...Ayağı öküz ayağına,beli qurd belinə,kürəyi samur kürəyinə, köksü ayı köksünə bənzəyirdi (Bayat, 1993, s. 124).
Gördüyümüz kimi, sözlü təsvirdə söhbət oğlan uşağından gedir və onun xarici görünüşü bu təsvirdən əsaslı surətdə fərqlənir. Deməli, bu halda öküz təsviri “Oğuz” kəlməsinin sadəcə ideoqrafik ifadəsidir. Elə bu səbəbdən də Əbülfəz Hüseyni və Zelen Yampolski kimi alimlər Qobustandakı öküz təsvirlərini oğuzların ulu babalarının cızdıqlarını söyləmişlər. Burada söhbətin məhz piktoqrafik yazıdan, yəni şəkil-yazıdan getdiyini elm aləmində şərti olaraq “7 gözəl” adlanan petroqlif də sübut etməkdədir.
Şərti olaraq, “7 gözəl” adlanan bu piktoqramda böyük öküz təsvirinin fonunda 8 qadın təsvir edilmişdir. Burada öküz oğuz xalqını, 8 qadın isə 8 oğuz soyunu təmsil etməkdədir. Nəzərə alsaq ki, ilk soybirləşmələri məhz Mezolit dövründə formalaşmışdır və bu birliklərdə birləşən soyların başında qadınlar dururdu, tam cəsarətlə deyə bilərik ki, burada söhbət 8 oğuz soyunun birləşməsini ifadə edən böyük bir qəbilədən, daha doğrusu bu qəbilənin özünü ifadəsindən gedir.
Orxon-Yenisey mətnlərində Üçok, Onok, Onuyğur, Otuztatar, Üçoğuz, Altıoğuz, Doqquzoğuz, Üçkarluq və sairə soybirləşmələri ilə birlikdə Səkkizoğuz soybirləşməsindən də söhbət açılmaqdadır. Beləki, “Moyonçur”abidəsinin şərq tərəfində belə bir cümlə yer almaqdadır:
Dostları ilə paylaş: |