Bundan sonra yenə bu göy tüklü,
Göy yeləkli erkək qurdla Sındu,
Tanğut, Şağam tərəflərə yola düşdü (Bayat, 1993, s. 134).
GÖYTÜRK VƏ UYĞURLARIN ETNOGENEZİ İLƏ BAĞLI MİFOLOJİ MOTİV VƏ SÜJETLƏR
Qədim Çin mənbələrində Orxon-Yenisey abidələrini yaratmış türk xalqının mənşəyi barədə türklərin öz dilindən bəzi əfsanələr qeydə alınmışdır və onlardan biri bu xalqın Qərbdən - Xəzər dənizinin qərb sahillərindən gəldiklərini bildirməkdədir (Heyət, 1993, s. 72).
Böyük Türk Xaqanlığının əsasını qoyan göytüklərin mənşəyi ilə bağlı qədim Çin mənbələrində qeydə alınmış birinci rəvayətdə deyilir ki, hunlarla eyni soydan olan göytürklər hun yurdunun şimalındakı Su (So) ölkəsindən çıxmışlar. Başbuğlarının, yəni sərkərdələrinin adı Kapan Pu idi və onun 16 qardaşı vardı. Bunlardan birinin anası boz qurd idi. Bu gənc yellərə və yağışlara hökm edərdi.
Göytüklərin düşmənləri bir həmlə ilə qardaşları aradan apardılar. Bu fəlakətdən yalnız bir gənc qurtuldu. Bu gəncin iki arvadı vardı. Biri yaz tanrısının, digəri qış tanrısının qızı idi. Onun bu arvadlardan iki oğlu oldu və xalq böyük oğlu özünə xaqan seçdi. O, Türk adını aldı. Onun 10 arvadı vardı və bu arvadlardan türk xalqı törədi ( Heyət, 1993, s. 72; Гумилев, 2002, c. 26-27):
Dostları ilə paylaş: |