"Manna ölkəsində oturan... Mana ölkəsindən çıxıb Urartuya hücum edən..., Aşşur sınırlarını aşıb yağmalar edən" (Ağasıoğlu, 2005, s. 106).
Bunlar kimmerlərdir, çünki eyni xalqdan II Sarqonun kitabəsində "qamir" (kimmer) kimi söz açılır:
"Qameraa (kimmelər) mannalıların ölkəsindən çıxıb Urartuya daxil oldu... bütün Urartu qorxu içindədir." (Ağasıoğlu, 2005, s. 107).
Maraqlıdır ki, Aşşur mənbələri onlardan qəsbkar, yağmalar törədənlər kimi söz açır. Bisitun kitabəsinin farsdilli hissəsində də saklardan qəsbkar kimi söz açılır və məhz həmin saklar eyni kitabənin akkad variantında "kimmer" adlandırılır:
Dostları ilə paylaş: |