Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR


Rak, Ilaq, Ruyin, Kimeri, Uyğur, Səkləb elləri də özbək­lərə qoşuldular



Yüklə 1,48 Mb.
səhifə77/163
tarix03.01.2022
ölçüsü1,48 Mb.
#46818
1   ...   73   74   75   76   77   78   79   80   ...   163
Rak, Ilaq, Ruyin, Kimeri, Uyğur, Səkləb elləri də özbək­lərə qoşuldular (Ögəl, 2006, s. 403).

Dastanın ən maraqçəkici məqamlarından biri də özbəklərin öz soylarını eynən digər türk xalqları kimi Nuh oğlu Yafəsə bağlamalarıdır:



Nuhun Ham, Sam və Yafəs adlı üç oğlu var idi...

Bütün xanlar, özbəklər, türklər və şimal xalqları Yafəsin soyundan gəlirlər. Bütün gözəllər Yafəsin soyundandırlar. Bu­xa­ranın gözəlləri Xorasanınkından, Səmərqəndin gözəlləri Bu­xaranınkından, Daşkəndin gözəlləri də Səmərqəndin gözəl­lə­rindən daha gözəldirlər. Ta şimala qədər bu şəkildə davam edir... (Ögəl, 2006, s. 385).

Görünür, Ön Asiya və Qafqaz mənşəli bütün bu süjetləri Orta Asiyaya özbəklərin etnogenezində yaxından iştirak etmiş türk soy və boylarından biri aparmışlar. Bu, çox güman ki, “Xannamə”də 32 özbək boyundan biri kimi yad edilən kanqlılar olmuşlar. Fəqət bu “missiya”nı matienlərin (myutenlər) də yeri­nə yetirə biləcəyi qətiyyən istisna edilmir. Adlarına e.ə. II-I mi­nil­liklərə aid mixi yazılarda Azərbaycan və Şərqi Anadoluda yaşayan türkdilli xalqlardan biri kimi rast gəlinən bu boyun əfsanələrində onların indiki Özbəkistan ərazisinə Urmiya gölü (Güney Azərbaycan) sahillərindən köç etdiklərini əks etdirən süjet də yer almaqdadır. Bu barədə məşhur türkoloq L.Tolstova özünün “Xorəzm vadisinin tarixi onamastikasının bəzi məsələ­ləri” adlı məqaləsində ətraflı məlumat verməkdədir. Alim ma­tien­lərin adının Herodot tərəfindən yad edilən və Şərqi Ana­doluda yerləşdiyi anlaşılan dağın adı ilə bağlı olduğunu söyləyir (Толстова, 1971, с. 246-253). Herodotun dediyindən isə belə anlaşılır ki, Araz çayı mənbəyini məhz bu dağdan alır:




Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin