Çox böyük bir xan vardı çox-çox əski çağlarda,
Yaşardı, hökmdardı Altaydakı dağlarda.
Bu xanın çox gözəl biricik qızı vardı,
Onu görən hər igid tutuşaraq yanardı.
Xanın yurdundan bir gənc bir gün xana vararaq,
“Qızı mənə ver” deyə ağlamış yalvararaq.
Xan razı olmuş, fəqət oğlana bir şərt qoymuş,
Gəl ki xanın bu şərti çox-çox çətin, çox zormuş.
Xan oğlana demiş ki:
“Bilirsənmi, Daruqa müqəddəs bir qartaldır,
Bədəni çox böyükdür, tükləri sanki budaqdır.
Gedib bu qartalı tap, tükündən gətir mənə,
O zaman düşünmədən qızı verərərn sənə”.
Gənc almış yarağını, dağlara çıxmış ova,
Axtarmağa başlamış belə böyük yuva.
Dostları ilə paylaş: |