Çox-çox əski çağlarda qəhrəman bir qız varmış,
Adı Kubayko imiş, yer üzündə yaşarmış.
Bir gün savaş zamanı qızın qardaşı ölmüş,
Qız bu halı görüncə, sanki, dəliyə dönmüş.
Ölülərin xanıymış İrlə xan adlı bir xan,
Heç bir kimsə yox imiş məskənini tanıyan.
Qardaşının meyidi üstündə ağlar ikən,
Heç bir kimsə yox imiş məskənini tanıyan.
Qırx başlı bir öküzə İrlə xan minib gəlmiş,
Ölən ərin başını oğurlayaraq getmiş.
Cəsəd başsız olanda ölülər dirilməzmiş,
Nə bir həyat iksiri, nə də can verilməzmiş.
Qız qardaşını qoyub, xanın dalnca düşmüş,
Yerin altına enmək belə ağlına düşmüş.
“Amma necə gedim mən?” deyə hər yana qaçmış,
Dostları ilə paylaş: |