Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR


"Su...orada qalmış xalq onuyğur, doqquzoğuz xalqlarının üzərində yüz il oturub... Orxon çayı..."



Yüklə 1,48 Mb.
səhifə27/163
tarix03.01.2022
ölçüsü1,48 Mb.
#46818
1   ...   23   24   25   26   27   28   29   30   ...   163
"Su...orada qalmış xalq onuyğur, doqquzoğuz xalqlarının üzərində yüz il oturub... Orxon çayı..." ( Moyunçur abidəsi, 3-cü sətir) (Rəcəbov Ə., Məmmədov Y., 1993, s. 149).

Onuyğurların adının əks olunduğu Moyunçur abidəsi bəzən "Selenqa daşı" da adlanır. Monqolustan ərazisindən, Selenqa ça­yı sahilləri yaxınlığından tapılmış bu abidə 744-759-cu illər ara­sında qoyulmuşdur (Rəcəbov, Məmmədov, 1993, s. 134-135).

Onuyğurların adına daha əvvəlki dövrlərə aid Qərb mənbə­lərində də rast gəlinməkdədir. Bu isə uyğurların, eləcə də onuy­ğurların Şərqə köçməmişdən öncə Qafqazda, o cümlədən Azər­baycan ərazisində yaşamış olduqlarından xəbər verməkdədir. İstər qədim erməni abidələrində, istər Musa Kağankatlının "Al­ba­niya tarixi"ndə, istərsə də bir çox başqa mənbədə onların adı Albaniyada baş verən hadisələrlə əlaqədar çəkilir. Bu mənbə­lərdə onların adı "honoğur", "onoqur" kimi qeyd edilmişdir (Əli­yarov, 1991, s. 139; Джафаров, 1985, c. 41-68). Yeri gəlmişkən qeyd edək ki, Xəzər xaqanı İosifin məktubunda uyğurlar Azər­baycanın 4-cü şahı Toqarmanın 10 oğlundan biri olan Uyğurun soyu kimi təqdim edilməkdədir (Ağasıoğlu, 2005, s. 29).

Bir sözlə, tarixi mənbələr uyğurların Monqolustan, Sibir və Şərqi Türküstana (Uyğurustana) köçməmişdən öncə Qafqaz və Şərqi Avropada, o cümlədən Azərbaycanda yaşadıqlarını birmə­nalı şəkildə təsdiq edir. Uyğur türklərinin hazırda yaşadıqları əraziyə kənardan gəldiklərini bu xalqın Güveyni tərəfindən qey­də alınmış etnoqonik mif, əfsanə və rəvayətləri də təsdiqlə­mək­dədir. Onlardan birində deyilir:




Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin