Türkdillli ÖLKƏLƏRİn parlament assambleyasinin beynəlxalq müŞAHİDƏÇİLƏr miSSİyasi

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 25.62 Kb.
tarix21.10.2017
ölçüsü25.62 Kb.



TÜRKDİLLİ ÖLKƏLƏRİN PARLAMENT ASSAMBLEYASININ BEYNƏLXALQ MÜŞAHİDƏÇİLƏR MİSSİYASININ 1 NOYABR 2015-Cİ İL TARİXİNDƏ AZƏRBAYCAN RESPUBLİKASININ PARLAMENTİNƏ KEÇİRİLMİŞ SEÇKİLƏRİNƏ DAİR
RƏYİ
Qazaxıstan, Qırğızıstan və Türkiyə parlamentlərinin üzvləri, eləcə də TÜRKPA Baş katibinin rəhbərliyi altında katibliyin nümayəndələrindən ibarət TÜRKPA beynəlxalq müşahidəçilər missiyası 1 noyabr 2015-ci il tarixində Azərbaycanda keçirilmiş parlament seçkilərinin qısa müddətli monitorinqini həyata keçirmişdir.
Parlament seçkiləri əsasən ölkənin Konstitusiyası və Seçki məcəlləsi, həmçinin Assambleyanın Sərbəst toplaşmaq azadlığı haqqında qanunu, Radio və Televiziya yayımı haqqında qanun, Siyasi Partiyalar haqqında qanun, Qeyri Hökumət Təşkilatları haqqında qanun, Cinayət Məcəlləsinin müvafiq müddəaları, İnzibati Prosessual Məcəllə və Mərkəzi Seçki Komissiyasının Əsasnaməsi ilə nizamlanır. Azərbaycan demokratik seçkilərin keçirilməsi ilə bağlı əsas beynəlxalq və regional hüquq normalarına tərəfdaşdır.

Səfər çərçivəsində TÜRKPA müşahidəçiləri cənab Serikjan Kanayevin rəhbərliyi altında Milli Məclisin Sədri, TÜRKPA-nın hazırki fəaliyyətdə olan sədri cənab Oqtay Əsədov, Mərkəzi Seçki Komissiyasının sədri cənab Məzahir Pənahov və Azərbaycan Respublikası xarici işlər nazirinin müavini cənab Mahmud Məmməd-Quliyev ilə görüşlər keçirmişdir. Görüş zamanı müşahidəçilərə parlament seçkiləri ilə bağlı həyata keçirilən hazırlıqlarla əlaqədar ətraflı məlumat verilmişdir.


MSK müşahidəçilərə 768 namizədin qeydə alınması barədə məlumat vermişdir ki, bu namizədlərin də yeddi partiyanı birləşdirən bir siyasi blok daxil olmaqla, 331-i 24 siyasi partiyanı təmsil etmişdir.
Seçkiqabağı təşviqat kampaniyası kütləvi informasiya vasitələri tərəfindən kifayət qədər işıqlandırılmışdır və TÜRKPA müşahidəçiləri qeyd etmişdir ki, media qurumları namizədlərə təbliğat-təşviqat fəaliyyəti aparmaq üçün bərabər hüquqlu şərait yaratmışdır və namizədlərin seçicilərlə görüşlərin işıqlandırılmasını lazımi qaydada təmin etmişdir.

Parlament seçkiləri Mərkəzi Seçki Komissiyası (MSK), 125 Dairə Seçki Komissiyası (DSK) və təxminən 5547 Məntəqə Seçki Komissiyasından ibarət üç pilləli struktur tərəfindən idarə edilmişdir. Bütün ölkə ərazisində yerləşən səsvermə məntəqələri yaradılmaqla yanaşı, Dağlıq Qarabağın işğal olunmuş ərazilərindən olan məcburi köçkünlərin səsvermə prosesini asanlaşdırmaq məqsədilə həyata keçiriləcək işlərin icrası bir sıra Dairə Seçki Komissiyalarının yurisdiksiyasına həvalə olunmuşdur.


Müşahidəçilər missiyası seçki təqviminin qəbulu, seçici qeydiyyatı və seçki strukturun aşağı səviyyəli orqanlarının üzvləri üçün təlim materiallarının hazırlanması da daxil olmaqla, texniki və prosedur qaydaların yaxşı təşkil edildiyi fikrindədir.
TÜRKPA missiyasının bütün mərhələlərdə səsvermə prosesinə nəzarət etmək imkanı olmuşdur. Seçki günü səsvermə məntəqələri 8:00-dan 19:00-a dək açıq olmuşdur. Mərkəzi Seçki Kommissiyasının məlumatına görə seçici fəallığı 55,7 % olmuşdur. Missiya üzvləri Bakının təxminən 10 rayonlarında olmuşdur. Bundan əlavə, müşahidəçilər Dağlıq Qarabağın işğal olunmuş ərazilərinin yursidiksiyasına həvalə edilən dairə seçki komissiyalarını ziyarət etmişdi. Belə ki, missiyanın üzvləri 11 saylı Qarabağ, 124 saylı Şuşa-Hocavənd-Xocalı və 120 saylı Cəbrayıl-Qubadlı dairə seçki komissiyalarında seçki prosesini müşahidə etmişdirlər. Müşahidəçilər seçki qutularına bülletenlərin atılmasını izləmiş, seçicilər və seçki məntəqələrinin sədrləri ilə söhbət etmiş və siyasi partiyaların nümayəndələri ilə gorüşmüşdülər.
Azərbaycanda keçirilən seçkilərin beynəlxalq müşahidəsi üçün bütün hüquqi və maddi-texniki şərait yaradılmışdır. Müşahidəçilər tərəfindən 2005-ci ildə BMT-nin Beynəlxalq Seçki Müşahidəçiləri üçün Davranış Kodeksi, Avropa Şurası Venesiya Komissiyasının tövsiyə qərarları və digər beynəlxalq hüquqi sənədlərdə təsbid edilmiş obyektivlik, ədalətlilik, şəffaflıq və qərəzsizlik prinsiplərinə riayət olunmuşdur.

Missiya tərəfindən hər hansı qanun pozuntuları qeydə alınmamış və seçki prosesi Azərbaycanın milli qanunvericiliyinə və beynəlxalq standartlara uyğun olaraq təşkil edilmişdir. Cüzi texniki qüsurlar istisna hallar kimi dəyərləndirilə bilər və bütövlükdə seçki prosesinə təsir göstərməmişdir.


TÜRKPA Beynəlxalq Müşahidəçilər Missiyasının gəldiyi nəticəyə görə, 2015-ci il 1 noyabr tarixində Azərbaycan Respublikasında keçirilən parlament seçkiləri ölkənin milli qanunvericiliyinə və beynəlxalq standartlara uyğun olaraq demokratik şəraitdə keçirilmişdir.

Qazaxıstan Respublikası Parlamentinin adından:
TÜRKPA beynəlxalq müşahidəçilər missiyasının rəhbəri,

Qazaxıstan Respublikasının Parlamenti Məclisin üzvü


Qazaxıstan Respublikasının Parlamenti Senatın üzvü

Serikjan KANAYEV


Marat TAQİMOV



Qırğızıstan Respublikası Joqorku Keneşinin adından:
Qırğızıstan Respublikası Joqorku Keneşinin üzvü

Saydulla NİŞANOV





Türkiyə Böyük Millət Məclisinin adından:
Türkiyə Böyük Millət Məclisinin üzvü:
Türkiyə Böyük Millət Məclisinin nümayəndəsi

Halil ÜRÜN


Ahmet ÖZTÜRK








TÜRKPA Katibliyi adından:
TÜRKPA-nın Baş katibi

Jandos ASANOV














TURKPA Secretary General



2 November 2015, Baku.

Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə