Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR


Türkmənlərin boylarının adları isə belə idi: çavuldur, çandır, salur qazan, çavdur, çigil, ığdır, ükdi, bəktaş, sakar, yıpar, lənbə, oğud, vardınq, qaynar, iski



Yüklə 1,48 Mb.
səhifə76/163
tarix03.01.2022
ölçüsü1,48 Mb.
#46818
1   ...   72   73   74   75   76   77   78   79   ...   163
...Türkmənlərin boylarının adları isə belə idi: çavuldur, çandır, salur qazan, çavdur, çigil, ığdır, ükdi, bəktaş, sakar, yıpar, lənbə, oğud, vardınq, qaynar, iski... (Ögəl, 2006, s. 395).

Dastanda suriyalılardan da (aşşurlardan) söhbət açılması özbəklərin etnogenezinin ilkin mərhələsinin Ön Asiya və Qaf­qazla, başqa sözlə, Azərbaycanla bağlı olduğu fikrini möhkəm­ləndirir. Və məsələ bununla da bitmir. “Xannamə”də özbəklərin ilk xanlarının xəzərlərlə döyüşündən söhbət gedir. Halbuki, tarixən yaşadıqları arealın Şərqi Avropa, Qafqaz və bilavasitə Azərbaycanla sınırlı olduğu məlum olan xəzərlərin ölkələrinin bugünkü Özbəkistan ərazisi ilə heç bir sınırı olmayıb və bu ərazilər bir-birindən çox uzaqdır. Eyni zamanda, xəzərlərin heç vaxt Ural çayından şərqə tərəf keçmədikləri məlumdur. Əgər özbəklərin ulu babaları ilə onlar arsında gerçəkdən də nə za­mansa döyüş olubsa, bu mütləq Qafqaz ərazisində olub. Das­tanda həmin döyüş belə təsvir edilir:



Ozqan xan xəzərlərə qarşı yürüşündə Xəzər xanını öldür­müşdü. Xəzər xan öldürülən zaman oğlu Kümüş hələ doğul­mamışdı. Kümüş xan böyüyəndən sonra olub-keçənləri öy­rəndi və Ozqan xanın oğlu Uluq xandan atasının intiqamını almaq qərarına gəldi. Uluq xan da bunu eşidən kimi, dərhal ordusunu çəkib, onun üzərinə yeriyir və iki ordu qarşı-qarşıya gəlir. Yenə təkbətək döyüş başlayır və xəzərlərdən Dimuk adlı bir igid ortaya çıxır. Uluq xan da öz igidi Macar pəhləvanı meydana göndərir. Macar pəhləvan xəzərlərdən meydana çıxan üç igidi dalbadal öldürür. Buna görə xəzərlər Tuğraq Dilavər adlı bir igidi meydana çıxarırlar... (Ögəl, 2006, s. 396).

Bu fraqmentdə Macar antrponiminə rast gəlinməsi böyük maraq doğurur. Həm ona görə ki, bu fakt macarların etnoge­nezinə müəyyən aydınlıq gətirir, həm də ona görə ki, döyüşün Şərqi Avropa ərazisində baş verdiyini ehtimal etməyə əsas verir. Bu son dərəcə qiymətli informasiya özbəklərin ulu əcdadlarının Ön Asiya və Qafqazlardan Orta Asiyaya hansı yolla köçdük­lərinə müəyyən aydınlıq gətirir.

“Xannamənin başqa bir yerində xəzərlərlə ikinci döyüşdən və bu döyüşdə məğlub olan özbəklərin xəzər hakimiyyətini qəbul etmələrindən söhbət açılır:

Təlim xan xəzər xanı Kümüş xanı öldürərək, atasının taxtını almışdı. Gümüş xanın Ay Tokuş adlı bir oğlu var idi. Ay Tokuş böyüyüb bir igid olanda, hər şeyi təfsilatı ilə öyrənir. Atasının intiqamını Təlim xanın oğlundan almaq üçün yola düşür... (Ögəl, 2006, s. 403).

“Xannamə”nin bu yerində növbəti dəfə Azərbaycanın ən qədim sakinlərindən olan kimerlərin adı ilə rastlaşırıq. Bu dəfə də kimerlər özbəklərin müttəfiqi kimi çıxış edirlər:




Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin