Şübhəsiz ki, bu halda söhbət Azərbaycan türkmənlərindən, yəni oğuzlardan getməkdədir. “Xannamə”də Xəzərin Şərqində yaşayan türkmənlər də ayrıca yad edilir. Özbəklərin onlarla döyüşü təsvir edilir. Bu türkmənlərin boyları sadalanır və həmin boyların adlarının Xəzərin qərbindəki türkmənlərin boylarından fərqli olduğunu görürük: