Vətən – millətin tarixən üzərində yaşadığı, maddi və mə-nəvi dəyərlər yaratdığı və dövlət qurduğu ərazidir.
Onu da qeyd edək ki, işğal olunmuş ərazilərdə aparılan etnik təmizləmə, kütləvi soyqırım və ya assimilyasiya siyasəti nəticəsində yerli xalq yox edildikdə və gəlmə xalq bu əra-zilərdə dövlət qurub uzun müddət yaşayıb-yaratdıqda, artıq həmin ərazi gəlmə xalqın vətəninə çevrilmiş olur. Dünya tarixində bu cür hadisələr (məsələn, Amerika qitəsinın in-gilislərin və latın xalqlarının vətəninə çevrilməsi s.) az baş verməmişdir. Belə ki, imperialist dövlətlər öz ərazilərini genişləndirmək, vətənlərini böyütmək üçün ədalətsiz olsa da bu üsuldan həmişə istifadə etmiş və bu gün də etməkdədirlər. Ona görə də bir ərazidə milli varlığı (MMD-i) qoruyub saxlamaq (müstəmləkə olduqda belə) vətənin özgəninkiləş-məsininin qarşısını alır.
Dostları ilə paylaş: |