Türk miLLİ KÜLTÜRÜ İslam türk döVRÜNDƏ TÜrk küLTÜRÜ(*)


a. H ö k m d a r v ə s a r a y



Yüklə 0,66 Mb.
səhifə7/27
tarix01.01.2022
ölçüsü0,66 Mb.
#104028
1   2   3   4   5   6   7   8   9   10   ...   27
a. H ö k m d a r v ə s a r a y
Dövlət təşkilatının ən mükəmməl şəklini almış olduğu Böyük Səlcuqlu imperiyası zamanında sultan (Məlikşah, Səncər, Böyük Sultan -əs-Sultan ül-Əzəm) adına ölkənin hər tərəfində xütbə oxunur, pul onun adına kəsilir, fər­manlara, "böyük divan" (mərkəzi hökumət) qərarlarına onun ismindən ibarət tuğrası çəkilirdi. Sultan türkcə adıyla bərabər bir müsəlman adı da alır, səltə­nətin xilafət tərəfindən təsdiqi münasibəti ilə xəlifənin verdiyi ləqəbləri daşı­yırdı. Savaşlarda və gəzilərdə başı üstündə çətir tutulur və daima yanında olan musiqi taqımı ("növbət") gündə 5 namaz vaxtında növbət çalırdı. Mə­liklər an­caq 3 növbət çaldıra bilirdilər. Yalnız imperiyasınun çox genişləndiyi dövr­də özünün "İskəndəri-Sani" (II İskəndər) adlandırılmasını münasib görən Xa­rəzmşah Sultan Əlaüddin Məhəmməd 5 növbəti məliklərə və tabe hökm­dar­lara təxsis edərək özü üçün gündə 2 dəfə (günəş doğarkən və batarkən) çalınmaq üzrə "Zülqərneyn növbəti" təyin etmişdi. Sultanlar həftənin müəyyən gün­lərində döv­lət ərkanını və komandanları qəbul edir, xalqın şikayətlərini din­ləyir, qa­zıları təyin, iqtaları təvzi, tabe dövlət başqanlarının hökmdar­lıq­larını, məliklərin idarəçiliklərini təsdiq edir, dövlətə qarşı işlənən suçlarla məş­ğul olan ali məhkəməyə (divani-məzalim)35 başqanlıq edirdilər.

Doğrudan-doğruya sultanın şəxsinə bağlı olan saray (dərgah, bargah) belə təşkilatlanmışdı: haciblər (hacib ül-hüccab, hacibi-bozorq), çubdarlar (dəy­nəkçilər), silahdarlar, bayraqdar (əmiri-ələm), camədar (əlbisə mühafizi), şərab­dar, taştdar (abdar), əmiri-çeşnigir, əmiri-axur, vəkili-xas (sultan dairəsi naziri), sər­­həng, nədimlər, mühasiblər. Bu vəzifəlilərin hamısı hökmdarın ən sadiq adam­­ları arasından seçilirdi.




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin