Nuhun doğma qızı Vəjilədən bir oğlan uşağı olur və adını Türkmən qoyurlar... Dişi itdən dönən qızın soylarından lulular törəyir (Ögəl, 2006, s. 383-384).
Maraqlıdır ki, özbək “Xannamə”sində Azərbaycanın qədim sakinlərindən kimmerlərin də adına rast gəlinməkdədir. Bu isə buradakı süjetlərin bir çoxunun Ön Asiya və Qafqaz mənşəli olduğunu göstərməkdədir:
Bükdi xan özbək xanı Təlim xan tərəfindən öldürülən zaman türkmənlər özbəklərə qəti surətdə hücum etmişlər. Özbəklərin tərəfində özbək, rak (Midiyanın Raqa vilayəti ?!), toxmaş, kimeri, səkləb, uyğur və tiber (Qafqazda yaşamış qədim türk eli ?!) kimi on el var idi (Ögəl, 2006, s. 399).
“Xannamə”nin başqa yerində Kimeri adlı bir vəzirdən də söz açılır:
Toxtamış xan bəylərini toplayır və ağıllı tədbirlərə ehtiyacı olduğunu bildirir. Bəylərdən Pir Arslan adlı biri Bənən şəhərində Kimeri adlı bir vəzirinin yaşadığını bildirir. O vəzir Ozqan xana da vəzirlik etmişdir, yaxşı məsləhətləri ancaq ondan almaq olar. Toxtamış xan dərhal adam göndərib Kimerini gətirtdirir və ondan məsləhətlər almağa başlayır (Ögəl, 2006, s. 402).
Dastanın sonrakı bölümlərindən aşağıdakı məlumatı da əldə etmək mümkündür:
Dostları ilə paylaş: |