c. Ə d l i y y ə Ədliyyə şəri yarğı və örfi yarğı olaraq ikiyə ayrılmışdı. Qazılar şəri davalara baxaraq, başlarındakı "qazi-l-quzat" (qazılar qazısı, baş qazı) mərkəzdə (səlcuqlu dövründə Bağdadda) məhkəmə başqanı kimi bütün qazılara nəzarət edirdi. Tərəkə, xeyriyyəçilik işləri və vəqflərin idarəsi, vəqfiyələrin tənzimi də qazılara aiddi. Hənəfi və şafıi fıqhi (hüququ) əsaslarına görə müamilə yürüdən qazıların hökmləri kəsindi, pozula bilməzdi. Ancaq bir qazının bilərək yanlış verdiyi bir hökm digər bir neçə qazı tərəfindən imzalı açıqlamalarla sultana ərz edilirdi. Örfi və qanuni məsələləri həll etməklə vəzifəli ayrı məhkəmələr vardı. Başında "əmiri-dad" və ya dadbəgin (ədliyyə naziri) və əyalətdə bunun naibləri və inzibat məmurlarının bulunduğu bu təşkilatın üstündə, ağır siyasi suçlar sultanın başqanlığındaki məhkəmə, yəni divani-məzalimdə (və ya türkcə yuvuluk us-sultan)38 hökmə bağlanırdı. Əyalətlərdə vəzir, vilayətlərdə vali, nahiyələrdə rəis, iqta ərazisində iqta sahibi hökmdarın təmsilçiləri idilər. Ordu mənsublarının davaları "qazıəsgər"lər tərəfindən görülürdü. Misirdə Sultan Bəybars bir yenilik etmiş, 4 sünni məzhəb üçün ayrı-ayrı qazıların başına 4 ayrı "qazi-l-quzat" təyin etmişdi ki, bu da şəri yöndən ədalətə işarət sayılmışdı. Burada vurğulanası nöqtə ədliyyə işlərindən sorumlu şəxslərin böyük divan və ya əyalət divanları ilə, yəni hökumət ilə ilgiləri bulunmamasıdır. Beləliklə, hər hansı bir siyasi və ya idari basqıya məruz qalmadan ədaləti yürütmək mümkün olmaqda idi.
Qısaca açıqlamağa çalışdığımız bu hökumət təşkilatı bəzi ufaq fərqlərlə və yer-yer isimlər dəyişməklə birlikdə funksiyalarını bir-birinə yaxın şəkildə davam etmək üzrə, osmanlılara qədər türk-islam dövlətlərində, hətta Orta Şərq monqol təşkilatında mövcud olmuşdur. Dəyişiklik bilxassə Misirdə görülməkdədir. Sultan Bəybars zamanında katib üs-sirr, naqib ül-cüyuş, dəvadar kimi yeni vəzifəlilər təyin edilmiş və ən-Nasir Məhəmməd (ölümü 1309) tərəfindən mühüm bölgələr "Naib üs-səltənə" deyilən ümumi valilərin idarəsinə verilmişdi. Məqsəd bütün icra yetkisini sultanın əlində toplamaqdı. Hətta eyni səbəbdən bir ara vəzirlik də ləğv edilərək bu vəzifə üç dairəyə ayrılmışdı. Sonra yenə əsl idarə nüfuzu vəzirdən də irəli bir əhəmiyyət qazanan ustad üd-dara keçmişdi.