TürklüK ÇAĞDAŞliq


Milli şüur və milli dövlət



Yüklə 1,77 Mb.
səhifə51/116
tarix01.01.2022
ölçüsü1,77 Mb.
#104304
1   ...   47   48   49   50   51   52   53   54   ...   116
Milli şüur və milli dövlət
Milli şüur – milli ideyalara əsaslanan ictimai şüur forma-sıdır. Yəni, milli ideyalar cəmiyyətdə yayıldıqda, insanlar kütləvi surətdə milli ideyalarla yaşadıqda həmin cəmiyyətdə milli şüur formalaşmış olur. Bəs milli ideyalarla yaşamaq nə deməkdir? Milli kimliyini dərk etmək (milli özünüdərk), öz millətini və vətənini sevmək və təəssübünü çəkmək, uğurlarına sevinmək, uğursuzluqlarına kədərlənmək, MMD-i sevmək və qorumaq, öz millətinin tarixi ilə fəxr etmək, milli hədəflərə çatmağı arzulamaq və s. birlikdə milli ideyalarla yaşamaq deməkdir. Göründüyü kimi, milli ideyalarla yaşamaq milli ideologiya daşıyıcısı – millətçi olmağa yaxın anlayışdır. Lakin millətçi olmaq daha yüksək səviyyədir. Belə ki, o şəxslərə millətçi deyilə bilər ki, onlar milli ideyaları kortəbii yox, müəyyən qədər sistem şəklində qəbul etmiş olsunlar. Ona görə də milli ideologiyanın daşıyıcısı olan insanların – millətçilərin ictimai şüuru milli şüurun ən yüksək səviyyəsidir.

Milli şüur MMD-in və milli dövlətin qorunmasında və cəmiyyətin hər cəhətdən (iqtisadi, hüquqi, siyasi və s.) in-kişafında mühüm rol oynayır. Çünki, milli şüur olan yerdə dövlət qanunlarına hörmət və onlara riayət etmə səviyyəsi, peşə vicdanı, ictimai münasibətlərdə əxlaq normalarının gözlənil-məsi və s. yüksək səviyyədə olur, bütün sahələrdə (təhsil, elm, iqtisadiyyat, siyasət, mədəniyyət və s.) əhalinin fəallığı artıtr, antimilli meyllərə güclü ictimai müqavimət olur ki, bu da hərtərəfli inkişafa böyük stimul verir.

Milli şüur milli ideyaların təbliğindən çox asılıdır. Bu təb-liğat şəxslər, təşkilatlar və dövlət səviyyəsində aparıla bilər. Dövlət səviyyəsində aparılan təbliğat daha təsirli və həl-ledicidir.

İmperialist dövlətlər öz əsarətlərinə keçirdikləri xalqlarda ilk növbədə milli şüuru öldürməyə çalışırlar. Çünki, milli şüur milli azadlıq hərəkatının yaranmasının ilkin qaynağı ola bilər. Milli şüuru öldürülmüş xalqlarda isə milli azadlıq hərəkatının formalaşması və inkişafı çox çətindir. Türk dövlətləri, o cümlə-dən Azərbaycanın şimal hissəsi Rusiya tərəfindən işğal edildik-dən sonra rus imperiyası türk xalqlarında milli şüuru öldürmək üçün hər vasitəyə əl atmış və buna xeyli dərəcədə nail olmuş-dur. Belə ki, rus imperiyası ilk növbədə türk xalqlarına “türk” adını unutdurmaq məqsədi ilə əvvəllər “Türküstan” adlanan bölgədən bu adı götürmüş, 1937-ci ilə qədər “türk dili” adlanan dilimizin “Azərbaycan dili” adlandırılmasını qəbul etdirmiş, tariximizi bizi alçaldacaq dərəcədə təhrif etmişdir. 1930-cu il-lərdə 200 min soydaşımız repressiya qurbanı olmuşdur. Onların içərisində alimlər, ziyalılar, yazıçı və şairlər, siyasi xadimlər, bir sözlə millətin elitasını təşkil edən insanlar olmuşdur. Sovet dövründə həmçinin cəmiyyətdə sosialist ideyaları ön plana çəkilərək insanlar milli ideyalardan uzaqlaşdırılmışdır. Xalqlar-da belə bir düşüncə yaradılmışdır ki, xoşbəxtlik yalnız rus dövlətinin “himayəsində” (əslində əsarətində) mümkündür.

1980-ci illərin sonlarında Azərbaycanda yaranmış milli azadlıq hərəkatı milli şüurumuzun inkişafına xeyli təkan verdi. Lakin rus imperiyasının milli şüurumuza qarşı apardığı çoxsahəli siyasətin nəticələri xalqımızın (xüsusən yaşlı nəslin) şüurunda müəyyən qədər hələ də qalmaqdadır.

Milli şüur millətin həyatında o qədər böyük rol oynayır ki, hətta bir çox mütəfəkkirlər milli şüuru millətin varlığının zəruri şərti kimi götürürlər. Yəni, milli şüuru formalaşmamış xalqları “millət” hesab etmirlər və milli şüurun formalaşmasını “xalqdan millətə keçmə prosesi” kimi qiymətləndirirlər.

Müasir dünyada bir çox azsaylı və böyük dövlətçilik tarixi olmayan xalqlar (yəhudilər, ermənilər, kürdlər və s.) vardır ki, onlarda milli şüur çox yüksək səviyyədədir. Bunun müxtəlif səbəbləri vardır. Bir səbəb azsaylı xalqda özünümüdafiə instinktinin yüksək olmasıdır (psixoloji amil). Digər bir səbəb imperialist dövlətlərin rəqabət apardıqları digər dövlətlərə qarşı müəyyən məqsədlərini həyata keçirmək üçün həmin azsaylı xalqlara verdikləri maddi və mənəvi dəstəkdir.


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin