Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR


Tam doqquz ay keçincə ondan bir insan çıxmış



Yüklə 1,48 Mb.
səhifə131/163
tarix03.01.2022
ölçüsü1,48 Mb.
#46818
1   ...   127   128   129   130   131   132   133   134   ...   163
...Tam doqquz ay keçincə ondan bir insan çıxmış,

Nədənsə adını da “Ay Atam” deyə almış.

Ay Babayla, Ay Dədə türkcəyə burdan qalır,

İnsanın ilk cəddi də kökünü aydan alır...

(Ögəl, 2006, səh. 479)


...Birincisi Ay Atam necə idisə kişi,

Bu ikinci şəxs də yaradılmışdı dişi.

Ay Va demişdir hər kəs bu dişinin adına,

Ağ üzlü” anlamı var ad qoymuşlar qadına...

(Ögəl, 2006, səh. 480)

Sözügedən variantda Tarqitayın // Heraklın oğulları içəri­sin­də Skuth // Ər Soqotox adını daşıyanına rast gəlinmir. Onun oğlanlarının adları Arpaksay, Lipoksay və Kulaksaydır. İ.Mi­zi­yev bu adları Arpaçay, Lıppıq çay (qaraçay – balkar türklərinin dilində “dolanbac çay”) və Qolaq çay (qaraçay – balkar türk­lərinin dilində “çay qolu”) kimi şərh etmişdir. Buradakı adlardan birincisinin Araz çayının qollarından biri olan Arpa çayının adı ilə üst-üstə düşməsi də diqqətəlayiqdir.

Tarixən “sak” adı ilə tanınan etnik qruplara gəlincə, bir­mə­nalı şəkildə deyə bilərik ki, kimmerlər, saklar, işquzlar və s. qədim mixi yazılardan da göründüyü kimi, eyni dildə və ya eyni dilin müxtəlif ləhcə və şivələrində danışan eyni etnosun müxtəlif konkret qrupları olmuşlar. Müxtəlif dövrlərdə onlardan hər hansı biri üstün vəziyyətdə olduğu dövrdə həmin qrupun adı digərləri üçün də ümumiləşdirici ad kimi çıxış etmişdir. Yuxarıda gör­dü­yü­müz kimi, müəyyən bir dövrdə bu qruplar üçün "kuti" və "kim­mer" adlarıı ümumi ad idi. Sonrakı dövrdə isə saklar üstün və­ziy­yətə gəlmiş və digər qohum etnik qruplar da bu ümu­mi­ləşdirici ad­la tanınmışlar. Bu hal fars-Əhəmənilərin hakimiyyətə gəldikləri dövrə qədərki zaman kəsiyində baş verdiyi üçün qədim fars mən­bələrində, ilk növbədə də Bisitun kitabəsində bütün bu qruplar eyni ad altında, yəni "sak" (saka) adı altında qeyd edilmişdir.

Artıq qetd etdiyimiz kimi, saklardan fərqli olaraq kimmer­lə­rin adına aşşur mənbələrində e.ə. VIII əsrdən etibarən rast gə­lin­məkdədir. Bu mənbələr onları Aşşur sərhədlərində qeydə al­mışlar (Дьяконов, 1968, c. 169-175; Пиатровский, 1959, c. 232). Onla­rın ardınca Ön Asiyada işquzlar peyda olurlar. Aşşurlar onları bir-birindən fərqləndirərək, onlardan birini "qimirri", digərini isə "işkuz" adlandırırdılar (Дьяконов, 1956, c. 242). Aşşurlara ayrıca saklar da məlum idi (Тадмор, 1949, c. 241). Babil mənbələində isə Əhəmənilərin tarix səhnəsinə çı­xışına qədər işquz və sakların adı ümumiyyətlə heç işlənməmiş, onların əvəzinə hər yerdə "qi­mirri", (yəni kimmer) yazılmışdır. M.A.Dandamayev və V.Q.Lu­koninin fikrincə, bu hal ondan qaynaqlanırdı ki, birincisi, Babil ədəbiyyatında arxaikləşdirməyə meyl güclü idi, ikincisi, Ön Asiyaya yürüşlər təşkil edən ilk Şərq xalqı məhz kimmerlər ol­muşlar (Дандамаев, Луконин, 1980, c. 75).

