Kil xanın oğullarından Kimeri adlı bir xan var idi. Kimeri xan Ozqan xanın ən hörmətli vəzirlərindən biri idi. Özü də Bənən şəhərində yaşayırdı.
Kimerinin soylarından Qıyat xan adlı bir xan da var idi. O da Bənən şəhərindən idi (Ögəl, 2006, s. 409).
Maraqlidir ki, özbəklərə qarşı vuruşan türkmənlərdən söhbət açılarkən Herodot tərəfindən Azərbaycan ərazisində yad edilən Sakarta ölkəsinin sakinlərinin - sakarların, eləcə də Salur Qazan ellərinin də adı çəkilir. Bu etnonimlər içərisində Ləbnət (Ləbnə + ut – cəm şəkilçisi) etnonimi də xüsusi maraq doğurur. Həmin türkmən boyunun adı Gürcüstanın azərbaycanlılarla məskun Lənbəli kəndinin adında bugünədək yaşamaqdadır. Azərbaycanda eyni adda xalça çeşnisi də olmuşdur:
Dostları ilə paylaş: |