|
İnsanın atasının adı Ər Soqotoxdu
|
səhifə | 108/163 | tarix | 03.01.2022 | ölçüsü | 1,48 Mb. | | #46818 |
| İnsanın atasının adı Ər Soqotoxdu,
Çoxlu əziyyət çəkmiş, dərdləri də lap çoxdu.
Ərəydex – Buruydaxçı ləqəbini vermişlər,
Yalqız yaşadığından ona belə demişlər.
Bir oba ortasında böyük bir evi varmış,
Bu evin dörd yanını gümüş köşəylə sarmış.
Bu ev əlli qapılı, qırx pəncərəli imiş,
Evin çatısı isə otuz girişli imiş.
Evdən içəri girib-gedənlər şərq yönünə,
Ağac Xaqana rastlar, gələrmiş lap önünə.
Çox əski bir əsinti əsərdi hey başında.
Ağac xaqan böyükdü, hər şeyin anasıydı,
Varlıq ona bağlıydı, göylə yer binasıydı.
Kökləri qapadardı yeraltı dünyasını,
Zirvəsi dələrdi göyün doqquz qatını.
Dostları ilə paylaş: |
|
|