H.Cəfərov deyir:
“Həmin dövrdə gön-dəri emalı və bununla bağlı sahələrin də inkişaf etməsi nəticəsində aşılanmış dəridən ayaqqabı,paltar və sairə də hazırlayırdılar. Hələ Eneolit dövründə təşəkkül tapmış toxuculuq sənəti daha da inkişaf etmişdi. Azərbaycanın bir sıra Eneolit abidələrindən – Kültəpə 1, Hacı Firuz, İlanlıtəpə, Babadərviş, Leylatəpə və sairə abidələrdən tapılmış iy ucları, habelə Əlikömək təpəsindən tapılmış saxsı qabın səthində qalmış toxuma izi bunu sübut edir.
Eneolit dövrü ev sənətkarlığının müxtəlif sahələri içərisində dulusçuluq daha kütləvi istehsal xüsusiyyətləri ilə fərqlənirdi. Neolit dövrünün bəsit və kobud qablarından fərqli olaraq Eneolit dövründə istehsal olunmuş saxsı qablar həm forma, həm də hazırlanma texnologiyasına görə diqqəti cəlb edir. Əhalinin artan tələbatına uyğun yeni qab növlərinin istehsalı mənimsənilirdi.
Onların davamlılığını artırmaq və keyfiyyətini yüksəltmək üçün yeni texniki üsullardan istifadə olunurdu. Bu dövrdə ən mühüm yeniliklərdən biri saxsı qabların bişirilməsi üçün dulus kürələrinin meydana gəlməsidir. Kültəpə, Şomutəpə, İlanlıtəpə, Əliköməktəpə, Çalağantəpə yaşayış məskənlərində dulus kürələri qalıqlarına da çox təsadüf edilmişdir. Burada dulus kürələri əsasən iki qatlıdır. Alt qatda ocaq qalanır,üst qatda isə saxsı qablar yığılırmış. Əliköməktəpə və Leyletəpə abidələrində dulus kürələri yaşayış yerinin kənarında cəmlənmişdi.
Tədqiqatçıların fikrincə, bu faktı eramızdan əvvəl 5-ci minilliyin axırı və 4-cü minilliyin əvvəllərində meydana çıxan “icma sənətkarlığının”varlığı kimi qiymətləndirmək lazımdır. Maraqlıdır ki,bu abidələrdə tapılmış saxsı qabların bir qismi sadə quruluşlu dulus çarxında hazırlanmışdır.” (Azərbaycan tarixi, 1994, s. 30).
Öncələr elə hesab edilirdi ki, Azərbaycanda dulus çarxı yalnız son Tunc dövründən tətbiq edilməyə başlamışdır. Dulus çarxının kəşf və ilk dəfə tətbiq edildiyi yerin isə qədim Şumer ərazisi olduğu hesab edilirdi.Ölkəmizin ərazisindən əldə edilmiş arxeoloji tapıntılar dulus çarxının ilk dəfə kəşf edilib,tətbiq edildiyi məkanın məhz Azərbaycan ərazisi olduğunu söyləməyə əsas verir və bu, məhz son Eneolit dövründə baş vermişdir. Maraqlıdır ki, qədim yunan müəllifləri dulus çarxının kəşfini iskitlərə aid etmişlər. Məsələn, Posidoniy və Seneka saxsı qabların hazırlanmasında istifadə olunan dulus çarxını iskit Anaxarın icad etdiyini yazmışlar. (Сенека Луций, XVI, c. 31).
O da maraqlıdır ki, Eneolit, yəni Mis-Daş dövrünün başlamasına səbəb olan misin kəşfi məsələsində də qədim yunanlar birinciliyi iskitlərin ayağına yazmışlar. Məsələn, Pliniy Sekund misgərlik sənətinin əsasını iskit xaqanı Lidin qoyduğunu bildirmişdir (Плиний Секунд, VII, c. 197). Qədim yunanlara görə, ümumiyyətlə, metallurgiyanın kəşfi iskitlərlə, yəni türklərlə bağlıdır. Belə ki, Esxil İskitlər ölkəsini dəmirin doğulduğu ölkə adlandırmış, Mitelenli Hellanik isə ilk dəmir alətləri iskitlərin xaqanı Sansvinin qayırdığını yazmışdır (Гелланик Митиленский, X, c. 1241).
Qeyd etmək lazımdır ki, saxa-yakut mifoloji mətnlərində bu, eləcə də digər metalların adına tez-tez rast gəlirik. Məsələn, “Ər Soqotox” dastanının Böhtlinq variantında oxuyuruq:
Dostları ilə paylaş: |