"Tanq Tenqri kəlti,Tanq tenqri özi kəlti!
Tanq Tenqri kəlti,Tanq Tenqri özi kəlti!
Turunqlar,kamağ bəglər,kadaşlar,
Tanq Tenqriq ögəlim!
Körünüqmə Kün Tenqri,siz bizi küzədinq!
Körünüqmə Ay Tenqri,siz bizi kurtarınq!..."
Tərcüməsi:
"Dan Tanrı gəldi,Dan Tanrı özü gəldi!
Dan Tanrı gəldi, Dan Tanrı özü gəldi!
Şəhərlər,bütün bəylər,qardaşlar,
Dan Tanrını öyəlim!
Parlaq Gün Tanrı, siz bizə nəzər salın!
Parlaq Ay Tanrı,siz bizi qurtarın!..." (Xudiyev, 1997, s. 55; Heyət 1993, s. 89; Cəfərov, 2002, s. 122-123).
Bu şerin dili Alpınçur Təkinin şerlərinin və Bötürmüş Tərxanın "Xuastu-anift"inin dilindən daha sadə və daha anlaşıqlıdır və şübhəsiz ki, lll-V əsrlərdə Azərbaycanda qələmə alınmışdır. Fəqət onun Maninin qələminə mənsub olub-olmadığını tam qətiyyətlə söyləmək mümkün deyildir. Lakin əldə olan və dili bu şeirin dilindən fərqlənməyən daha bir şeir var ki, onun Maninin qələminə məxsusluğu heç bir şübhə oyatmır:
Dostları ilə paylaş: |