Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR



Yüklə 1,48 Mb.
səhifə20/163
tarix03.01.2022
ölçüsü1,48 Mb.
#46818
1   ...   16   17   18   19   20   21   22   23   ...   163
"İskitlər ölkəsi göbələyə oxşayır. Başlanğıcda o, dardır, sonra isə geniş və dairəvidir və hunların, albanların və seres­lərin yayıldıqları uzaq ərazilərə qədər uzanır." (The Gothic Histoy of Jordanes, 1960, V.).

Müəllif bir qədər sonra isə deyir:



"İskitlər ölkəsi genişdir və çox uzaqlara qədər uzanaraq şərqdə sereslər ölkəsinə çatır. Sereslər öz tarixlərinin əvvəlində Xəzər dənizi sahilində yaşayırdılar." (The Gothic Histoy of Jordanes, 1960, V.).

İordandan öncə haqlarında Strabon, Dionisiy Perieqet, Ap­polodor və s. müəlliflərin əsərlərində də söz açılan bu xalq ba­rədə mütəxəssislər müxtəlif fərziyyələr irəli sürsələr də bir fikirdə yekdil olmuşlar ki, İordanın dövründə bu xalq Çin sər­hədində yaşayırdı, əsil adları da "ser" və ya "sir" idi. Yəni "se­res" formasındakı sonuncu iki hərfin əmələ gətirdiyi "es" qədim yunan dilində isimlərə artırılan adlıq hal şəkilçisidir, sözün kökü isə "ser" və ya "sir"dir ( Гасанов, 2000, c. 112-113).

Eramızın l əsrində ser (sir) xalqı və onun yerləşdiyi coğ­ra­fiya haqqında ən ilkin məlumat verənlərdən biri Pomponiy Mela (l əsr) olmuşdur. O, Asiya qitəsindən söz açarkən, bu xalqı is­kitlər və hindlilərlə birlikdə, qonşu xalqlar kimi qeyd etmişdir. Eyni əsrdə yaşamış Dionisiy Perieqet isə serləri sak, toxar və frunlarla birlikdə yad etməkdədir.

II əsr müəllifi Klavdi Ptolomey yazır:



"İmay dağının o biri tərəfində yerləşən İskitlər ölkə­sini­nin (Skifiyanın) sərhədlərini qərb tərəfdən dağın bu tərəfində yerləşən İskitlər ölkəsi (Skifiya), şimal tərəfdən həmin dağın şimalında yaşayan Saklar ölkəsi, şərqdən isə serlər ölkəsi (Se­rika) təşkil edir" (Пьянков, 1986, c. 7-10).

Klavdi Ptolomey Serika, yəni Serlər (sirlər) ölkəsi haqqında bunları bildirir:



"Serikanın böyük ərazisi ilə əsasən iki çay axır. Mən­bəyininin birini, artıq qeyd etdiyimiz kimi, Avzakiya dağı ya­xınlarında olan Oyxard çayının digər mənbəyi isə Asmireya dağları yaxınlığında, 174 dərəcə - 47 dərəcə 30 dəqiqədə yer­ləşir..." (Пьянков, 1986, c. 7-10).

Digər qolların və çayın da koordinatlarını dəqiq göstərən böyük coğrafiyaşünas alim bu ölkənin şəhərlərinin - Damna, Piada, Asmireya və Froananın da coğrafi koordinatlarını göstər­miş, ölkədə və qonşuluqda yaşayan xalqları da qeyd etmişdir:

Serika (Türk – sirlər ölkəsi) qərbdən İmay dağının o ta­yında, uzunluq dairəsi üzrə yerləşən İskitiya (Skifiya, İskitlər ölkəsi) ilə, şimaldan Fuludan keçən paralel xətt üzrə uzanan bataqlq torpaqlarla, şərqdən son ucu 180◦ / 63◦ və 180◦ / 35◦ arasında yerləşən naməlum torpaqlarla, cənubdan isə öncə Qanq çayının o tayında yerləşən Hindistanla, 173◦ / 35◦ xətti ilə, sonra isə eyni xətt üzrə sonu bilinməyən Çinlə əhatə­lən­mişdir.

Serikadan (Türk - sirlər ölkəsindən) keçən dağlar bun­lar­dır: Son ucu 153◦/ 60◦ və 171◦/ 56◦ arasında yerləşən “An­nib” adlandırılan dağlar; 167◦ / 47◦30′ və 174◦ / 47◦30′ ara­sında yerləşən Avzak dağlarının şərq tərəfi; 167 / 47◦30′ və 174◦ / 47◦30′ arasında yerləşən və “Asmirey” adlandırılan dağ­lar; son ucu 162◦ / 44◦ və 171◦ / 40◦ arasında qalan Kasi dağ­ları; ortası 170◦ / 43◦ - yə düşən Faqur dağı; sonu 165◦ / 36◦ ilə əhatələnən, bəzən “Ser” (Sir) də adlandırılan Emod dağları və 169° / 36° və 176° / 39° arasında qalan Ottorokara dağı.

Serikanın bütün ərazisi boyu əsasən iki çay axır: Bir mən­bəyini yeri artıq qeyd edilmiş Avzak dağlarından, digər mən­bəyini isə Asmirey dağlarından (174° / 47°30′) alan, 160° / 49°30′ üzrə Kasi dağlarına tərəf istiqamətlənən və bir qolunu da oradan (161° / 44°15′) alan Oyxard və mənbələrini eyniylə Kasi (160° / 43◦), Ottorkara (176° / 39°) və Emod (160° / 37°) dağlarından alan Bautis.

Serikanın şəhərlərinin adları bunlardır: Damna - 156° / 51° 40′; Piada -160° / 49°40′; Asmireya - 170° / 48° 20′; Aspakara - 162°30′ / 42°40′; Drosaxa - 167°40′ / 42°30′; Paliana - 162°30′ / 41°-; Abraqana - 163°30′ / 39°30; Foqara -171°20′ / 39°40′; Daksata - 174◦ / 39◦40′; Orosana - 162◦ / 37◦30′; Ottorokara - 165° / 37°15′; Solana - 169° / 37°30′; paytaxt Sera - 169° / 37°30′...


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin