmaq mümkündür. İskitlər isə Midiyaya, hər halda, bu yolla girmədilər, düz yol­dan dönüb yuxarı, daha uzun yolla, Qafqaz dağlarını sağ tə­rəfdə qoyaraq getdilər. Elə buradaca midiyalılarla iskitlər arasında döyüş oldu. Midiyalılar məğlub oldular, onların qüd­rəti itdi. İskitlər isə bütün Asiya üzərində öz hakimiyyətlərini bərqərar etdilər." (Алиев, 1987, c. 13-14).

Bu sözlərdən belə aydın olur ki, iskitlər sağlarında hər za­man Qafqaz dağları olmaq şərti ilə irəliləyərək Midiya torpağına daxil olmuşlar. Midiya ilə Lidiya arasındakı sərhəddin yerini nəzərə alsaq, yəni Şərqi Anadolunun Midiya dövlətinə daxil olduğunu göz önündə tutsaq, belə çıxır ki, onlar Araz çayını onun şimaldan cənuba axdığı yerdən (Qərbi Azərbaycan, yəni bugnkü Ermənistanla və Naxçıvanla bugünkü Türkiyə arasında Araz çayı şimaldan cənuba axır, sonra istiqamətini şərqə çevirir) keçərək Anadolu ərazisinə daxil olmuşlar. Bunu Herodotun aşağıdakı sözləri də təsdiq edir:




Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin