TürklüK ÇAĞDAŞliq


Qlobalizmi bir ideologiya kimi nəzərdən keçirməzdən öncə “



Yüklə 1,77 Mb.
səhifə14/116
tarix01.01.2022
ölçüsü1,77 Mb.
#104304
1   ...   10   11   12   13   14   15   16   17   ...   116
Qlobalizmi bir ideologiya kimi nəzərdən keçirməzdən öncəqloballaşma” ifadəsinə və qloballaşma prosesinin mahiyyətinə nəzər yetirək. Qloballaşma ifadəsinin kökündə latınca “globus” – “kürə” (Yer kürəsi) sözü dayanır, fran-sızcada isə “global” sözü “ümumi” mənasında işlədilir. Bu baxımdan “qlobalizm” və “qloballaşma” ifadələrini “kü-rəsəlləşmə” “dünyəviləşmə”, “bütün yer kürəsinə, dünyaya məxsus olma”, “beynəlmiləlləşmə” mənasında qəbul etmək olar. Bu ifadə termin kimi XX əsrin 80-90-cı illərində dünya iqtisadiyyatında transmilli korporasiyaların və dünya bazarının mövqeyinin güclənməsi ilə əlaqədar olaraq meydana çıxmışdır. Belə ki, qloballaşma dünya dövlətlərinə kapital qoyan nəhəng transmilli korporasiyaların həmin dövlətləri öz təsiri altına salması və tədricən bütövlükdə dünya dövlətlərinin ida-rəçiliyinin dünya miqyaslı istehsalçıların əlinə keçməsi prosesi kimi qəbul olunmuş və bu prosesin qaçılmazlığı əsas-landırılmışdır. Yəni, qloballaşma dünya siyasi idarəçiliyinin dünya iqtisadi idarəçiliyi ilə əvəz olunması, milli dövlətlərin və milli mədəniyyətlərin tədricən öz əhəmiyyətini itirməsi ilə özünü göstərən qaçılmaz proses kimi qiymətləndirilmişdir. Qloballaşmanı bu mənada qəbul etsək, o heç də mütərəqqi bir proses və ya ideya kimi qəbul edilə bilməz. Bu ideyada anarxizmin (dövlət hakimiyyətinin istehsalçıların birliyi ilə əvəz olunması) və kosmopolitizmin (dünyada milli dövlət və milli mədəniyyət sərhədlərinin götürülməsi) ideyalarına yaxınlıq da görmək olar.

Qloballaşmanın qaçılmaz proses olması da hələ ki, özünü doğrultmayıb. Belə ki, bu gün dünyanın idarə olunmasında dövlət hakimiyyətləri həlledici mövqeyini saxlayır və hətta dünya və milli iqtisadiyyatların idarə olunmasında da hakim mövqeyə malikdir. Bu baxımdan qloballaşmanın sadəcə transmilli korporasiyaların mənafeyinə (onların dövlət təsi-rindən azad olmasına) xidmət edən bir ideya kimi ortaya atıldığını da ehtimal etmək olar. Həmçinin, bu ideyanı Anar-xizmin və kosmopolitizmin bəzi ideyalarını birləşdirib başqa adla dünya ictimaiyyətinə təqdim olunması kimi də qiymət-ləndirmək olar.

Bütün bunlarla yanaşı qlobalizm xüsusən son illər bir mütərəqqi ideologiya kimi də izah olunur və bu ideologiyanın əsas ideyası kimi müxtəlif sahələrdə (hüquqi, iqtisadi, texnoloji və s.) dünya ölkələrinin vahid sistemə keçməsiylə əlaqələrin inkişafına stimul yaratmaq, bununla da bütün ölkələrin sürətli inkişafına, bəşəri problemlərin həllinə nail olmaqdır. Əslində ilk baxışdan bu həqiqətən də mütərəqqidir. Lakin unutmaq olmaz ki, dünya dövlətlərinin bir qismi xeyli inkişaf etmiş milli dövlətlərdir, digər qismi isə, onlardan xeyli geri qalır və bir çoxlarında milli problemlər həll olunmamış, milli dövlətlər formalaşmamışdır. Bu şəraitdə vahid sistemə keçmə əslində inkişaf etməkdə olan ölkələrin inkişaf etmiş ölkələrdəki sistemə keçməsi deməkdir. “Avropalaşma”, “qərbləşmə” ifadələri də bu baxımdan meydana çıxmışdır. Qərbin inkişaf etmiş ölkələrindəki sistem isə qərb ölkələrinin milli-tarixi ənənələrinə və yerli xüsusiyyətlərinə uyğun formalaşmışdır. Bu cür qloballaşma isə tam mənada müstəqil milli dövlət qurmamış xalqların güclü dövlətlərin təsiri altına düşməsinə və müstəmləkəyə çevrilməsinə, milli varlıqlarını itirmək təhlükəsi ilə qarşılaşmasına səbəb ola bilər. Ona görə də qloballaşmada milli-tarixi ənənələrin və yerli xüsusiyyətlərin nəzərə alınması, inkişaf etməkdə olan ölkələrdə xalqların öz milli varlıqlarını qoruyub saxlaması, milli kültürlərinin mövqeyini möhkəmlən-dirməsi və inkişaf etdirməsi, onların güclü dövlətlərdən siyasi və iqtisadi asılılığa düşmələrinə mümkün qədər yol verilmə-məsi zəruri şərt olmalıdır.

Bəzən nəinki iqtisadiyyat, hüquq və təhsil sisteminin, hət-ta dilin, adət-ənənələrin, incəsənətin qloballaşmasından danışı-lır. Bu qloballaşma adı altında assimilyasiya siyasətidir. Belə ki, bu cür qloballaşma inkişaf etməkdə olan ölkələrin xalqları-nın inkişaf etmiş ölkələrin xalqlarının dilində danışması, adət ənənəsinə keçməsi, incəsənətini qəbul etməsi və nəticədə milli varlığını itirməsi deməkdir. Bu siyasətə qarşı ciddi müqavimət göstərmək vacibdir. Bəzən adət-ənənələrin qloballaşmasını guya Şərq xalqlarının adət-ənənələrinin mədəni inkişafa mane olması ilə əsaslandırmağa çalışırlar. Bu yanlış fikrə inanan xalqlar güclü dövlətlərin imperialist siyasətinin qurbanı olmağa məhkumdurlar. Bu məsələlərə kitabın II və III bölmələrində (səh. 151-175, 199-203, 241-267 və s.) baha geniş toxunacağıq.




Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin