Bu zaman Gülayım ayağa qalxaraq,
Qəzəblənmiş qızlara belə məsləhət etdi:
“Ey mənim kiçik bacılarım, qohumlarım,
Yetər kədərlənib, ağladıq” – söylədi.
“Gəlin qolçaqlarımızı taxıb, sıxaq kəmərləri,
Ölkəmizi tari-mar edən zalım düşmənləri,
Yorulmadan, gecə gündüz təqib edək,
Qılınclarımızı qınından çıxarıb, çəkək.
Atlarımızı minib yel kimi şığıyaq,
Zalım düşmənə çatıb, haqlayaq.
Soyumuzu əsir edən Suroyşa ilə döyüşüb,
Ya ölək millət üçün, ya da ki zəfər çalaq.
Bənzər halı osetin eposunda da görmək mümkündür:
Həmin zaman o məhəllənin yanında ki,
Barxunun adamları darmadağın etmişdi,
Darqavsarın qızı bütün qızları topladı,
Dostları ilə paylaş: |