Herodotun yazdığına görə, farslar bütün iskitləri "sak" ad­landırırdılar (Дандамаев, Луконин, 1980, c. 75). Onun haqlı olduğunu Bisitun kitabəsinin farsdilli yazıları bütünlüklə təsdiq edir. Burada saklarla qohum olan bütün etnik qruplar ümumi­ləşdirici "saka" adı ilə adlandırılır. Yunanlar isə bütün bu xalq­ları "iskit" hesab edirdilər. Bu üzdən də bir çox çağdaş müəl­liflər özlərini çətinə salmamaq üçün "İskit-saklar", digərləri isə "kimmer-iskit-saklar" terminindən istifadə etmişlər. Mixi yazı­larda isə bütün bu xalqların, o cümlədən onlarla etnik və dil ba­xımından qohum olan madayların (midiyalıların) "umman man­da" (Manda ordusu) adlandırılması halı ilə də üzləşmək müm­kündür (Azərbaycan tarixi, 1994, s. 69).

İlk öncə ondan başlayaq ki, yunanların "iskit", farsların isə "sak" adlandırdıqları bu qohum xalqlara aid indiyə qədər Av­rasiyanın geniş düzənliklərindən Şərqi Avropadan, Qara dənizin qərb və şimal sahillərindən tutmuş Çin səddinə qədər, Güney Azərbaycandan Skandinaviyaya, Skandinaviyadan Sakit okean sahillərinə qədər yüzlərlə kurqan tapılmış və tədqiq edilmişdir. Həmin kurqanlardan tapılan zəngin mədəniyyət nümunələri bütün bu böyük regionda ağlasığmaz mədəni eyniliyin və vahid standartların mövcudluğunu göstərmişdir. Məhz bu eyniliyi əsas götürən, demək olar ki, bütün mütəxəssislər sözügedən nəhəng ərazidə eyni etnosa aid etnik qrupların yaşadığını söyləmişlər. Onların incəsənəti isə müxtəlif heyvan motivlərinin çoxluq təşkil etməsi səbəbindən "heyvani üslub" adlandırılmışdır.

Məsələn, bütün bu etnik qrupları "sak" adlandıran və onları irandilli hesab edən İ.M.Oranski onların iki min il ərzində Qara dəniz sahillərindən Çin səddinə qədər uzanan geniş bir ərazidə yaşadıqlarını yazmışdır (Орансий, 1963, c. 90).

Eynən Oranski kimi iskitləri və sakları irandilli hesab edən R.Fray yazmışdır:



"İran tayfaları təkcə Güney Rusiyanın və Quzey Qafqazın deyil, eyni zamanda Sibir, Altay, eləcə də Şərqi və Qərbi Türküstanın geniş ərazilərində məskun idilər... Altay və hətta Çin səddindən tutmuş Transilvaniyaya qədər uzanan geniş ərazilərdə ən azı min il boyunca, yəni yeni eranın ilk əsr­lərində baş vermiş hun hücumlarına qədərki dövrdə müəyyən bir eynilik müşahidə olunmaqdadır. Belə aydın olur ki, irandilli tayfalar burada xüsusi rola sahib olmuşlar." (Фрай, 1972, c. 221-222).

B.Q.Qafurov bildirir:



"İran dillərinin qədim zamanlarda yayılma arealı orta əsrlərə və indiki dövrə nisbətən daha geniş idi. Bu areal Quzey Qara dənizdən Şərqi Türküstana qədər uzanırdı. İran xalq­lar­ının ümumi vətəni də bu sərhədlər içərisində mövcud ol­muşdur." (Гафуров, 1971, c. 13).

E.A.Qrantovski yazmışdır:




Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin