Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR


Nartların dastanlarında belə deyilir



Yüklə 1,48 Mb.
səhifə90/163
tarix03.01.2022
ölçüsü1,48 Mb.
#46818
1   ...   86   87   88   89   90   91   92   93   ...   163
Nartların dastanlarında belə deyilir,

Alplar içində alp olan, görəsən, kimdir?

Alplığı ilə alpları kölgədə qoyan,

Əlbət ki, alplar alpı Daxanaqo ərəndir.

At belinə qalxanda şövqündən yer əsir,

Onun qoçaq bir qız olduğunu kim bilir?

Sinəsindəki gümüş qalxan bərq vurur,

Mindiyi atdan süvari qız qürur duyur

(Нарты, 1957 а, с. 507-508).

Bu dastanın P.Akritas və Y.Stefanova tərəfindən təqdim edilən başqa bir variantı olan əfsanədən isə belə məlum olur ki, dağlar başında yaşayan sözügedən gözəl bahadır qadının ordusu bütünlüklə qadınlardan-amazonkalardan təşkil olunmuşdu (Ак­ри­тас, Стефанова, 1958, с. 47-48). Yeri gəlmişkən qeyd edək ki, bənzər əfsanə günümüzədək Azərbaycanın Zaqatala rayo­nunda da, həm türk, həm də avar əhali içərisində yaşamaqdadır və oradakı xalq rayon ərazisində əlçatmaz qayada yerləşən Pəri qalasını həmin bahadır qadın və amazonkalar ilə əlaqələndirirlər.

L.S.Tolstova haqlı olaraq “Qırx qız” dastanının süjeti ilə nart eposunun osetin variantının, daha doğrusu bu variantın “Noza oğlu Barxunun ölümü” adlı bölümünün süjeti arasında daha çox uyğunluq olduğunu yazır:

““Noza oğlu Barxunun ölümü” adlı bölümdə eynən qaraqalpaq dastanında olduğu kimi, öz yandırılmış yurd yeri­nin və öldürülmüş qohumlarının qisasını alan qadın döyüş­çülərin təsviri verilir” (Толстова, 1977, с. 154).

“Qırx qız” dastanında Gülayım Surtayşanın kalmık ordu­su­nun onların şəhərlərinə basqın etməsindən sonra öz “amazon­kalarına” belə müraciət edir:




Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin