TürklüK ÇAĞDAŞliq



Yüklə 1,77 Mb.
səhifə59/116
tarix01.01.2022
ölçüsü1,77 Mb.
#104304
1   ...   55   56   57   58   59   60   61   62   ...   116
Milli hədəflər
Öncə qeyd etdik ki, türk millətçiliyinin birinci səviyyədə hədəfi ayrı-ayrı türk xalqlarının bütöv və güclü milli dövlətə sahib olmasıdır. Hazırda dünyada 20-yə yaxın türk dövlət qurumu mövcuddur. Onlardan 7-si (Azərbaycan, Türkiyə, Şimali Kipr, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğı-zıstan) müstəqildir. Şimali Kipr Türk Respublikası istisna olmaqla, qalan 6 türk dövlətinin müstəqilliyi BMT tərəfindən rəsmən tanınmışdır. Digər türk dövlət qurumlarına Rusiya Federasiyası tərkibində 9 respublika (Tatarıstan, Çuvaşıstan, Tuva, Qaraçay-Çərkəz, Kabarda-Balkarıstan, Altay, Xakasiya, Başqırdıstan, Saxa), Çinin tərkibində bir muxtar rayon (Sincan-Uyğur muxtar rayonu), Ukrayna tərkibində bir muxtar respublika (Krım Muxtar Respublikası), Moldova tərkibində bir muxtar vilayət (Qaqauz Muxtar Vilayəti) aiddir.

Müstəqil türk dövlətləri içərisində yalnız Türkiyə tam mənada milli dövlət kimi formalaşmışdır. Belə ki, bu dövlətdə ərazi bütövlüyü problemi yoxdur, türk dili rəsmi dil kimi kifayət qədər güclü mövqeyə malikdir, MMD əsasən mədəni səviyyəyə yüksəldilmişdir, milli şüur Türkiyəçilik səviyyəsində kifayət qədər inkişaf etmişdir. Orta Asiyanın müstəqil türk respublikaları haqqında isə bunu demək olmaz. Belə ki, bu dövlətlərin ərazi bütövlüyü problemi olmasa da və onlar rəsmən müstəqil olsalar da, siyasi, iqtisadi və hərbi cəhətdən Rusiyanın təsirindən tam çıxa bilməyiblər. Bu dövlətlərdə türk dilinin mövqeyi (xüsusən rus dili qarşısında), MMD-in mədəni səviyyəyə yüksəldilməsi və milli şüurun inkişaf səviyyəsi qənaətbəxş deyil. Hətta, Qazaxıstan və Qırğızıstanda rus dili ikinci rəsmi dil statusuna malikdir.

Azərbaycan türklərinə gəldikdə, müasir Azərbaycan Res-publikası tarixi Azərbaycan torpaqlarının yalnız kiçik bir hissəsində qurulmuşdur. Üstəlik, Azərbaycan Respublikasının ərazisinin 20 faizini Rusiya Ermənistanın adından işğal etmişdir. Eyni zamanda müasir Azərbaycan Respublikasında da dövlət dili kimi Azərbaycan türkcəsinin mövqeyi (xüsusən rus dili qarşısında), MMD-in mədəni səviyyəyə yüksəldilməsi və milli şüurun inkişafı kifayət dərəcədə deyil. Ona görə də, Azərbaycan türkləri üçün türkçülüyün birinci səviyyəsində hədəfi bütöv və milli Azərbaycan dövlətini qurmaqdır.

Bütöv Azərbaycan məsələsinə gəldikdə, bu məsələyə müxtəlif baxışlar var. Tarixi Azərbaycan əraziləri şimaldan Dərbənd şəhəri, Cənubdan Kəngər körfəzi, Şərqdən Xəzər də-nizi və Xorasan, Qərbdən Anadolu, Suriya və İraqla əhatələnir. Müasir Azərbaycan türklərinin əcdadları olan türkdilli tayfalar bu ərazilərin ən qədim yerli sakinləri olmuşdur və qədim dövrdən bu ərazilərdə Azərbaycan türk imperiyaları (İşquz, Midiya, Parfiya, Atabəylər, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvi-lər, Avşarlar, Qacarlar və s.) və nisbətən kiçik Azərbaycan türk dövlətləri (Manna, Atropatena, Albaniya, Şirvanşahlar, Saco-ğulları, Salarilər və s.) mövcud olmuşdur. Bu dövlətlərin çoxu məhz bütöv Azərbaycan ərazilərini əhatə etmişdir və “Araz” çayı heç vaxt nə döv-lətçilik, nə də etnik-mədəni baxımdan tarixi sərhəd ol-mamışdır. Müasir “İran” dövləti də 1921-25-ci illərdə baş vermiş hakimiyyət çevrilişi nəticəsində fars şovi-nistlərinin əlinə keçmiş türk (Qacar) imperiyasıdır. Azərbay-canın Araz çayından şimalda qalan hissəsi, o cümlədən, müasir Azərbaycan Respublikası isə, 1804-13 və 1826-28-ci illərdə baş vermiş Rus-Qacar müharibələrində Qacarlar dövlətinin itirdiyi ərazilərdir. Ona görə də, bəzi insanlar milli dövlət prob-leminin həllini “İran” adlanan dövlətin parçalanmasında yox (bu dövləti canı-qanı bahasına quran məhz türklər olduğundan), sadəcə onun yenidən türk dövlətinə çevrilməsində görürlər.

Ümumilikdə Azərbaycan türklərinin bütöv milli dövlət probleminin həllinin müxtəlif variantları səslənir. Onlar əsasən aşağıdakılardan ibarətdir:

1. Türk-İran imperiyasının bərpası. Bu variantın tərəf-darları hesab edirlər ki, tarix boyu İranı türklər idarə etmiş və hakimiyyət yenə də türklərin olmalıdır. Azərbaycan milli azadlıq hərəkatının lideri, milli ideoloq Əbülfəz Elçibəy Türk-İran imperiyasını bərpa etmək ideyasının qəti əleyhinə olmuşdur. O, bu barədə fikrini belə ifadə etmişdir: “Biz onların üzərində ağamı olmaq istəyirik? Yox! Biz şovinizmin nə olduğunu görmüşük. Şovinizm həmin xalqın özünü faciəyə aparır. Bizə öz azadlığımız, öz müstəqilliyimiz yetər. Biz fars şovinizminin əleyhinəyik, farsların yox” (1.19, s.19).

2. “İran” adlanan dövlətdə türk dilinə rəsmi dövlət dili statusunun verilməsi. Burada nəzərdə tutulur ki, “İran” adlanan dövlətdə fars dili ilə bərabər türk dilinə də bütün ölkə ərazisində rəsmi dövlət dili statusu verilir və bu dövlət iki millətin (türklərin və farsların) ortaq dövlətinə çevrilir. Analoji model Kanada, Belçika və b. dövlətlərdə mövcuddur. Belə dövlətlər də adətən federativ və ya konfederativ inzibati ərazi quruluşuna malik olurlar. Lakin, bəzən unitar dövlətlərin də eyni vaxtda iki rəsmi dili ola bilər (məsələn, İrlandiya, Finlandiya və s.). Burada ən önəmli məsələlərdən biri hansı dilin məhz birinci rəsmi dil olmasıdır. Əhalinin sayında çoxluq təşkil edən və dövlətçilik tarixini yaradan xalq məhz türklər olduğundan türk dilinin birinci rəsmi dil olması daha ədalətlidir. Bu modelin mənfi cəhəti kimi dövlətin “xalis” türk dövləti olmaması qeyd edilir.

3. “İran” adlanan dövlətin federasiyaya çevrilməsi. Bu va-riantda fars dilinin dövlət dili olaraq saxlanılması, Azərbayca-nın güneyinin onun tərkibində muxtariyyət qazanması, həmin muxtariyyətdə isə türk dilinə rəsmi dil statusunun verilməsi nəzərdə tutulur. Bu Rusiya Federasiyasına analoji bir modeldir və bu model milli mənafelərimizə qətiyyən uyğun deyil. Belə ki, bu ərazidə tarixən dövlətçiliyi yaradan və yaşadan, sayca da üstünlük təşkil edən türk milləti olduğu halda, türklərə bir milli azlıq kimi fars hakimiyyəti altında yalnız muxtariyyət verilir. Baxmayaraq ki, bu model Azərbaycan türklərinin halal milli haqları qarşısında çox azdır, 1945-46-cı il “21 Azər” hərəkatını yatıran və 1979-cu ildə əks-inqilabçı qüvvə kimi hakimiyyəti ələ alan fars rejimi buna da razı olmamışdır. Federasiya modeli yalnız istiqlala gedən yolda bir müvəqqəti mərhələ kimi qəbul oluna bilər.

4. Azərbaycanın Güneyinin istiqlaliyyət qazanması və daha sonra Quzeylə birləşməsi. Bu ideya qısa şəkildə “istiqlalçılıq” adlandırılır. İstiqlalçılıq son 20-30 ildə əsas qəbul olunan ideyadır. (Bu dövrə qədər Azərbaycan türkləri təbii olaraq öz tarixi dövlətləri hesab etdikləri İranı parçalamaq istəməmiş, yalnız burada türklüyün mövqeyini yüksəltməyin tərəfdarı olmuşlar). Lakin təəssüf ki, indiyə qədər istiqlal-çılıqda lazımınca diqqət yetirilməyən önəmli məsələlər var. Həmin məsələlər aşağıdakılardır:

– Güney Azərbaycanın istiqlaliyyəti hansı sərhədlər daxi-lində olacaq?

– Azərbaycan sərhədlərindən kənarda qalan digər qeyri-fars bölgələrinin taleyi necə olacaq?

Təəssüf ki, son illərə qədər Bütöv Azərbaycanın tərtib olunmuş xəritələrində Tehran bölgəsi mübahisəli ərazi kimi verilir, Qaşqay bölgəsi isə ümumiyyətlə Azərbaycan ərazisinə daxil edilmirdi. Qaşqay bölgəsi ilə birlikdə Xorasan və Bəlucustan əraziləri “Farsıstan”a aid edilirdi. (Bu qüsurlar təşəbbüsümüzlə tərtib olunmuş son xəritələrdə aradan qaldı-rılmışdır). Azərbaycan fars hakimiyyətindən azad olduqdan sonra Tehran əyalətinin, Qaşqay Yurdunun, Xorasanın (“İran” adlanan dövlətin şimal-şərq bölgəsi) və Bəlucustanın (“İran” adlanan dövlətin cənub-şərq bölgəsi) “İran” və ya “Farsıstan” adı ilə fars hakimiyyəti altında qalması qəbulolunmazdır. Çünki, farsların tarixi vətəni olan Farsıstan yalnız “İran” adlanan dövlətin cənub bölgəsində yerləşən məhdud bir ərazidir. (farslar bu ərazidə e.ə. IX-VIII əsrlərdə məskun-laşıblar). Qaşqay Yurdu, Tehran əyaləti, Xorasan və Bəlucus-tan isə Farsıstan deyil, oranı öz əlimizlə farslara bağışlaya bilmərik. Yəni, Azərbaycan türkləri “İran” adlanan ərazidə dövlətçilik tarixini canı-qanı bahasına yaradan və əsrlər boyu yaşadan, sayca da üstünlük təşkil edən xalq olduğu halda, həmin dövlətçilik tarixinin mirası olan “İran” adlanan dövlətin ərazisinin az hissəsini götürüb, daha çox hissəsini farslara bağışlamaq qəbulolunmazdır və dünya, Azərbaycan türk-lərini “fars imperiyasından ayrılmış milli azlıq” kimi tanı-mamalıdır. Yəni “istiqlalçılıq” dedikdə unutmamalıyıq və bütün dünyaya bildirməliyik ki, biz milli azlıq kimi istiqlalçı deyilik, biz bir çoxluq olaraq istiqlalçıyıq. Biz əslində vaxtı ilə öz qurduğumuz imperiyanı parçalayırıq.

4-cü variantda, yəni, “İran” adlanan dövlət parçalandığı halda məsələni milli mənafelərə uyğun şəkildə həll etmək üçün onun ərazisində azı 4 dövlət yaranmalıdır: Azərbaycan (Tehran əyaləti və Qaşqay Yurdu ilə birlikdə qərb bölgəsi), Xorasan (şimal-şərq bölgəsi), Bəlucustan (cənub-şərq bölgəsi) və Far-sıstan (cənub bölgəsi). O ki qaldı xəritədə Bütöv Azərbay-canın ərazisinə daxil edilən müxtəlif xalqların (əsasən kürdlər, ərəblər və lorlar) yaşadığı ərazilərə, bu ərazilərin statusu Azər-baycan türkləri ilə həmin xalqlar arasında milli haqlara və ədalətə uyğun şəkildə həll olunacaqdır. Bu məsələnin farslara aidiyyəti yoxdur.

Türkçülüyün ikinci səviyyəsində hədəflərə gəldikdə, bu hədəflər türk dövlətlərinin Oğuz, Qıpçaq və s. birliklərin ya-radılmasına nail olmaqdır. Türkçülüyün üçüncü səviyyəsində hədəf isə bütün türk dövlətlərinin dünya üzrə bir güc mərkəzinə çevriləcək birliyidir. Bu isə siyasi, iqtisadi və hərbi bloklar, konfederasiyalar formasında ola bilər.




Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin