TürklüK ÇAĞDAŞliq


I I BÖLMƏ. Çağdaş milli ideologiyamızın



Yüklə 1,77 Mb.
səhifə46/116
tarix01.01.2022
ölçüsü1,77 Mb.
#104304
1   ...   42   43   44   45   46   47   48   49   ...   116
I I BÖLMƏ. Çağdaş milli ideologiyamızın

məsələləri
1. Milli məsələlər
Millət və Vətən anlayışları
Milli məsələlər araşdırılarkən ilk növbədə “millət” anlayışı öyrənilməlidir. “Millət” nədir? Bu sula zaman-zaman müxtəlif cavablar verilmişdir və bu gün də bu məsələdə ciddi fikir ayrılığı mövcuddur. Aydındır ki, millət insanların birlik forma-larından biridir. Amma hansı birlik forması? Bu məsələdə mövcud görüşlər əsasən üç istiqamətdə inkişaf edir:

1. Millət etnik birlik formasıdır. Burada ortaq dil və mədəniyyətə əsaslanan birlik forması nəzərdə tutulur.

2. Millət siyasi birlik formasıdır. Burada bir dövlətin vətəndaşlarının birlik forması nəzərdə tutulur.

3. Millət etnik-siyasi birlik formasıdır. Burada etnik birliyin (etnosun, xalqın) milli dövlətə və milli şüura (ilk növbədə milli dövlətçilik şüuruna) malik olduqdan sonrakı forması nəzərdə tutulur.



Millətə etnik birlik forması kimi yanaşıldıqda ortaq dil mədəniyyət amili əsas götürülsə də, bu anlayışların özünə də müxtəlif baxışlar var. Dil nisbətən sadə, hamı tərəfindən başa düşülən anlayış olsa da, mədəniyyət çox geniş anlayışdır və hamı tərəfindən eyni mənada qəbul olunmur. Elmdə mə-dəniyyətə verilən ümumi tərif aşağıdakı kimidir: Mədəniyyət – insanların tarixən yaratdıqları maddi və mənəvi nemətlərin məcmusudur. Deməli, məişət adət-ənənələrindən tutmuş elmi-texniki tərəqqinin nailiyyətlərinə qədər hər şey (dil özü də) mədəniyyət anlayışına daxildir. Amma mədəniyyətin bu çoxsaylı ünsürlərinin hamısını millətləri biri-birindən fərq-ləndirən, başqa sözlə, milli varlığı müəyyən edən amillər kimi qəbul etmək olarmı? Təbii ki, yox. Bəs bu ünsürlərdən hansıları məhz milli varlığı müəyyən edən amillər kimi qəbul etmək olar? Bu məsələdə xüsusi mövqeyi olan mütəfəkkir-lərdən biri milli ideoloqlarımızdan olan Ziya Göyalpdır. O, fərdi iradə ilə yaradılmayan dəyərləri (toplum (xalq) yaradıcılığını) fərdi iradə ilə yaradılan dəyərlərdən ayıraraq, birinciləri “kültür” (və ya “hars”), ikinciləri “mədəniyyət” anlayışına daxil etmiş və milli varlığı mədəniyyət yox, məhz kültürün müəyyən etdiyini demişdir (1.26). Z.Göyalp bu cür fərqləndirmə ilə milli varlıq məsələsinə xeyli aydınlıq gətirmişdir. Doğrudan da, millət fərd yox, fərdlərin birliyidirsə, onun varlığı fərdi yox, toplum iradəsi ilə yaradılan dəyərlərlə müəyyən edilə bilər. Yəni məsələn, fərdi yaradıcılıq nümunələri – alimlərin elmi əsərləri, müəllifi olan bədii əsərlər, istehsal olunan maddi nemətlər və s. beynəlmiləl dəyərlərdir və milli varlığı müəyyən edə bilməz. Milli varlığı yalnız toplum yaradıcılığının (xalq yaradıcılığının) məhsulu olan dəyərlər müəyyən edə bilər. Lakin, hazırda nə Türkiyədə, nə də Azərbaycanda “mədəniyyət” və “kültür” ifadələri Z.Göyalpın verdiyi tərifə uyğun mənada həmişə işlədilmir. Adətən “mədəniyyət” ifadəsi ümümi mənada (yuxarıda qeyd olunan ümumi tərifə uyğun) işlədilir. Ziya Göyalpın “kültür” anlayışına daxil etdiyi (milli varlığı müəyyən edən) ünsürlər isə daha çox “milli mədəniyyət”, “milli mənəvi dəyərlər” və s. kimi ifadə olunur. Z.Göyalpın “mədəniyyət” anlayışına daxil etdiyi ünsürlər isə adətən “sivilizasiya” termini ilə ifadə olunur. Lakin necə ifadə olunmasından asılı olmayaraq milli varlığı müəyyən edən amillər kimi məhz ictimai yaradıcılığa (“xalq yaradıcılığı” anlayışının ən geniş mənası) məxsus dəyərləri qəbul etmək ən doğrusudur. Bu dəyərlərə isə ilk növbədə dil və folklor (xalq ədəbiyyatı, xalq musiqisi, adət-ənənələr, mentalitet və s.) aiddir ki, onlar da bir fərd tərəfindən yaradılmır və tarixi inkişaf prosesində toplum daxilində bir növ öz-özünə formalaşır və nəsildən nəslə ötürülür. Bu dəyərlərin varlığı maddi deyil, daha çox mənəvi xarakter daşıyır (məsələn, sözlər, adətlər, qaydalar, musiqi və s.) və əsasən yaddaş vasitəsiylə nəsildən nəslə ötürülür. Ona görə də bu dəyərlərin məhz milli mənəvi dəyərlər (MMD) adlandırılması tamamı ilə yerinə düşür. Lakin bu mənəvi dəyərlərin maddi daşıyıcıları (yazılar, əşyalar və s.) da ola bilər

Millət ortaq mənəvi dəyərlərə malik insanların məhz ən böyük birlik forması kimi qəbul olunur. Aydındır ki, bu birlik forması birdən birə yaranmamışdır. Millətlərin meydana çıxmasına qədər tarixən ortaq mənəvi dəyərli insanların daha kiçik birgə yaşayış formaları – qəbilələrtayfalar mövcud olmuşdur.




Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin